Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1716/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras mülkə dair ünvan 2iş cavabdeh X14 29 dekabr 2021-ci ildə verilmiş, 2V189 reyestrdə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi idarəsi tərəfindən dövlət reyestrində aparılmış qeyd və onun əsasında verilmiş çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 1902-ci il tarixdə Bakı şəhərində doğulmuş, 2* may 1970-ci ildə vəfat etmişdir. X1 1911-ci ildə doğulmuş, 26 noyabr 1978-ci il tarixdə vəsat etmişdir. Onlar ömrünün son günlərinə kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordcenikidze (Əliağa Ağayev) küçəsi, ev 37-də yaşamışlar, birgə nikahlarından dörd övladları olmuşdur. X2 həmin evdə doğulmuş, 14 mart 2018-ci il tarixdə vəfat etmişdir. X6 09 aprel 2011-ci il tarixdə, xalası Rəhimova (Pənəhova) Zivər Səftər qızı 0* iyun 2008-ci il tarixdə vəfat etmişlər. Əmisi X4 olmuş, onun övladları olmamışdır. Qeyd edir ki, Xəzər Rayon PB-nin əməkdaşları hazırda yaşadıqları evin tərk edilməsi ilə bağlı ünvana gəlmiş, bundan sonra məlum olmuşdur ki, cavabdeh X17 ünvan 1-yə dair adına Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövləy Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etmiş, buna əsaslanaraq onun ailəsi ilə birlikdə sözü gedən evi dərhal tərk etməyi barədə hüquq mühafizə orqanına müraciət etmişdir. Daha sonra ona məlum olmuşdur ki, sözü gedən evə dair mirasın qəbul edilməsi, ona dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə hərəkətləri Bakı şəhəri 31 saylı notariat ofisi aparmışdır. Daha sonra o, Bakı şəhəri 31 saylı notariat ofisinə babasından qalmış və haqızrda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordcenikidze (Əliağa Ağayev) küçəsi, ev 37-yə dair mirasın qəbul edilməsi, ona dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə təqdim etmişdir. Ərizə və əlavə edilən sənədləri nəzərdən keçirdikdən sonra Bakı şəhəri 31 saylı notariat ofisi 1* mart 2022-ci il tarixli “notariat hərəkətləri aparmaqdan imtina edilməsi haqqında” qərar qəbul etmiş, imtinaya səbəb kimi isə cavabdeh X10 birinci dərəcəli vərəsə olaraq digər vərəsələrin dairəsini notariusdan gizlətməsi və bunun nəticəsində miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alaraq, X11 adına ünvan 7-yə dair Daşınmaz Əmlakın Dövləy Reyestri Xidmətindən 24 dekabr 2021-ci ildə **********74 yeyestr, ********** qeydiyyat nömrəli çıxarışın almasıdır. Həmçinin bildirilmişdir ki, cavabdeh əmisi X14 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 29 dekabr 2021-ci ildə verilmiş, 2V-189 reyestrdə təsdiq olunmuş şəhadətnamə və onun əsasında alınmış çıxarışın məhkəmə tərəfindən ləğv olunaraq miras əmlakın bütün vərəsələr arasında bölünməsi barədə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Əldə edilən sənədlərdən görünür ki, əmisi Bakı şəhəri 31 saylı notariat ofisinə ərizə ilə müraciət edərkən mərhumun ondan başqa vərəsələrinin olmamasını bildirmişdir. Bundan başqa o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 3*, mənzil 12-də qeydiyyatda olmaqla yaşadığı halda məhz Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı MKİS tərəfindən arayış almışdır ki, o, mərhum atasından qalmış ünvan 7-də yaşayır. Həmçinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordcenikidze küçəsi, ev 37yə dair ev dəftərindən də göründüyü kimi, onun atası, onun və övladlarının mübahisəli evdə daim yaşamış və beləliklə babasından qalan əmlakı miras olaraq qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə ərizəsi ilə məhməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras mülkə dair ünvan 2iş cavabdeh X14 29 dekabr 2021-ci ildə verilmiş, 2V189 reyestrdə təsdiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız sayılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, məhkəməyə məktub ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə müraciət edərək məhkəmə iclasınən onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 18*.*-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, X2, anası X12r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X16, X1dır. İş materiallarında olan Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın sürətindən görünür ki, Buzovna qəsəbəsi 938 nömrəli mülk X13 mülkiyyətindədir. İş materiallarında olan Texniki Pasportun sürətindən görünür ki, Buzovna qəsəbəsi Ordjonikidze küçəsi ev 37 X13 mülkiyyətindədir. İş materiallarında olan Ev Dəftərinin sürətindən görünür ki, Buzovna qəsəbəsi Ordjonikidze küçəsi ev 37 X13 mülkiyyətindədir. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 2*.0*.1970-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018ci il tarixdə ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1* xx.xx.1978-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 0*.06.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 7 xüsusi mülkiyyət hüququ üzrə X11 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamənin sürətindən görünür ki, 2*.0*.1970-ci il tarixdə “vəfat etmiş- X11 vərəsəsi kimi Azərbaycan Respublikası, Bakı şəhəri, Gəncə pr-ti, ev 3* , mən 12 ünvanında qeydiyyatda olan Cavabdeh1 (AZE********, xx.xx.2013 - Xətai RPİ, FİN:34F6FUF) göstərilmiş və o miras əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun İddiaçı ünvanlanmış məktubundan aydın olur ki, X17 birinci dərəcəli vərəsə olaraq digər vərəsələrin dairəsini notariusdan gizlətmiş və bunun nəticəsində miras əmlaka dair qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq, ünvan 7 dair Dövlət Reyestri Xidmətindən xx.xx.2021-ci ildə **********74-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın almasına müvafiq olmuşdur. Yeni açılmış hal olaraq vətəndaş İddiaçı əmisi Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci ildə verilmiş 2V189 reyestrdə təsdiq olunmuş şəhadətnamə və onun əsasında alınmış Dövlət Reyestr Xidmətindən alınmış çıxarış məhkəmə tərəfindən ləğv olunaraq miras əmlakın bütün vərəsələr arasında bölünməsi barədə məhkəməyə müaricət etməsi hüququ ona notarius tərəfindən izah olundu. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün deyildir. İş materiallarında olan ünvan 6 ünvanlanmış məktubdan görünür ki, iddiaçının əmisi X9 miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Buzovna Bələdiyyəsinin və Mənzil Komunnal İstismar idarəsinin verdikləri rəsmi arayışları əsasında orada yaşaması və miras əmlaka dair torpaq və əmlak vergisi onun terəfindən ödənildiyinə görə miras əmlakı faktiki qanunla qəbul etmiş hesab olunduğuna görə verilmişdir. İddiaçı venlmiş qanun üzrə şəhadətnamənin və çıxarışın ləğvi barədə məhkəməyə müraciət etməsini məsləhət gördü. ”Notariat Haqqında"Qanun 40-cı maddəsini rəhbər tutaraq şəhadətnaməsinin verilməsindən imtina edilməsi haqqında qərar verildi. Əlavə olaraq qeyd etmək istəyir ki, Cavabdeh1 nə vərəsəliyin qəbuluna dair ərizədə, ondan başqa vərəsələrin olması barədə, nə də təqdim etdiyi rəsmi arayışlarda, eyni zamanda şəxsi söhbət zamanı digər vərəsələrin olması barədə heç bir məlumat verməmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 7 iddiaçının X3nun mülkiyyətində olmuşdur. İddiaçının X3 2*.0*.1970-ci il tarixdə ölmüşdür. ünvan 7 mülkiyyətçisi olmuş X11 2*.0*.1970-ci il tarixdə ölməsi ilə həmin torpağa dair vərəsəlik açılmışdır. İddiaçı ilə Cavabdeh1 əmi-qardaş oğludurlar. İddiaçı atası olan X8 xx.xx.2018-ci ildə ölmüşdür. Miras açılan zaman X11 1 oğlu və nəvəsi sağ olmuşdur. Mübahisə Cavabdeh1 yeganə vərəsə kimi xx.xx.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə bağlıdır. Mübahisə iddiaçıların həmin daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat orqanına müraciət etmələrindən sonra yaranmışdır.Belə ki, notariat orqanına müraciət edildikdən sonra iddiaçılara məlum olmuşdur ki, Cavabdeh1 atasından miras qalmış əmlaka dair yeganə vərəsə kimi artıq “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si almışdır. Notariat orqanı Cavabdeh1 yeganə vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-si verdiyindən digər vərəsələrin mirası faktiki qəbul etməməsi qənaətinə gələrək, onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verməkdən imtina etmişdir. İddiaçı hal-hazırda ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 114*-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məhkəmə hesab edir ki, həm iddiaçı iddia ərizəsini əsaslandırarkən, həm notarius vərəsəlik şəhadətnaməsi verərkən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etsə də, lakin tərəflər arasında yaranmış münasibətlər 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin təsir dairəsinə düşür. Belə ki, miras açılan zaman, yəni 1970-ci ildə vərəsəliklə bağlı münasibətləri 2000-ci ilin sentyabrına 1-dək qüvvədə olan Mülki Məcəllə tənzimləmişdir. Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *32-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.Həmin Məcəllənin **2-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin **4-cü maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi üçün bu Məcəllənin **2-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Həmin Məcəllənin *61-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin *62-ci maddəsinə əsasən vərəsələrə miras hüququ haqqında şəhadətnamə, vərəsəlik açıldığı gündən altı ay keçdikdən sonra verilir. Həmin Məcəllənin *66-cı maddəsinə əsasən Əmanətçi, əmanət kassasına və ya banka sərəncam vermədikdə, əmanətçi ölən vaxt onun əmanəti bu bölmənin qaydaları üzrə ümumi əsaslara müvafiq olaraq vərəsələrə keçir. Bundan başqa hüquq nəzəriyyəsində mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında” * №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvafiq işlər görmüşsə binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçın ünvan 7 ünvanında yerləşən evdə həm miras açılan zaman, həm indi yaşaması mübahisəsiz haldır. Göründüyü kimi iddiaçı miras əmlaka sahiblik etməklə mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq, Cavabdeh1 yeganə vərəsə kimi “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin verilməsi onu miras əmlakın bölünməsindən məhrum etmişdir. Mirasın faktiki qəbul edilməsi mirasın harda olmasından və nə də ifadə edilməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən paya mütənasib qəbul etməni özündə ehtiva edir. Miras açıldığı zaman miras qoyana məxsus olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi vərəsənin mirası qəbul etməsini istisna etmir. O cümlədən digər vərəsənin vərəsəlik şəhadətnaməsi alması da başqa vərəsələri vərəsəlik hüququndan məhrum etmir. Buna baxmayaraq cavabdeh notariat orqanı digər vərəsələrin olub olmamasını, onların mirası faktiki qəbul edib etməmələrini araşdırmadan, iddiaçıya mirası qəbul etməsi barədə sənəd verməkdən əsassız olaraq imtina etmişdir. Ehtimal olunur ki, notarius 11 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Təlimatın 109-cu hissənin çıxarılmış ikinci abzasını (Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 109cu bənd) nəzərə alaraq vərəsəlik şəhadətnaməsi verməmişdir. Bu halda belə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı bəndində göstərilmişdir ki, vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə o qənaətə gəlir ki, notarius tərəflər arasında gələcəkdə mübahisənin yaranacağı ehtimalından çıxış edərək vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş olsa da, Cavabdeh1 2* may 1970-ci ildə vəfat etmiş X11 yeganə vərəsəsi kimi verilmiş 24 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”-nin mövcudluğu mirası qəbul etmiş digər qanun üzrə vərəsələrin hüquqlarını pozur və bu səbəbdən iddiaçıların pozulmuş hüquqlarının bərpası barədə tələbləri əsaslıdır. Odur ki, Cavabdeh1 2* may 1970-ci ildə vəfat etmiş X11 yeganə vərəsəsi kimi verilmiş 24 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 2* may 1970-ci ildə vəfat etmiş X11 yeganə vərəsəsi kimi verilmiş 24 dekabr 2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 2* may 1970-ci ildə vəfat etmiş X11 yeganə vərəsəsi kimi verilmiş 24 dekabr 2012-ci il tarixli 2V-189 nomrə ilə reyestrdə təstiq olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1716/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1716/2022
22.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver