Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1686/2025 07.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı Dövlət Notariat kontorunu göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 14 saylı Dövlət Notariat kontorunu göstərilməklə) 16 iyul 1990-cı il tarixli “Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt”ın, Abşeron rayon Donuzkökəltmə Sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmrindən çıxarışın və Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamə”nin 03 may 1951-ci il tarixdə doğulmuş və xx.xx.2021 il tarixdə vəfat etmiş atam Babayev Abazar Məzahir oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Kərimli (Babayeva) Rüxsara Abazər qızı xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən XİV-AQ seriyalı, 367061 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən görünür ki, ata qrafasında “Babayev Abazar Məzahir oğlu”, ana qrafasında isə “X5” qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş AZE seriyalı 02421192 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, atası Babayev Abazar Məzahir oğlu 03 may 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəyə əlavə etdiyi AZ-İl seriyalı, № 217565 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, atası Babayev Abazar Məzahir oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş mərhum atası Babayev Abazar Məzahir oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, o, Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunda işləmişdir. 1990-cı ilin iyul ayında verilmiş “Binə qəsəbəsinin ərazisində yerləşən Abşeron rayonunda Donuzkökəltmə sovxozunda fərdi ev tikdirmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Azərbaycan SSR Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbə XDS İcraiyyə Komitəsinin qərarından çıxarışdan isə görünür ki, Abşeron rayonu Donuzkökəltmə zavodunun işçisinə 0,08 ha hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Donuzkökəltmə sovxozunun əmək kollektivi şurasının həmkarlar komitəsinin 10 iyul 1990-cı il tarixli əmri məqsədəuyğun hesab edilərək təsdiq olunmuş və həmin torpaq sahəsinin vətəndaşlara təhkim edilməsi sovxozun direktoru A.Alxasova həvalə olunmuşdur. Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamə”nin surətindən görünür ki, həyətyanı sahə verilmiş “Babayev Abuzər”-ə sovxoz tərəfindən müəyyən edilmiş qaydalara əməl edilməsi şərti ilə, istifadə üçün 0,07 ha torpaq sahəsi təhkim olunmuşdur. 16 iyul 1990-cı il tarixli “Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt”ın surətindən isə görünür ki, X2 Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli qərarına əsasən yaşayış evi tikdirməkdən ötrü verilən 0,07 hektar torpaq sahəsi yer üzərində ara nişanları ayıraraq, vətəndaşa daimi istifadə üçün təhkim edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş 19 avqust 2024-cü il tarixli, 3-48-1RA/2-K11xx-xx-1279/2024 nömrəli arxiv çıxarışından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991ci il tarixli 108 nömrəli əmrindən çıxarışa əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (protokol № 7, xx.xx.1991-ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün X2 və digər işçilərə 0,08 ha torpaq sahəsi ayrılmışdır (Əsas: F101, s.1a, s.v.70, b.8 və əmrə ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir). Bildirirəm ki, mərhum atamın ölümüu ilə əlaqədar vərəsəlik işi açılmış, Bakı şəhəri 14 saylı Notariat Ofisi yuxarıda qeyd etdiyim torpaq sahəsinin mərhum atasına məxsus olması barədə 37 saylı arayşın verilməsi üçün yuxarıdakı sənədləri də məktubuna qoşmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli məktubla arayış verilməsindən imtina edilmiş, səbəb kimi təqdim edilmiş sənədlər arasında uyğunsuzluq olduğu, yəni sənədlərdə atasının adında fərqli həriflər mövcud olmuşdur. Göründüyü kimi, onun mərhum atasının adı “Abazar” olsa da, Abşeron rayon Donuzkökəltmə Sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmrinin arxiv arayışında, o cümlədən Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamə”də mərhum atamın adı “Abuzər” kimi qeyd edilmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan doğulmuş X1 atası Babayev Abazar Məzahir oğlu, anası isə X3r. AZE seriyalı 02421192 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Babayev Abazar Məzahir oğlu 03 may 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. AZ-İl seriyalı, № 217565 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babayev Abazar Məzahir oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Babayev Abazar Məzahir oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, o, Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunda işləmişdir. xx.xx.1990-cı il tarixli “Binə qəsəbəsinin ərazisində yerləşən Abşeron rayonunda Donuzkökəltmə sovxozunda fərdi ev tikdirmək üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” Azərbaycan SSR Bakı şəhəri Əzizbəyov rayonu Binə qəsəbə XDS İcraiyyə Komitəsinin 8 nömrəli qərarından çıxarışdan görünür ki, Abşeron rayonu Donuzkökəltmə zavodunun işçisinə 0,08 ha hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Donuzkökəltmə sovxozunun əmək kollektivi şurasının həmkarlar komitəsinin 10 iyul 1990-cı il tarixli əmri məqsədəuyğun hesab edilərək təsdiq olunmuş və həmin torpaq sahəsinin vətəndaşlara təhkim edilməsi sovxozun direktoru A.Alxasova həvalə olunmuşdur. Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamə”nin surətindən görünür ki, həyətyanı sahə verilmiş “Babayev Abuzər”-ə sovxoz tərəfindən müəyyən edilmiş qaydalara əməl edilməsi şərti ilə, istifadə üçün 0,07 ha torpaq sahəsi təhkim olunmuşdur. 16 iyul 1990-cı il tarixli “Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt”ın surətindən görünür ki, X2 Abşeron rayonu Binə Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 nömrəli qərarına əsasən yaşayış evi tikdirməkdən ötrü verilən 0,07 hektar torpaq sahəsi yer üzərində ara nişanları ayıraraq, vətəndaşa daimi istifadə üçün təhkim edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivi tərəfindən Ərizəçi verilmiş 19 avqust 2024-cü il tarixli, 3-48-1RA/2-K11xx-xx-1279/2024 nömrəli arxiv çıxarışından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli 108 nömrəli əmrindən çıxarışa əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı Komitəsinin qərarına (protokol № 7, xx.xx.1991-ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün X2 və digər işçilərə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 14 saylı Dövlət Notariat kontorunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubunun sürətindən görünür ki, Babayev Abazar Məzahir oğlundan (d/t:xx.xx.1951) qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. Babayev Abazar Məzahir oğlunun xx.xx.2021-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, A.M.Babayev adına 37 saylı arayışın verilməsi üçün Ərizəçi miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında olan torpaq sahəsi üzərində hüquqların miras qoyan X4 məxsus olması barədə arayışın verilməsi ilə bildirirlər ki, təqdim edilmiş sənədlər surətdir. Abşeron Rayon Donuzkökəltmə Sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmri ilə ayrılan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, əmrin arxiv arayışında hüquq sahibinin adı “Abuzər”, notariusun məktubunda isə “Abazər” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə) imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, Babayev Abazar Məzahir (X8) oğlu ərizəçinin atasıdır. Atası olan Babayev Abazar Məzahir (X8) oğlunun adına 16 iyul 1990-cı il tarixli “Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt”ın, Abşeron rayon Donuzkökəltmə Sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmrindən çıxarışın və Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamə tərtib olunmuşdur. Babayev Abazar Məzahir (X8) oğlu xx.xx.2021-cı il tarixdə vəfat etmişdir. Vərəsəlik işinin açılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda hüquq sahibinin təqdim edilmiş sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, əmrin arxiv arayışında hüquq sahibinin adı “Abuzər”, notariusun məktubunda isə “Abazər” kimi qeyd edildiyindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişlər. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin ad, soyad və ata adının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız atasının adında olması 16 iyul 1990-cı il tarixli “Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt”ın, Abşeron rayon Donuzkökəltmə Sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmrindən çıxarışın və Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamənin xx.xx.2021-ci il tarixdə vəfat etmiş Babayev Abazar Məzahir oğluna məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 16 iyul 1990-cı il tarixli “Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt”ın, Abşeron rayon Donuzkökəltmə Sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmrindən çıxarışın və Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamənin xx.xx.2021-ci il tarixdə vəfat etmiş Babayev Abazar Məzahir oğluna məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 16 iyul 1990-cı il tarixli “Həyətyanı torpaq sahəsinin verilməsinə aid akt”ın, Abşeron rayon Donuzkökəltmə Sovxozunun direktorunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmrindən çıxarışın və Abşeron rayonu Binə Donuzkökəltmə sovxozu tərəfindən verilmiş və həmin sovxozun direktoru A.Alxasov tərəfindən təsdiq edilmiş “Sovxozda çalışan fəhlə və qulluqçulara fərdi mənzil tikmək üçün həyətyanı torpaq sahəsi verilməsi haqqında müqavilənamənin Babayev Abazar Məzahir oğluna (xx.xx.2021-ci il tarixdə vəfat etmiş) məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1686/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1686/2025
07.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver