Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1728/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən borc kimi yazılmış 1971 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda olan ünvanı **********00106 N-li abonent kodu olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Hər zaman tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. Qeyd etmək istəmişdir ki, qaz sayğacı əmlakının xaricində quraşdırılmış və quraşdırılmada həm giriş, həm çıxış borusu kimi yalnız dəmir borulardan istifadə olunmuşdur. 2020-ci ilin iyul, avqust, sentyabr tarixlərində Azəriqaz İB-nin Bakı Regional Satış Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının yoxlaması zamanı **********00106 N-li abonent kodu üzrə Məmmədova Gülayə adlı şəxsə müxtəlif dövrlər üzrə cərimələr müəyyən edilmiş və qaz sayğacından qanunsuz istifadə edilməsi göstərilmişdir. Eyni zamanda aktlarda fəqli dövrlər üzrə fərqli məbləğlər göstərilmişdir və eyni zamanda aktda göstərilirki qaz istismarı dayandırılmalıdır, lakin dayandırılmamışdır. Bildirmişdir ki, sonuncu tələbnamə 2020-ci il sentybr ayında olmuşdur. Onunla 13 noyabr 2020-ci tarixində Cavabdeh İB qaz paylayıcı ilə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış, bundan əlavə Cavabdeh İB tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması, istismara qəbul edilməsi haqqında 30 noyabr 2020-ci il tarixli aktda mövcuddur. Buda öz növbəsində həmin borcun ona aidiyyətinin olmadığını təsdiqləyir. Sayğaca Cavabdeh İB-ın işçiləri tərəfindən kobud müdaxilə edildiyinə baxmayaraq, akt 1944 kub qaz sərfiyyatı qeyd edilmiş və əsassız “borc” hesablanmışdır. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. 1671 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Sayğaca müdaxilə olunması Cavabdehın aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Onunla Cavabdeh İB arasında olan müqavillər borcun ona heçbir aidiyyətinin olmadığını təsdiqləyir. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi həm qaz itkisinə yazılmış olan 1671 AZN Cavabdeh tərəfindən silinməsi baradə Qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanılmış və bundan sonra onun evinə yeni sayğac yerləşdirilmişdir. Bir müddətdən sonra müəyyən etmişdir ki, qazın istifadəsinə görə etdiyi ödənişlərdən tutulmalar aparılır. Bu məsələnin aydınlaşdıranda müəyyən etmişdir ki, onun ünvanına yerləşdirilmiş sayğac Gülayə Məmmədovaya məxsus olmuşdur. Belə ki, onun ünvanına verilmiş abonent kodu da həmin Gülayə Məmmədovanın adınadır. Bundan sonra müəyyən etmişdir ki 2020-ci ildə aktlar tərtib edilmiş və həmin aktlar əsasında borc hesablanmışdır. Hazırda da həmin borc ondan tələb olunur. Həmçinin bildirmişdir ki, onlar tərəfindən təbii qazdan heç vaxt qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişlər və bu barədə tərtib edilmiş aktların onun ünvanına heç bir aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirmişdir ki, iddiaçı tərəfindən dəfələrlə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə olunmuş və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında itirilmiş təbii qazın dəyəri hesablanaraq iddiaçının abonent hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçının abonent hesabında göstərilmiş borc həmin aktlar əsasında hesablanmış borcdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan paylayıcı Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (Binə qəsəbəsi Hövsan Südçülük ünvanı) keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İstehlakçının ünvanına G4 **********6 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* N-li aktın surətindən görünür ki, **********00106 abonent kodlu istehlakçının, yəni İddiaçı ünvanına G4 **********6 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı Gülayə Məmmədova tərəfindən təbii qazdan sayğacsız, qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsi halı müəyyən edilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, yuxarıda qeyd olunan akt əsasında 1944 m3 həcmində dəymiş zərər müəyyən edilmişdir. İş materiallarında olan **********0106 nömrəli abonent hesabından görünür ki, həmin hesabın istehlakçısı kimi Gülayə Məmmədova qeyd edilmiş, həmçinin həmin hesaba aktlar əsasında 2020-ci ilin may ayında 885,60 manat, iyun-sentyabr aylarında hər 194,40 manat olmaqla ümumilikdə 1663,20 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, İddiaçı adına X1 sistemində istehlakçı kimi qeydiyyat yoxdur. **********00106 nömrəli istehlakçı hesabı başqa şəxsin adına qeydiyyatdadır. İstehlakçı hesabında ad dəyişikliyi edilməsi üçün mülkiyyət sahibi və ya varisi tərəfindən tərəfindən müvafiq sənədlərlə hər hansı “ASAN kommunal” mərkəzlərinə müraciət edə bilər. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər arasında xx.xx.2020-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə bağlanılmış, həmin müqavilə əsasında iddiaçının ünvanında G4 **********6 nömrəli sayğac quraşdırılmışdır. Buna baxmayaraq abonent hesabı Gülayə Məmmədovanın adına olmaqla onun adına tərtib edilmiş aktlar əsasında ümumilikdə 1663,20 manat məbləğində borc hesablanmış və həmin borc iddiaçıdan tələb olunur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar istehlakçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halların mövcüddluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərlərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərərlər də iddiaçının ünvanına verilmiş abonent koduna hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli onun ünvanına verilmiş abonent kodu hesabına cavabdeh tərəfindən hesablanmış 1663,20 manat məbləğində borc silinməlidir. Belə ki, abonent hesabında 1735,44 manat məbləğində borcun olmasına baxmayaraq, işin müəyyən edilmiş hallarından görünür ki, həmin borcun aktlar əsasında hesablanmış hissəsi 1663,20 manat təşkil edir. Digər hissəsi isə 2020-ci ilin dekabr ayında 2022-ci ilin may ayınadək istifadə edilmiş, lakin dəyəri tam ödənilmiş qazın sərfiyyatına görə olan borcdan ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır, yəni iddiaçının ünvanına verilmiş abonent koduna hesablanmış borcdan 1663,20 manat məbləğində hissəsi silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən **********00106 nömrəli abonent hesabına hesablanmış 1663,20 manat məbləğində borc silinməli, cavabdehdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına 36,63 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən **********00106 nömrəli abonent hesabına hesablanmış 1663,20 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 36,63 manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1728/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1728/2022
28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver