Məhkəmə qərarları › İş №2(003)-1678/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1678/2024

27.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1678/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 1819,50 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfiq küçəsi, dalan 3, ev 4-də yaşayır. ”Azərqaz”istehsalat birliyi ilə onun adına müqavilə imzalayaraq, yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır və neçə idir ki heç bir problem olmadan qazdan istifadə edərək, ödəniş etmişdir. Əvvəl gündən sayğac küçədə yerləşir. 2017-ci il aprel ayında 720,60 manat, 2017-ci ilin noyabr ayında 479,60 manat, 2018-ci ilin sentyabr ayında 1011 manat cərimə yazılmışdır. Yazılan cərimələr baradə heç bir məlumatı olmamışdır. Ünvanda olan qaz sayğacını Azərqazın əməkdaşları yeni sayğacla əvəz etmişdir, bundan sonra köhnə sayğac təhvil götürmüşdürlər. 2024 cü ilin yanvar ayında qaza ödəniş etdikdə 30 manatlıq ödənişdən 11,50 manat tutulmuşdur. Cəmi 18,73 manat yükləndiyini görmüş, bunu araşdırmaq üçün Xəzər qaz istisamar idarəsinə getmiş, 2017-ci ildən bu yana 3dəfə akt yazılmışdır. Onun abonet koduna 2211,20 manat borc yazılmış, həmin borcdan 391,50 manat ödəniş tutulmuş, yerdə qalan borc 1819,50 manat təşkil edir. Belə ki, yazılan aktlara görə 1819,50 manat borc qalmaqdadır. Halbuki sayğac küçədə yerləşir, onun məsuliyyəti vətəndaşın üzərində deyil, sayğaca heç bir kənar müdaxilə aşkar olunmamışdır. Bundan başqada “Azərqaz” İB-nin əməkdaşları mütamadi sayğaclara baxış keçirir, heç bundan bizim xəbərləri belə olmur. Bugünki gündə sayğac küçədə yerləşir. Həmin sayğaca kim tərəfindən şüşəsinin çızılması, blopun sındırılması və hansı formada baş verməsi ona bəlli deyildir. Xəzər qaz istismar idarəsinin işçiləri tərəfimdən aşkarlanan nöqsan zamanı tərtib olunmuş akt onun iştirakı olmadan və imza etdirmədən, bu qədər borc barəsində yalnız azerqaza müraciət etdiyi zaman xəbər tutmuşdur. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, sözü gedən ünvanda o, övladları ilə birlikdə yaşayır. Bugünki gün Xəzər qaz istismar idarəsi tərəfindən ona hesablanan əsasız borcun hər dəfə 50 faizinin tutulmasına heç cürə razılaşmır. Belə ki, qeyri- qanuni tərtib olunmuş akta əsasən hal-hazırda qalan borc 1819,50 manat məbləği ödəməsi, hər “smart kart "yüklənən məbləğin 50% tutularaq borcdan silinəcəkdir. Hal-hazırda onun mülkiyyətində olan ünvana qazın verilməsinə görə “smart karta “yüklədiyi məbləğ tutulmaqdadır. Su kimi həyat əhəmiyyətli olmasada qaz, lakin müəyyən tələblərimizi yerinə yetirən təbii maddədir ki, onunla yemək bişirilir, su qızdırılır və.s. Xəzər qaz istismar idarəsinə yaxınlaşaraq aydınlaşdırmaq istəmiş, orada ona bildirilmişdir ki, onun ünvanına tərtib olunmuş akt əsasında borc yığılmışdır, amma bunun nə vaxt, kimlərin iştirakı ilə tərtib olunması haqqda oana heç bir möhtəbər sübut verə bilməmişdirlər. Həmin borc 1036,80 manat təşkil edir. Hər dəfə karta ödəniş etdikcə, ödənilən məbləğin 50% borcdan silinə bilər. Belə olan halda hesab edir ki,heç bir razılaşmaya gələ bilmədiyi üçün bu işə məhkəmə qaydasında aydınlıq gətirə bilər. Lakin ona yazılan akt təqdim olunmamışdır. İddiaçı nümayəndəsi X2 iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı məxsus ünvana (abonent kodu: **********00040) hesablanmış 2216,2 manat məbləğində borc silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirdi ki, onlara məxsus ünvanda həqiqətən də, sayğacdan kənar xətt çəkməklə təbii qazdan qeyri-qanuni istifadə olunmuşdur. Həmin vaxt ünvanda iki gözlü qaz avadanlığı və İran sobası istifadə edilmişdir. Lakin aktlar əsasında ona zərər hesablanarkən həddən çox zərər hesablanmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək məhkəmədən iddanın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00040 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2916 m3 həcmində qaz itkisi hesablanmaqla 583,2 manat (2916 x 0,20 = 583,2 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00040 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 712 m3 həcmində qaz itkisi hesablanmaqla 142,4 manat (712 x 0,20 = 142,4 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00040 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1426 m3 həcmində qaz itkisi hesablanmaqla 285,2manat (1426 x 0,20 = 285,2manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00040 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 972 m3 həcmində qaz itkisi hesablanmaqla 194,4 manat (972 x 0,20 = 194,4 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, № ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın və dəymiş ziyanın hesablanması dair eyni tarixli tələbnamənin surətindən görünür ki, abonent kodu **********00040 sayla qeydiyyata alınmış ünvanda sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 5055 m3 həcmində qaz itkisi hesablanmaqla 1011 manat (5055 x 0,20 = 1011 manat) dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00040 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2017-ci ilin yanvar, fevral, mart və avqust aylarında 1205,2 manat, 2018-ci ilin yanvar ayında 1011,0 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında zərər hesablanmışdır. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən aşağıdakı maddi hüquq normalarının təhlilini zəruri hesab edir və hazırki münasibətlərə həmin hüquq normalarının tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmiş, iddiaçıya ümumilikdə akt əsasında 2216,2 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı tərəf həmin akt əsasında tələb edilən borc da daxil olmaqla ümumilikdə 2216,2 manat hesablanmış borcun silinməsini tələb edir. İddiaçının nümayəndəsi həqiqətən də aktın tərtib edildiyi vaxt təbii qazdan qeyriqanuni istifadə etdiyini etiraf edərək, aktda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, iddiaçı təbii qazdan qeyri-qanuni istifadə edilməsi hissəsində iddia tələbini qəbul etməklə cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında İddiaçı 2216,2 manat ziyan hesablasa da iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada cavabdeh tərəf həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni idiaçının məhz 2216,2 manat məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı etiraf edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilsə də, aktla əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 2“216,2 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. İddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimini əsas götürülməklə iddiaçıya zərər hesablanmışdır. Hazırda qaz avadanlıqlarının orta günlük iş rejminin aktlar üzrə hesablanması ağlabatan hesab etmək olmaz. Həmçinin məhkəmə qeyd edir ki, 2017- 2018-ci illərdə 1 kub metr qazın qiyməti 10 qəpik müəyyən olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin məhkəmə hesab edir ki, iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, dəymiş zərər hesablanarkən qazın dəyərinin hər kub metr üçün 0,10 manat və ziyanın 30 günə hesablanmasını ağlabatan və işin hallarına uyğun hesab edir. Belə ki, iş materiallarında olan aktlardan görünür ki, ziyan hesablanarkən sayğacın aid olduğu mənzildə 2 qaz avadanlığının olması əsası ilə hesablamalar aparılmış, 10 fevral 2017-ci il tarixli akt istisna olmaqla digər aktlar üzrə dəymiş ziyan hesablanarkən 90 günə görə hesablanma aparılmışdır. xx.xx.2018-ci il tarixli akt üzrə isə dəymiş ziyan hesablanarkən qış-yay rejimi ayrı-ayrılıqda hesablanmaqla ümumilikdə 175 günə görə ziyan hesablanmışdır. Məhkəmə dəymiş zərər hesablanarkən qazın dəyərinin hər kub metr üçün 0,10 manat və ziyanın 30 günə hesablanmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2017-ci il tarixli № ******* saylı akt üzrə 97,2 manat, xx.xx.2017-ci il tarixli № ******* saylı akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x6x22=158,4 kub metr olmaqla 15,84 manat (158,4x0,10), dəmir soba üçün 1.4x18x22=554,4 kub metr olmaqla 55,44 manat (554,4x0,10), cəmi 71,28 manat, xx.xx.2017-ci il tarixli № ******* saylı akt üzrə PQ4 qaz avadanlığı üçün 1.2x6x30=216 kub metr olmaqla 21,6 manat (216x0,10), dəmir soba üçün 1.4x16x30=756 kub metr olmaqla 75,6 manat (756x0,10), cəmi 97,2 manat, xx.xx.2017-ci il tarixli № ******* saylı akt üzrə PQ4 qaz üçün 1.2x4x30=144 kub metr olmaqla 14,4 manat (144x0,10), dəmir soba üçün 1.5x4x30=180 kub metr olmaqla 18 manat (180x0,10), cəmi 32,4 manat, xx.xx.2018-ci il tarixli № ******* saylı akt üzrə PQ4 qaz üçün 1.2x6x30=216 kub metr olmaqla 21,6 manat (216x0,10), QSSQ üçün 1.5x10x30=450 kub metr olmaqla 45 manat (450x0,10), dəmir soba üçün 1.4x18x30=756 kub metr olmaqla 75,6 manat (756x0,10), cəmi 142,2 manat, ümumilikdə 440,28 manat məbləğində borcun iddiaçıya hesablanması ədalətli və ağlabatandır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00040 olan) hesablanmış 1775,92 (2216,2-440,28) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00040 olan) 1775,92 (2216,2-440,28) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 37,76 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı məxsus ünvana (abonent kodu: **********00040) hesablanmış 1775,92 manat məbləğində borc silinsin. 37,76 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar