Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1741/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X10 adına olan Bakı şəhəri, Xəzər rayonu, Bünyatzadə küçəsi, döngə 1, ev 13 saylı evin texniki pasportunun mərhum babası X6 məxsus olması faktının müəyyən edilməsinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev onun mərhum babası (atasının atası) X6 məxsus olmaqla onun xüsusi mülkiyyətindədir. X4 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mərhum X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum babam X11 xx.xx.1930-cı ildə Bakı şəhərində anadan olmuş və o, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum babası X11 vəfat etdiyi günədək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi döngə 1, 13 saylı evdə pasport qeydiyyatıda olmuşdur və həmin evdə yaşamışdır. O, özü də həmçinin anadan olandan indiyədək sözügedən ünvanda yerləşən evdə öz ailə üzvüləri ilə yaşayıram və orada pasport qeydiyyatındadır. Hazırda sözügedən evi qanun üzrə vərəsəlik əsasında öz adına rəsmiləşdirmək istəyir. Hal hazırda o yuxarıda qeyd edilən torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərək bildirmişlər ki, onun mərhum babası X3 adına olan evin texniki pasortunda adı “Səfər”, soyadı “Rəhimov”, atasının adı isə “Ağasəfər oğlu” kimi qeydə alınmış, lakin digər sənədlərdə isə babasının adı atasının adı və soyadı X1 qeyd edilmişdir. Bu səbəbdən də evin sənədləşdirməklə onun adınaa sənədin verilməsi mümkün deyil. Bildirmək istəyir ki, mərhum babası və onun mərhum atası o vaxtlar bütün bunlara əhəmiyyət verməmişlər. Ərizəçi daha sonra ərizəsini dəqiqləşdirərək ünvan 5 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un babası X6 aid olması faktı müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, babasına məxsus yaşayış evini sənədləşdirmək istəyir, lakin texniki pasportunda babasının adı düzgün yazılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, iş üzrə ərizəçinin qonşusudur. Ərizəçinin babası X7 tanımışdır. Babasını Ağasəfər kimi tanımışdır. Ərizəçi, ünvan 5 saylı fərdi yaşayış evində anası və qardaşı ilə birlikdə yaşayır. İş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iş üzrə ərizəçinin qonşusudur. Ərizəçinin babası X7 tanımışdır. Babasını Səfər kimi tanımışdır. Daha sonra nəvəsinin adını Ağasəfər qoyduqlarından bilmişdir ki, əslində kişinin adı Ağasəfər olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - XVİİ-ЖГ seriyalı, 376041 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, X4, anası isə X8r. - V-ЖГ seriyalı, 386095 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X12 arasında xx.xx.1990-ci ildə Bakı şəhəri Əzizbəyov rayon VVAQ şöbəsində nikah bağlanmışdır. - AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş, atası X11, anası isə X9r. -Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2011-ci il tarixdə ölmüşdür. -Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2005-ci il tarixdə ölmüşdür. -Bakı şəhəri 31 saylı notariat ofisinin Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ (1 saylı Bakı Ərazi İdarəsinə) ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, bu məktubda notariat ofisinə xx.xx.2005-ci ildə vəfat etmiş (xx.xx.1930-cu il təvəllüdlü) X2 irs qalmış ünvan 3 ünvanında yerləşən 13 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə olan xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi ərizəsi qəbul edildiyi bildirilmiş və vərəsəlik işi ilə əlaqədar irs qalmış miras əmlaka dair hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi xahiş olunmuşdur. - Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bünyatzadə küçəsi, döngə 1, 13 saylı evə dair həmin sənəd X10 adına verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sonuncunun ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların mərhum X6 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı arxiv texniki pasportunda göstərilən fərdi yaşayış evinin bəzi hissələrinin söküldüyü və yeni tikililərin inşa edildiyi məlum olmuşdur. Əlavə olaraq, fərdi yaşayış evinə dair təqdim olunmuş və İdarənin arxivində mövcud olan texniki pasportla vərəsəlik işi üzrə vərəsələrin dairəsinin müəyyən olunması barədə notariat ofisinin məktubu və ölüm haqqında şəhadətnamə arasında hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, texniki pasportda ad “Səfər”, məktubda və ölüm haqqında şəhadətnamədə isə “Ağasəfər” qeyd olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) babasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş materiallarında olan sənədlərdən ərizəçinin izahatından və şahid ifadələrindən müəyyən edilməmişdir ki, ərizəçinin babasının adı X11 olmuş və ünvan 5 saylı fərdi yaşayış evi onun sahibliyində olmuş, həmin evdə X11 yaşamış, hazırda isə ərizəçi öz ailəsi ilə birlikdə yaşayır. X11 öldüyündən bu ev ondan miras qalmışdır. Həmçinin müəyyən olunur ki, evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”da X3 adı X5 qeyd olunmuşdur. Bu uyğunsuzluq səbəbinə görə həmin əmlakın sənədləşdirilməsi mümkün olmamışdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X10 adına verilmiş ünvan 5 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un X6 aid olması faktı müəyyən edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X10 adına verilmiş ünvan 5 saylı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş 1962-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1741/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1741/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver