Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1729/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdehlər Cavabdeh Qurbənəli oğlu, Maraqlı şəxs2 və X4 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Qurbənəli oğlu, Maraqlı şəxs2 və X13 qarşı vəsiyyət üzrə vərəsəliklə bağlı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh Qurbənəli oğlu, Maraqlı şəxs2 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rizvan Məmmədhüseynov küçəsinda yerləşən 14 saylı fərdi yaşayış evinin vəsiyyətnamə əsasında miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 saylı fərdi yaşayış evi mülkiyyət hüquqları əsasında X5 məxsus olmuş, bu barədə ona Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydiyyat nömrəsi ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. X9, X17 ilə qanuni nikahda olmuş bu nikahdan onların X10 və X13 adlı iki övladı olmuşdur. X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X13 12 aprel 1950-ci ildə anadan olmuşdur və hazırda sağdır. İş üzrə cavabdeh X14 nəvəsi, Qurbanəli Novruzovun oğludur. 26 aprel 1988-ci il tarixdə Mədinə Novruzova Bakı şəhəri 7 saylı DNK-da mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədhüseynov küçəsi 14 saylı fərdi yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. İndiyədək həmin vəsiyyətnamədə heç bir dəyişiklik yoxdur. Həmin fərdi yaşayış evini mülkiyyətinə keçirmək məqsədilə 31 saylı DNK-ya müraciət etdi və vərəsəlik şəhadətnamənin verilməsini istəmiş, lakin cavabdeh miras əmlakda, həmin əmlakın tən yarısına vərəsə olmasını və bu hüququnun reallaşdırılmasını əsas gətirərək Notariat ofisində mübahisə yaratdığı üçün ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh Qurbənəli oğlu, Maraqlı şəxs2 və X13 hər biri ayrı-ayrılıqda iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 7 saylı Bakı şəhəri Notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1988-ci il tarixli vəsiyyətnamədən görünür ki, X9 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat ofisinin X11 ünvanladığı notariat hərəkətlərinin aparılmasından imtina barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X7 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, X13 xx.xx.1950-ci ildə anadan olmuşdur. X8, anası X6r. İş materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X9 xx.xx.1960-cı ildə nikaha daxil olmuşlar və bu barədə nikah aktları qeydi kitabında 158 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Binə qəsəbə İcra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/01-N-40/13 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri 7 saylı dövlət notariat ofisində xx.xx.1988-ci il tarixdə P-5-933 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2021-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0550 ha torpaq sahəsi X2 mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 29 maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə birinci növbə vərəsə sayılırlar. Həmin Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünüdüyü kimi mübahisə predmetinə aid olan miras əmlak kimi nəzərdə tutulan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rizvan Məmmədhüseynov küçəsi ev 14-də yerləşən fərdi yaşayış evidir. Lakin məhkəməyə təqdim edilmiş olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda X2 mülkiyyət hüquq torpaq sahəsinə alınmışdır. Yəni iddiaçının məhkəməyə təqdim etmiş olduğu vəsiyyətnmədə qeyd edilən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə hüququn qeydə alınması halı aşkar edilməmiş, yalnız torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alinmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən miras əmlak miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusudur. Daşınmaz əmlaka münasibətdə isə miras əmlak kütləsi dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının miras əmlak payının müyyənləşdirilməli olduğunu iddia etdiyi əmlak dövlət reyestrində qeydə alınmış əmlak olmadığından iddia təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh Qurbənəli oğlu, Maraqlı şəxs2 və X7 qarşı X5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rizvan Məmmədhüseynov küçəsinda yerləşən 14 saylı fərdi yaşayış evinin vəsiyyətnamə əsasında miras payının müəyyən edilməsi barədə iddia rəd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh Qurbənəli oğlu, Maraqlı şəxs2 və X7 qarşı X5 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Rizvan Məmmədhüseynov küçəsinda yerləşən 14 saylı fərdi yaşayış evinin vəsiyyətnamə əsasında miras payının müəyyən edilməsi barədə iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1729/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1729/2022
26.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver