Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1727/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun adına olan abonent hesabına hesablanmış ümumilikdə 2741,45 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(003)-1727/2022 saylı qərardadı ilə, tərəflər məhkəmə iclasına” gəlmədiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6. maddəsinə əsasən baxılmamışsaxlanılmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəməyə gəlmədiyini bildirmiş, ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin mülki işin baxılmamış “saxlanılmasına dair 30 iyun 2022-ci il tarixli 2(003)-1727/2022 No-li qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(003)-1727/2022 saylı qərardadı ləğv edilib, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi qərara alınmışdır. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6. maddəsinin tələbinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1727/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1727/2022
23.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver