Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1741/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun fərdi yaşayış evinə əsassız hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində qeyd olunan ünvanın adının dəyişdiyini, bu səbəbdən ünvanın ünvan 1 alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi, döngə 5, ev 22 ünvanında yaşayır. Həmin ev vəfat etmiş əri Bayram Bayramova məxsus olmuşdur. Müqaviləyə əsasən ona məxsus olan həmin ünvanda yerləşən yaşayış sahəsi təbii qazla təchiz edilmişdir. xx.xx.2022-ci il tarixdə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib olunmuşdur. Bundan sonra məlum olmuşdur ki, ona 1036,80 manat borc yazılmışdır. Həmin aktlarla bağlı cavabdehin rayon üzrə qurumuna müraciət etdikdə ona sayğaca qanunsuz müdaxilə etdiyinə görə cərimə yazıldığı bildirilmişdir. Cavabdehin rayon üzrə qurumu heç bir əsas olmadan xx.xx.2022-ci il tarixdə onun məlumatı olmadan guya onun ünvanında ollmuş və sayğaca kənar müdaxilə etdiyini aşkar edərək ******* saylı akt tərtib etmişdir. Akt onun iştirakı olmadan tərtib edildiyindən mötəbər deyildir. Həmin akta əsasən onun 8640 m3 təbii qazı qanunsuz istifadə etməsi və həmin aktı onun imza etməkdən imtina etməsi qeyd edilmişdir. Aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir, mənzilinə qoyulmuş sayğac heç bir əsas olmadan Birliyin əməkdaşları tərəfindən çıxarılmışdır və ona 100 manat borcu olduğu deyilmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra ona 1036,80 cərimə yazıldığı bildirilmişdir. Əsassız olaraq hesablandığından qeyd ediulən borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə ayrılması nəticəsində hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydə almaması aşkar edilmişdir. -xx.xx.2022-ci il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, X2 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi V98153 ev 1 mənzil 380 (ünvan 2 ünvanında “Smart” tipli G-4 markalı STS**********463 saylı sayğac quraşdırılmışdır. -Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK- 29/1710-04091- 1 saylı aktdan görünür ki, “Zenner” tipli G-4 markalı **********1 saylı sayğaca ümumi baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin gövdədən tamamilə ayrılması nəticəsində hesablama mexanizminin açıq vəziyyətdə olması və sərfi qeydə almaması aşkar edilmişdir. Sayğac istifadəyə yararsızdır. Müdaxilə nəticəsində qaz itkisi meydana gəlmişdir. -Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8640 m3 qaz miqdarında dəymiş ziyan hesablanmışdır. -**********03800 saylı abonent kodu üzrə verilmiş abonentin saldosundan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi V98153 ev 1 mənzil 380 (Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, abonent X2 məxsus fərdi evdə xx.xx.2022ci il tarixdə **********463 saylı “ZENNER G4T SMART” tipli sayğac quraşdırılmışdır. Ünvanda PQ-4 tipli 4 gözlü qaz plitələri, samovar və qızdırıcı radiator peçi işlədilir. 2023-cü ilin yanvar ayında akt əsasında ünvana 1036,80 manat məbləğində borc yazılmışdır. -Yevlax rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 240070 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə “ürək çatışmazlığı” səbəbindən Yevlax rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 82 nömrə ilə qeyd aparılmışdır. -Buzovna Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 507 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zuğulba küçəsi döngə 5 ev 22 ünvanında qeydiyyatsız yaşayır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, sayğaca kənar müdaxilə nəticəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə X1 adına tərtib edilmiş akt əsasında abonent hesabına 1036,80 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki mübahisənin yaranmasına səbəb Cavabdeh tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən təbii qaza müdaxilə nəticəsində qaz itkisinin yaranması faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğaca müdaxilə nəticəsində qaz itkisinin yaranması halına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmin halın mövcudluğu müəyyən edilməmişdir. Odur ki, hazırki halda iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində dəymiş zərərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərərin də iddiaçının abonent hesabına hesablanmasının əsaslı hesab edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən, cavabdeh təşkilata dəymiş zərər, iddiaçının hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddiaçının cavabdeh təşkilat qarşısında dəymiş zərərlə bağlı hər hansı bir vəzifəsi yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, iddiaçının abonent hesabına cavabdeh tərəfindən hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Hazırkı iddia qiyməti 1036,80 manat təşkil etdiyinə görə dövlət rüsumunun məbləği 30,36 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçının sahibliyində olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi, döngə 5, ev 22-yə (abonent kodu **********03800) hesablanmış 1036,80 manat məbləğində borc silinməli, cavabdehdən 30,36 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi, döngə 5, ev 22-yə (abonent kodu **********03800) hesablanmış 1036,80 (bir min otuz altı manat, səksən qəpik) manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30,36 (otuz manat, otuz altı qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1741/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1741/2023
20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver