Məhkəmə qərarları › İş №2(003)-1753/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1753/2025

29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1753/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” X8 1 saylı Bakı ərazi idarəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1988-ci il tarixli qərarı əsasında verilmiş X4 Maryam İzzatalı qızına, yəni özünə məxsus olması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında göstərdi ki, Abşeron rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən Əzizbəyov rayonu Qala qəsəbəsi 3№-li Zeytun Sovxozu 2 yaşayış otaqlı, yaşayış sahəsi 52 kv.m olan 98 №-li yaşayış evi şəxsi mülkiyyət əsasında 29 yanvar 1988-ci il tarixli qərarı əsasında ona qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mənzilə çıxarış almaq üçün Dövlət Reyestri xidmətinin Bakı ərazi idarəsinə müraciət etmişdir.Lakin qeydiyyat vəsiqəsində onun adı X1 qeyd edildiyinə görə çıxarışın verilməsindən imtina edilmişdir.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri” X8 1 saylı Bakı ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının 185-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 5216 reyestr nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Əzizbəyov rayon,Qala kəndi,3 nömrəli Zeytun sovxozu küçəsində yerləşən 2 yaşayış otaqlı, yaşayış sahəsi 52 kv.m olan 98 №-li yaşayış evi şəxsi mülkiyyət əsasında 29 yanvar 1988-ci il tarixli qərar ilə vətəndaş X2 adına qeydə alımışdır. İş materiallarında olan 473671 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 nikah bağlandıqdan sonra Musaxanova soyadı verilmişdir. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun adı Ərizəçi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmədə müəyyən olundu ki, 5216 reyestr nömrəli Qeydiyyat Vəsiqəsində ərizəçinin adı “Maryam” əvəzinə “Məriyəm” olaraq qeyd edilmişdir. Eyni zamanda ərizəçinin soyadı “Əndəlifova” olaraq göstərilmişdir. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən,məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Abşeron rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1988-ci il tarixli qərarı əsasında verilmiş X4 Maryam İzzatalı qızına məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Abşeron rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1988-ci il tarixli qərarı əsasında X2 adına verilmiş X4 Maryam İzzatalı qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar