Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1721/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçıMMC-ninCavabdehqarşı “kredit borcunun qaytarılması” tələbinədair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı«xxxx» MMC-ninCavabdehqarşı “kredit borcunun qaytarılması” tələbinədairiddiaərizəsiilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli müqaviləyə əsasən o, "HP Pavilion" markalı komputer almış və nəticədə 2467 manat borc yaranmışdır. 19.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2255 manat (yəni 19 ay x 105 manat+260 manat ilkin ödəniş) olan "HP Pavilion" markalı komputer üçün cəmi 2467 manat olmaqla ondan 1995 manat əsas borc və 472 manat cərimə (dəbbə) və 19.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2259,1 manat (yəni 18 ay x 125 manat+9,1 manat ilkin ödəniş) olan Samsung LED markalı televizor, Huavei P Smart Z markalı telefon üçün cəmi 2775 manat olmaqla ondan 2250 manat əsas borc və 525 manat cərimə (dəbbə) pulu hesablanmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%–i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən “xxxx” MMC-nin xeyrinə 4245 manat əsas borc, 997 manat cərimə və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işüzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli müqavilədən aydın olur ki, "HP Pavilion" markalı komputer üçün ilkin ödəniş 260 manat olmaqla hər ay nağd qaydada 105 manat ödəməklə, 19 ay müddətinə 2255 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 19.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən "HP Pavilion" markalı komputer tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.12.2019-cu il tarixli müqaviləyə əsasən 25.01.2020-ci il tarixdən 25.06.2021-ci il tarixədək İddiaçı MMC-yə hər ay 105 manatödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli müqavilədən aydın olur ki, Samsung LED markalı televizor, Huavei P Smart Z markalı telefon üçün ilkin ödəniş 9,1 manat olmaqla hər ay nağd qaydada 125 manat ödəməklə, 18 ay müddətinə 2259,1 manata Cavabdeh satılmışdır. “Alıcı” ödənişi vaxtında ödəmədikdə hər gün üçün qalıq məbləğin 1 %-i həcmində penya ödəyir. İş materiallarına əlavə olunmuş 19.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qeyd olunan müqaviləyə əsasən Samsung LED markalı televizor, Huavei P Smart Z markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh19.12.2019-cu il tarixli müqaviləyə əsasən 25.01.2020-ci il tarixdən 25.06.2021ci il tarixədək İddiaçı MMC-yə hər ay 125 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 19.12.2019-cu il tarixli 01139750 saylı müqavilə üzrə 260 manat və 19.12.2019-cu il tarixli 01139502 saylı müqavilə üzrə 9,1 manatödəniş etmiş, ümumilikdə qeyd olunan müqavilələr üzrə İddiaçı MMC-yə 269,1 manat ödəniş etmiş, son nəticədə onun 19.12.2019-cu il tarixli 01139750 saylı müqavilə üzrə 1995 manat əsas borcu, 472 manat cərimə, 19.12.2019-cu il tarixli, 01139502 saylı müqavilə üzrə 2250 manat əsas borcu və 525 manat cərimə olmaqla ümumilikdə İddiaçı MMC-yə 5242 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 18.06.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında toplanmış vətədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, «xxxx» MMC iləCavabdeh arasında 19.12.2019-cu il tarixli müqavilələr bağlanmışdır. 19.12.2019-cu il tarixli, 01139750 saylı müqaviləsyə əsasən, alqı-satqı qiyməti 2255 manat olan "HP Pavilion" markalı komputer 51 manat ilkin ödəniş etməklə 19 ay müddətinə hər ay 105 manatödəmək şərti ilə almışdır. 19.12.2019-cu il tarixli, 01139502 saylı müqaviləyə əsasən alqı-satqı qiyməti 2259,1 manat olan Samsung LED markalı televizor, Huavei P Smart Z markalı telefon ütü üçün 9,1 manat ilkin ödəniş etməklə 18 ay müddətinə hər ay 125 manat ödəmək şərti ilə almışdır.Cavabdeh müqavilələr üzrə ümumilikdə 269,1 manat ödəniş etmişdir.Cavabdeh müqavilələr üzrə müəyyən edilmiş müddətdə kredit borcunu qaytarmağıüzərinə götürmüşdür. İşüzrəİddiaçı ASCüzərinədüşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilələr üzrəöhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan əşyaların almasına dair hüququndan istifadə etmiş, müqavilələr üzrə əsas borcu ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddianın əsas borcun ödənilməsinə dair hissəsi əsaslıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qanunverici cərimənin azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehlərin cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsində nəzərdə tutulan cərimə azaldılmalıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulu 724,64 manat məbləğində deyil, 10,0 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 19.12.2019-cu il tarixli, 01139750 saylı müqaviləsyə əsasən 1995,0 manat məbləğində əsas borca münasibətdə 472,0 manat, 19.12.2019-cu il tarixli, 01139502 saylı müqaviləyə əsasən 2250,0 manat əsas borca münasibətdə 525,0 dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz, tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 19.12.2019-cu il tarixli, 01139750 saylı müqaviləyə əsasən 10,0 manat və 19.12.2019-cu il tarixli, 01139502 saylı müqaviləyə əsasən 15,0 manat olmaqla, cəmi 25,0 manatcərimə (dəbbə) pulu tutulmalıdır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20,0 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə, yəni 10,0 manat dövlət rüsumu iddaçıya aid edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 19.12.2019-cu il tarixli, 01139750 saylı müqavilə üzrə 1995,0 manat əsas, 10,0 manat dəbbə (cərimə), 19.12.2019-cu il tarixli, 01139502 saylı müqavilə üzrə 2250,0 manat əsas, 15,0 manat dəbbə (cərimə), ümumilikdə 4245,0 manat əsas, 25,0 manat dəbbə (cərimə) və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 4290,0 (dörd min iki yüz doxsan) manat məbləğində pul vəsaiti tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 105- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 19.12.2019-cu il tarixli, 01139750 saylı müqavilə üzrə 1995,0 manat əsas, 10,0 manat dəbbə (cərimə), 19.12.2019-cu il tarixli, 01139502 saylı müqavilə üzrə 2250,0 manat əsas, 15,0 manat dəbbə (cərimə), ümumilikdə 4245,0 manat əsas, 25,0 manat dəbbə (cərimə) və 30,0 manat dövlət rüsumu olmaqla, cəmi 4290,0 (dörd min iki yüz doxsan) manat məbləğində pul vəsaiti tutulsun. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı İddiaçı MMC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində BakışəhəriXəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1721/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1721/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver