Məhkəmə qərarları › İş №2(003)-175/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-175/2023

18.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-175/2023 18.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh, həmçinin Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi İddiaçı və onun vəkili X4, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 və onun nümayəndəsi və vəkili X5, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri 31 saylı Notariat Ofisinə qarşı “ləyaqətsiz vərəsə sayılması, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsinin notariat ofisinə həvalə edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, üçüncü şəxs Bakı şəhəri 31 saylı Notariat Ofisinə qarşı “ləyaqətsiz vərəsə sayılması, miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması, müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsinin notariat ofisinə həvalə edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, bu məqsədlə barışıq sazişi imzaladıqlarını bildirdilər. Ona görə də məhkəmədən həmin sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh, həmçinin Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi İddiaçı məhkəmə iclasında bildirdi ki, tərəflər mülki işi barışıq sazişi ilə tamamlanması qərarına gələrək aralarında xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Ona görə bu sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. İddiaçı vəkili X2 şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 məhkəmə iclasında bildirdi ki, həqiqətən də tərəflər arasında barışıq sazişi bağlanmış və tərəflər barışıq əldə etdiyindən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etdi. Cavabdeh4 nümayəndəsi və vəkili X9 məhkəmə iclasında sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh1 məhkəmə iclasında sazişin şərtlərini nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci tarixdə mübahisəni barışıq yolu ilə tənzimləmək məqsədilə barışıq sazişini aşağıdakı şərtlərlə bağlamışlar: 1) İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 mərhum X1 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların ümumi paydan düşən 1/6 (altıda bir) miras payını nənələri Cavabdeh4 verilməsinə və yerdə qalan 5 (beş) payın digər vərəsələr arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə razıdırlar, etiraz etmirlər və gələcəkdə də ona düşən miras paya dair heç bir iddiaları olmayacaq. 2) Cavabdeh4 da öz tərəfindən oğlu, mərhum X1 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların ümumi paydan düşən 1/6 (altıda bir) miras payını qəbul etməyə və yerdə qalan 5(beş) payın digər vərəsələr arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə razıdırlar, etiraz etmir və gələcəkdə də miras payların bölgüsünə dair heç bir iddiası olmayacaq. 3) Hər iki tərəf bu razılıq sazişinin bütün şərtlərini heç bir əlavə şərtlər irəli sürmədən əməl etməyi öhdəsinə götürür. Razılıq sazişi 7 nüsxədə tərtib edilmiş, bir nüsxəsi mülki işə əlavə edilir, digər nüsxələr tərəflərə təqdim edilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 52.3 və 52.5ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. MPM-in 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (maddə 191.1). Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir (maddə 191.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir”. Hakim iş üzrə tərəflərə MPM-in 262-ci maddəsinin tələblərini izah etmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflərin təqdim etdiyi barışıq sazişi MPM-in 191.1-ci maddəsinin tələblərinə uyğun verilmişdir, qanuna zidd deyildir və hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 252.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 52, 191, 261.0.5, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3 mərhum X1 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların ümumi paydan düşən 1/6 (altıda bir) miras payını nənələri Cavabdeh4 verilməsinə və yerdə qalan 5 (beş) payın digər vərəsələr arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə razıdırlar, etiraz etmirlər və gələcəkdə də ona düşən miras paya dair heç bir iddiaları olmayacaq.

2. Cavabdeh4 da öz tərəfindən oğlu, mərhum X1 qalmış mübahisə predmeti olan daşınar miras əmlakların ümumi paydan düşən 1/6 (altıda bir) miras payını qəbul etməyə və yerdə qalan 5(beş) payın digər vərəsələr arasında mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada bölünməsinə razıdırlar, etiraz etmir və gələcəkdə də miras payların bölgüsünə dair heç bir iddiası olmayacaq. 3.Hər iki tərəf bu razılıq sazişinin bütün şərtlərini heç bir əlavə şərtlər irəli sürmədən əməl etməyi öhdəsinə götürür. Razılıq sazişi 7 nüsxədə tərtib edilmiş, bir nüsxəsi mülki işə əlavə edilir, digər nüsxələr tərəflərə təqdim edilir İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, MPM-in 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar