Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1753/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 , müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “miras əmlakın qanuni vərəsələr arasında bölünməsinin ləğv edilməsi, vəsiyyətnaməyə görə mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2 , müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “miras əmlakın qanuni vərəsələr arasında bölünməsinin ləğv edilməsi, vəsiyyətnaməyə görə mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi döngə 1, ev 37 və 0,04 ha torpaq sahəsindən ibarət bölünmüş miras əmlakın qanuni vərəsələr arasında bölünməsi ləğv edilməsi, xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə görə mirasın bölüşdürülməsi 31 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2003-cü ildən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, ev 37-də atasına məxsus evdə bu günə kimi yaşayır. 2003-cü ildə atası ağır xəstə olduğundan onun evinə köçüb ona qulluq edərək onunla həmin evdə yaşamışdır. 18 avqust 2004-cü ildə atası X42 özünə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi döngə 1, 37 saylı evi tam olaraq ona vəsiyyət edərək, vəsiyyətnamə yazıb 31 saylı notariat kontorunda şahidlərin iştirakı ilə qeydiyyatdan keçirmişdir. 2005-ci il mart ayında atası vəfat etmişdir. O, xəstə anasına baxaraq, mirası tam qəbul etmişdir. Ondan başqa miras əmlakda heç kim (yəni bacıları və qardaşları) yaşamırdı. 2013-cü ildə qardaşı Şirzad Rusiyadan gəlmiş, onunla 31 saylı notariat kontoruna gedib mirasın açılması üçün müraciət etmişlər. 2013-cü ildə vəsiyyətnamə onun adına olduğundan qardaşı X53, bacıları X9, X32 xx.xx.2013-cü il tarixdə, X54, X33, X26 xx.xx.2013- cü ildə öz miras paylarından imtina ərizəsi yazmışlar. O, vəsiyyətnaməni təqdim edərək ərizə yazmış, 31 saylı Notariat kontorunda vəsiyyətnamənin surətini götürüb, vəsiyyətnamənin əslini iddiaçıya qaytarmışlar. 2014-cü ildə qardaşı Yaqubov Azadxan mirasın qanuni vərəsələr arasında bölünməsi üçün məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun iddiasını rədd edərək qətnamə çıxartmışdır. 2014-cü ildə qardaşı Azadxanın nikahdan kənar ailəsi miras əmlaka köçürülmək üçün məhkəməyə müraciət etmiş, xx.xx.2014-cü il tarixli, 2(003)-1599/2014 saylı qətnamə ilə Binə qəsəbəsi, Ə.İsazadə küçəsi döngə-1, ev 37-yə köçürülmüşlər. 2015-ci ildə iddiaçını və ailəsinin evdən çıxarılması barədə Xəzər Rayon Məhkəməsinə Azadxanın nigahdan kənar həyat yoldaşı Ağasıyeva Ellada müraciət etmiş, 2(003)-3198/2015-ci il tarixli qətnamə ilə Ağasıyeva E. iddiası rədd edilmişdir. 2015ci ildə iddiaçı atasının adına “Çıxarış” almışdır. 31 saylı notariat kontoru 2015-ci ildə qanun üzrə vərəsələr arasında bölgü keçirib iddiaçıya, 1/5 hissədə vərəsəlik şəhadətnaməsi vermişdir. O, 1/5 payın nə olduğunu bilmədiyinə “Çıxarış” almışdır. 2016-cı ildə Yaqubov Azadxan qəzaya düşərək vəfat etdi. xx.xx.2017-ci ildə Azadxanın qızı Maraqlı şəxs1 Azadxan qızı 3/5 paya çıxarış aldı.Bundan sonra Ağasıyeva Ellada ilə çox saylı məhkəmə mübahisələrinə başladı. Hal-hazırda qardaşı Maarifin 1/5 payını ələ keçirtmək üçün saxta ərizə hazırlatmış və evin hərracda satılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı mirası atası vəfat etdiyi gündən tək qəbul edib və bu günə kimi miras əmlakda yaşayır. Atasına məxsus olan ata yurdunun hərracda satılmasını istəmədiyindən vəkilə müraciət etmişdir. Vəkil sorğular verdikdə məlum oldu ki, vəsiyyətnamənin 31 saylı notariat ofisdə surəti olmuşdur. Vəsiyyətnamənin əsli isə notariat ofisində olmamışdır. Eyni zamanda iddiaçı 2013-cü ildə guya dövlət notariat arxivinə sorğu vermiş və ona bildirmişlər ki, vəsiyyətnamə barədə 31 saylı notariat ofisinin apardığı qeyd və vəsiyyətnamə arxivə verilməmişdir. Buna görə miras qanuni vərəsələr arasında bölünmüşdür. 2022-ci ilə qədər iddiaçı zənn edirdi ki, ona 1/5 hissədə vəsiyyətnamə ilə miras payı verilib. Qeyd edilir ki, iddiaçı “latın” ələifbası ilə oxuya bilmir. Heç vaxt özü heç bir ərizə yazmamışdır. Həmişə bu işi Şirzad və Azadxan etmişlər. İddiaçı qeyd edirki, keçmiş sənədlərin arasından vəsiyyətnamənin əslini tapmışdır. Vəsiyyətnamənin əslini tapdıqdan sonra Dövlət Notariat Arxivinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 3-16/6-14-1665/23 saylı məktubla ona cavab verilmişdir kiŞ “Bakı şəhəri 31 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 2004-cü ilə dair vəsiyyətnamələrin qeydə alındığı reyestr kitabında xx.xx.2004-cü il tarixdə 42 reyestr nömrəsi ilə X43 tərəfindən vəsiyyətnamənin qoyulması barədə qeydiyyatın aparıldığı, lakin həmin vəsiyyətnamənin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir.” Daha sonra İddiaçı və onun müdafiəçisi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Xəzər Rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, 37 saylı evin atasına məxsus olan miras əmlakın qanuni vərəsələr arasında bölünərək verilmiş vərəsəlik şəhadətnamələrin etibarsız hesab olunması, xx.xx.2016-cı il tarixli 1/5 hissəyə aid onun adına olan “Çıxarış” və xx.xx.2017-ci il tarixli Maraqlı şəxs1 Azadxan qızının adına olan 3/5 hissəyə aid “Çıxarış” ləğv olunması və xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə görə mirasın bölünməsi 31 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi kihüquqlarını müdafiə etdiyi şəxs latın qrafasında oxuya bilmədiyinə görə o, onua düşən payın vəsiyyətnamə əsasında verilməsini zənn etmişdir. Son vaxtlar ona məlum olmuşdur ki, o ona düşən payı vəsiyyətnamə əsasında almamışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X16 qanun üzrə hüquqi vərəsəsidir. X72 xx.xx.2016-cı ildə vəfat etmişdir. O, doğulduğu gündən ölənə kimi Binə qəsəbəsi, Ə.İsazadə küçəsi,, döngə 1, ev 37-də həm qeydiyyatda olmuş, həm də yaşamışdır. Onun heç vaxt başqa yaşayış yeri olmamışdır. Müəyyən səbəblərdən atası ilə anası arasında fikir ayrılıqları olduğundan 2004-cü ildən 2013-cü ilədək anası 3 uşağı ilə birgə xalasının evində müvəqqəti sığınmışdır. 2013-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində müraciətlərinə baxılmış, 2(003)-1599/2023 saylı iş üzrə xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, 37 saylı evə köçürülmüşlər və bu günə kimi də həmin ünvanda yarayırlar. İddiaçı 1992-ci ildən Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, ev 27-də yaşamış, həmin ev faktiki ona məxsus olmuş və 2007-ci ildə həmin evi satmışdır. 27 saylı ev İddiaçı bacısı X17 adına rəsmiləşdirildiyindən alqı-satqı onun adından aparılmışdır. Yaqubovanın qeydiyyatı isə 2016-cı ilədək əvvəllər yaşadığı Məcidov 44 ünvanında olmuşdur. X5 xx.xx.2005-ci ildə vəfat etmişdir. Mərhum babasının ölümündən sonra qanunvericilikdə nəzərdə tutulmuş 6 ay müddətində miras əmlakla bağlı vərəsəlik işinin açılması barədə ərazi üzrə notariat kontoruna heç bir müraciət olmamışdır. Yalnız 8 il sonra xx.xx.2013-cü ildə 31 saylı Dövlət Notariat Kontorunda vərəsəlik işi açılmışdır. X1, X10, X45 xx.xx.2013-cü il tarixdə, X54, X33 və X18 xx.xx.2013-cü ildə öz miras paylarından imtina ərizəsi yazmışlar. İddiaçı xx.xx.2016-cı ildə 2V-42 reyestrdə təsdiq edilmiş 1/5 hissəyə dair qanun üzrə X52 şəhadətnamə almış, xx.xx.2016-cı il tarixində isə həmin 1/5 hissəyə çıxarış almışdır. Z.X2 adında açıq saxlanılmış 1/5 hissə payla bağlı dəfələrlə məhkəməyə müraciət etsə də (qərardad № 2(003)-1725/2022 hakim Emin Məmmədli, qərardad № 2(003)-195/2023 hakim Ramilə Xəzri) vəsiyyətnamə ilə bağlı bir dəfə də olsa müraciəti olmamışdır. Babasının ölümündən 18 il ötüb. 7 ildən artıq vaxt keçib ki, İddiaçı vərəsə payını alıb. Hər hansı bir narazılığı var idisə müddət ötürmədən məhkəməyə müraciət edə bilərdi. Yaqubovanın “Saxta” adlandırdığı açıq saxlanılmış payla bağlı ərizə 2015-ci ildə-atasının sağlığında 31 saylı Dövlət Notariat Kontorunda atasının adına qeydə alınmışdır. Anasının bu ərizə ilə heç bir əlaqəsi yoxdur. İddiaçı anasına qarşı qərəzli mövqedədir və atasının həyatda olmamasından sui-istifadə edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs1 nümayəndəsi X11 məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçı vəsiyyətnamənin olmasından məlumatlı idi. Sadəcə onlar bacı-qardaş razılaşaraq vərəsəliyi qanun üzrə əldə etmişlər. Bundan sonra onlar arasında çoxlu məhkəmə çəkişmələri olmuşdur. Halhazırda iddiaçı iddia müddəti ötürüb. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək təyin olunmuş məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs2n məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə-1, ev 37-də yaşamış X44 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə kimi ona məxsus olan əmlakını, o cümlədən ünvan 3 ünvanında yerləşən evini vəfat etdiyi gündən İddiaçı vəsiyyət etmişdir. Qeyd edilən vəsiyyətnamənin tərtib edilməsində və yazılmasında iştirak edən şahidlər X34 və X27 imzaları ilə şahidlik etmişlər. Vəsiyyətnamə Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu X20 tərəfindən xx.xx.2004-cü il tarixdə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin Maraqlı şəxs1 və başqalarına veridiyi xx.xx.2017-ci il tarixli, reyestr nömrəsi: **********47-10301 olan texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin sənəd üzrə və faktiki sahəsi 0,04 ha təşkil edən torpaq sahəsində tikinti altı sahəsi 0,01988 ha, 1 mərtəbəli, giriş hissəsi 4,0 m2, zal-mətbəx hissəsi 30,8 m2, üç yaşayış otağı 24,8 m2, 21,7 m2 29,7 m2 və 17,3 m2, dəhlizi 11,9 m2 olmaqla ümumi sahəsi 140,2 m2 təşkil edir. Həyətyanı tikililərdən hasar 6,9 m2 və tövlə 13,6 m2 mövcuddur. İş materiallarında olan AZ-İ № 127354 saylı xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X44 xx.xx.2005-ci il tarixdə kaxeçsiya səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədəd ölüm haqqında akt qeydləri kitabında 335 №-li qeyd aparılmışdır. İş materiallarında olan AZ-İ № 726461 saylı xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2015-ci il tarixdə ürəyin dayanması səbəbindən Bakı şəhərində vəfat etmişdir. Bu barədəd ölüm haqqında akt qeydləri kitabında 70 №-li qeyd aparılmışdır. İş materiallarında olan xx.xx.1950-ci il tarixli 34№-li doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1950-ci il tarixdə Lerik rayonunun Xəlifə kəndində doğulmuş X28 atası X44, anası X21r. İş materiallarında olan Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı x/141 saylı xx.xx.2013-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vətəndaş İddiaçı ərizəsi ilə xx.xx.2015-ci il tarixdə vəfat etmiş atası X19 adına V-38/2013 №-li vərəsəlik işi açılmışdır. Vətəndaş İddiaçı miras əmlak olan daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı olmadığını bildirmişdir. İş materiallarında olan X29, X6 və X17 xx.xx.2013-cü il tarixli, həmçinin X4, X12 və X30 xx.xx.2013-cü il tarixli notariat ofisində verdikləri ərizələrinin surətlərindən görünür ki, ataları X13 miras qalmış ünvan 7 ünvanında vərəsəlik qəbul etmədikləri və qəbul etmək niyyətində də olmadıqlarını, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********47-10301 olan ümumi sahəsi 140,2 m2 və 0,04 ha olan əmlak X19 tam xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********47-10301 olan ümumi sahəsi 140,2 m2 və 0,04 ha olan əmlak X19 4/5 hissədə(açıq saxlanılmaqla) və İddiaçıı 1/5 hissədə paylı mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********47-10301 olan ümumi sahəsi 140,2 m2 və 0,04 ha olan əmlak 1/5 hissədə (açıq saxlanılmaqla) X19, 1/5 hissədə X22 və 3/5 hissədə Maraqlı şəxs1 olmaqla paylı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Qanun üzrə X52 Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu X46 xx.xx.2005-ci il tarixdə ölmüş X44 vərəsəsi İddiaçı miras əmlakdan 1/5 hissədə pay almasını təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Qanun üzrə X52 Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 31 saylı notariat kontorunun xüsusi notariusu X46 xx.xx.2005-ci il tarixdə ölmüş X19 vərəsələri Maraqlı şəxs1 miras əmlakdan 1/15 hissədə, X23 miras əmlakdan 1/15 hissədə, X24 miras əmlakdan 1/15 hissədə, X36 miras əmlakdan 1/5 hissədə və X47 miras əmlakdan 1/5 hissədə pay almalarını təsdiq etmişdir. Miras əmlakdan 1/5 hissədə pay açıq saxlanılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 159 saylı məktubundan görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X19 adına Bakı şəhəri 31 saylı dövlət notariat kontorunda dövlət notariusu H.Q.Hacıyeva tərəfindən xx.xx.2013-cü ildə 8V-38 nömrə ilə vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün siz xx.xx.2013cü il tarixdə ərizə ilə Bakı şəhəri 31 saylı dövlət notariat kontoruna müraciət etmisiniz və ərizəniz xx.xx.2013-cü il tarixdə 101 nömrə ilə daxil olma kitabında qeydə alınmışdır. Dövlət Notariat Arxivinin xx.xx.2013-ci il tarixli 03/01-Y-07/13 nömrəli məktubunda bildirilir ki, vəsiyyətnamənin qeydə alındığı notariat reyestrində və əlifba kitabında xx.xx.2013- cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamış, həmin vəsiyyətnaməyə dair notariat işi arxivə təhvil verilmədiyindən, həmin iş üzrə vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlamaq mümkün olmamışdır. Bundan əlavə, Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X29, X6, X17, xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X4, X12 və X30 vərəsəlik payının qəbul etməmələri barədə ərizələrində atalan X13 hansısa bir vərəsənin xeyrinə yox, miras qalmış əmlakda vərəsəlik qəbul etməmələri və qəbul etmək niyyətində olmadıqları, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkləri qeyd edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsində mərhum atası X19 mülkiyyətində olmuş Bakı şəh, Binə qəs, ev 15 və onun 0.04ha həyətyanı torpaq sahəsinə qanun üzrə X52 şəhadətnaməsi almaq istədiyi, bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub qoyulmaması barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini xahiş etmişdir. Bununla da Bakı şəh, Binə qəs, ev 15 və onun 0.04ha həyətyanı torpaq sahəsində 1/5 hissəyə dair sizə xx.xx.2016-cı il tarixdə 2V-42 reyestrlə təsdiq edilmiş qanun üzrə X52 şəhadətnamə verilmişdir və reyestr kitabında şəxsən özünüz imza etmişsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli 184 saylı məktubundan görünür ki, Bakı şəhəri 31 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2004-cü ilə dair vəsiyyətnamələrin qeydə alındığı reyestr kitabında xx.xx.2004- cü il tarixdə 42 reyestr nömrəsi ilə X42 tərəfindən vəsiyyətnamənin qoyulması barədə qeydiyyatın aparıldığı, lakin həmin vəsiyyətnamənin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, ünvan 11 avqust 2004-cü il tarixdə 2V-42 reyestr nömrəsilə təsdiq edilmiş vəsiyyətnamənin qeydə alındığı notariat reyestrində və əlifba kitabında 01,05.2013-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamışdır. Həmin vəsiyyətnaməyə dair notariat işi arxivə təhvil verilmədiyindən, həmin iş üzrə vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlamaq mümkün olmamışdır. Bundan əlavə, Bakı şəhəri 7 saylı dövlət notariat kontorunda xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X29, X6, X17 xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş X4, X12 və X30 vərəsəlik payının qəbul etməmələri barədə ərizələrində atalan X13 hansısa bir vərəsənin xeyrinə yox, miras qalmış əmlakda vərəsəlik qəbul etməmələri və qəbul etmək niyyətində olmadıqları, gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəkləri qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı nümayəndəsi və vəkili Vəkil ünvanladığı xx.xx.2023-cü il tarixdə 3-16-5/6- 14-1665/23 saylı məktubun surətindən görünür ki, Bakı şəhəri 31 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2004-cü ilə dair vəsiyyətnamələrin qeydə alındığı reyestr kitabında xx.xx.2004- cü il tarixdə 42 reyestr nömrəsi ilə X42 tərəfindən vəsiyyətnamənin qoyulması barədə qeydiyyatın aparıldığı, lakin həmin vəsiyyətnamənin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən vəsiyyətnamənin surətinin verilməsi imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixdə 05/01-Y-07/13 saylı məktubun surətindən görünür ki, ünvan 11 avqust 2004-cü il tarixdə 2V-42 reyestr nömrəsilə təsdiq edilmiş vəsiyyətnamənin qeydə alındığı notariat reyestrində və əlifba kitabında 01,05.2013-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə qeydiyyat aparılmamışdır. Həmin vəsiyyətnaməyə dair notariat işi arxivə təhvil verilmədiyindən, həmin iş üzrə vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsini yoxlamaq mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 180 saylı sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı rayon icra hakimiyyətinə müraciət edərək Binə qəsəbəsi, 15 saylı sahədə mərhum X19 tikdirdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmişdir. Həmin sahənin DT və XK-nın A-№532465 saylı, X79 kitabında xx.xx.2015-ci il tarixdə uçota alınmış mərhum X19 adına torpaq sahəsinin planı və ölçüsü vardır. Komissiya üzvləri tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş mərhum X44 evi fərdi layihə əsasında tikmişdir. Qeyd olunanları nəzərə alaraq Binə qəsəbəsi, 15 saylı sahədə mərhum X19 tikdiyi 1 mərtəbəli, 4 yaşayış otağı sahəsi 93,84 m2, köməkçi sahə-45,45 m2, torpaq sahəsində tövlə-12.08 m2, cəmi torpaq sahəsi – 400,0 m2-dən ibarət olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması və Bakı şəhəri XDS İK-nın xx.xx.1987-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib mərhum X19 adına reyestrdən çıxarış və texniki pasport verilməsi Əmlak Məsələləri Döblət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsinə qərar verilmişdir. İş materiallarında olan ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, döngə 1, 37 nömrəli ev ünvanının qarşısında yerləşən 10 sot torpaq sahəsində on ildən artıqdır ki, təsərrüfat işləri apardığını Bakı Şəhəri 31 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu Hacıyeva H.Q. X8, Əhmədova Firduz əşrəf qızı və X14 iştirakları ilə etdikləri imzalarının həqiqiliyini təsdiq etmişlər. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X48 cavabdehlər İddiaçı, X60, X57, Maraqlı şəxs2, X53, X9, X18, X37, X33 və X38 qarşı “miras qalmış yaşayış evindən və torpaq sahəsindən vərəsəlik üzrə payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.1994-cü il tarixli 236 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində doğulmuş Maraqlı şəxs1 atası X48, anası X7r. İş materiallarında olan Bakı şəhəri 31 saylı Notariat Kontoruna təqdim olunaraq təsdiqlənmiş X45, X18, X33 və X29 xx.xx.2017-ci il tarixli və X54 ilə X4 xx.xx.2017-ci il tarixli ərizələrin surətlərindən görünür ki, onlar ataları xx.xx.2005-ci il tarixdə vəfat etmiş X13 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən 15 nömrəli fərdi yaşayış evindən qalan mirasda vərəsəlik paylarını qəbul etməkdəm imtina etmişlər. Mirası qəbul etməməklərində məqsədləri onlara çatası paylarının bacıları İddiaçı çatması istəkləri olmuşdur. Beləliklə, işdən görünür ki, ünvan 5 iddiaçının atası X25 fərdi ev tikmək üçün ayrılmış, xx.xx.2016-cı ildə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X39 xx.xx.2005-ci il tarixdə ölmüşdür. X84 xx.xx.2004-cü il tarixdə ünvan 5 ünvanını İddiaçı vəsiyyət etmişdir. Miras qoyanın 11 övladı olmuşdur. Həmin övladlardan Şirzad, Xanımzadə, Xanımgül, Tamila, Zahirə və Zöhrə notariat ofisinə ərizə verməklə mübahisəli əmladan vərəsəlik qəbul etmədiklərini bildirmişlər.. İdidaçı İddiaçı atasından miras qalmış əmlaka dair qanun üzrə X52 şəhadətnaməsinin verilməsi üçün xx.xx.2013-cü ildə, Bakı şəhəri 31 saylı Notariat Ofisinə müraciət etmiş, ona xx.xx.2016-cı il tarixdə miras əmlakın 1/5 hissəsinə dair qanun üzrə X52 şəhadətnaməsi verilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Dövlət notariat arxivi xx.xx.2013-cü il tarixdə iddiaçının xx.xx.2004-cü il tarixdə 2V-42 reystr nömrəsi ilə təsdiq olunmuş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə notariat orqanına edilmiş müraciətinə cavab olaraq həmin vəsiyyətnamənin xx.xx.2013-cü il tarxədək dəyişdirilməsi və ləğv edilməsi barədə qeydiyyatın aparılmaması bildirilmişdir. Göründüyü kimi, iddiaçı ona qanun üzrə X52 şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə müraciət edərəkən mübahisəli əmılakla bağlı onun adına vəsiyyətnamənin olduğunu və həmin vəsiyyətnamənin dəyişdirilmədiyi və ləğv edilmədiyi barədə məlumatlı idi. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X15 xx.xx.2005-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilmişdir. Lakin iddiaçı bundan xəbərdar ola-ola qanun üzrə X52 şəhadətnaməsinin alınması üçün 31 saylı notariat ofisinə müraciət etmişdir. Göründüyü kimi mübahisəli əmlak iddiaçıya vəsiyyət edilmiş, iddiaçı isə bundan məlumatlı ola-ola qanun üzrə X52 şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət etmişdir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. Həmin Məcəllənin 1178-ci maddəsinə əsasən əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə X52 şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən X52 şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin Qanunun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə X52 şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə X52 şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi iddiaçı miras əmlakda özünün payının müəyyən edilməsi ilə bağlı qanun üzrə X52 şəhadətnaməsinin aldığı xx.xx.2016-ci ildən, artıq vəsiyyət üzrə deyil qanun üzrə vərəsəlik əldə etdiyi ona məlum idi. Eyni zamanda iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X40 arasında mübahisəli əmlakla bağlı məhkəmə çəkişmələri olmuşdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, X52 şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Hazırki işdən də müəyyən olunur ki, iddiaçı mübahisəli əmlakla bağlı onun xeyrinə vəsiyyətnamənin olmasını bilə-bilə qanun üzrə X52 şəhadətnaməsinin verilməsi üçün notariat orqanına müraciət etmiş, notariat orqanı da qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərə qanun üzrə X52 şəhadətnaməsi vermişdir. Belə ki, iddiaçı mübahisəli əmlakla bağlı vəsiyyətnamənin olmasını bilsədə, qanun üzrə X52 şəhadətnaməsinin alınması üçün notariat orqanına müraciət etdiyindən o, vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin alınmasında dolayı yolla imtina etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən qanun üzrə X52 şəhadətnaməsi qanunvericiliyin tələblərinə əməl edilməklə, tərəflərin paylarına uyğun verildiyindən iddia tələbi qanun üzrə X52 şəhadətnamələrinin etibarsız olaması hissəsində təmin oluna bilməz. İddiaçı, həmçinin, xx.xx.2016-cı il tarixli 1/5 hissəyə aid onun adına olan “Çıxarış”ın və xx.xx.2017-ci il tarixli Maraqlı şəxs1 Azadxan qızının adına olan 3/5 hissəyə aid “Çıxarış” ləğv olunmasını və xx.xx.2004-cü il tarixli vəsiyyətnaməyə görə mirasın bölünməsi 31 saylı notariat ofisinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddia tələblərinin bu hissəsini araşdıraraq hesab edir ki, iddianın tələblərinin bu hissəsi törəmə hüquq münasibəti olub, qanunun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması barədə iddia tələbindən törəndiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəklində tədqiqinin yekunu olaraq belə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qanun üzrə X52 şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv olunması və vəsiyyətnaməyə görə mirasın bölünməsinin 31 saylı notariat ofisinin üzərinə qoyulması” barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı Maraqlı şəxs1 və Maraqlı şəxs2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə “qanun üzrə X52 şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv olunması və vəsiyyətnaməyə görə mirasın bölünməsinin 31 saylı notariat ofisinin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-1753/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1753/2023
05.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver