Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1772/2022 30.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndələri və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi) qarşı vərəsəlik üzrə payların müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilində, ünvan 2anında yerləşən 40 saylı mənzilində, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsində 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində, 100% payla "xxxx" MMC-də VÖEN: **********, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilində, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilində, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilində, ZİL 431610 yük markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilində, QAZ 2417 minik markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilində, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilində, ZİL 130 yük markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilində, "xxxx" ASC-də saxlanılmış pul əmanətində onun qanun üzrə birinci növbəli vərəsələri sırasına daxil olan vərəsələrindən İddiaçı1 1/4 hissədə, İddiaçı2 1/4 hissədə, Cavabdeh1 1/4 hissədə, Cavabdeh2 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bacılarıdır. X5 06 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum ataları iddiaçılar və cavabdehlər olan dörd övladından başqa qanun üzrə birinci növbəli vərəsələri yoxdur. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil, ünvan 2anında yerləşən 40 saylı mənzil, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsində 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi, 100% payla "xxxx" MMC (VÖEN: **********), ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ZİL 431610 yük markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil, QAZ 2417 minik markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ZİL 130 yük markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASCdə saxlanılmış pul əmanəti X5ndan miras qalmışdır. 11 yanvar 2022-ci il tarixdə İddiaçı1, 10 fevral 2022- ci il tarixdə isə İddiaçı2 mərhum atalarından qalmış mirasın qəbulu üçün Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə müraciət etmişlər. Lakin atalarının vəfatından altı ay keçdikdən sonra 19 aprel 2022-ci il tarixli 181 nömrəli məktubla həmin notariat ofisi onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İmtina cavabında bildirmişdir ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onlara qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermək imkan xaricindədir. Məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bildirmişlər ki, ataları ölən vaxtdan İddiaçı1 üç ay beş gün və İddiaçı2 dörd ay üç gün sonra, miras açıldığı gündən altı ay keçmədən mirasın qəbulu barədə notariat ofisinə müraciət etmişlər. Bundan başqa, iş üzrə cavabdehlərlə onlar arasında payların bölünməsi ilə bağlı da mübahisə vardır. İş üzrə aralarında yaranmış mübahisə - miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilib-edilməməsi məsələsi deyil, məhz miras əmlakın bərabər paylara uyğun şəkildə bütün vərəsələr arasında bölünməsi ilə bağlıdır. Odur ki, mərhum atalarından miras qalmış daşınmaz əmlaklara, mənzillərə, fərdi yaşayış evinə, avtomobillərə, bank hesabında saxladığı pul əmanətinə, yeganə təsisçisi olduğu məhdud məsuliyyətli cəmiyyətinə qanun üzrə birinci dərəcəli vərəsələri kimi pay hüququnun müəyyən edilməsi zəruridir. Buna görə də məhkəməyə müraciət edərək payların bölgüsünü tələb etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçılar iddia tələbinin həcmini azaldaraq 06 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə, ünvan 2anında yerləşən 40 saylı mənzilə, "xxxx" MMC-də (VÖEN: **********) 100% payına, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ZİL 431610 yük markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə, QAZ 2417 minik markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ZİL 130 yük markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı1 1/4 hissədə, İddiaçı2 1/4 hissədə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iddiaçıların nümayəndələri və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, iş üzrə tərəflər qanun üzrə birinci növbəli vərəsələrdir. Ona görə də mərhumdan qalmış miras əmlaklar onlar arasında bərabər şəkildə bölünməlidir. İddiaçı tərəfindən hər hansı bir müddət ötürülməmişdir. Belə ki, vərəsəlik işin açıldığını bildikdən sonra onlar tərəfindən notariat ofisinə müraciət olunmuşdur. Ona görə də hesab edir ki, notariat tərəfindən iddiaçılara vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi əsassız olmuşdur. İddiaçılar ilə cavabdehlər ogey bacı qardaşdılar. İddiaçılar doğma bacı-qardaş olmaqla ünvan 2anında yerləşən 40 saylı mənzildə yaşamışlar, həmin mənzil daimi onların istifadələrində olmuşdur. Atalarının ölümündən sonra isə faktiki olaraq miras əmlak kimi qəbul etmişlər və həmin mənzillə bağlı kommunal ödənişlər onlar tərəfindən aparılmışdır. Həmçinin bildirmişdir ki, iddiaçılar mirasın qəbulu üçün üç ay ərzində notariat ofisinə mirası qəbul edilməsi barədə dəfələrlə müraciət etmişlər, notariat kontorunda ölüm haqqında şəhadətnaməni tələb edildiyi üçün onlardan ərizə qəbul edilməmişdir. Qeydiyyat orqanı isə ölüm haqqında tibbi arayışı istəmişdir. Xəzər rayon Məhkəmə Tibb Ekspertizasında bildirilmişdir ki, 4 vərəsə arasında mübahisə olduğundan ölüm haqqında tibbi arayış hüquqi varisə təqdim edilməsi mümkündür. Odur ki, ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Bundan başqa Xıdırov X17 Federasiyasında yaşadığı üçün, pandemiya ilə əlaqədar olaraq etibarnamənin göndərilməsində yubanma olmuşdur. Bu səbəbdən də mirasın qəbul edilməsi barədə ərizə bir qədər gec verilmişdir. Etibarnamə alındıqdan və tərcümə olunub notarial təsdiq edildikdən sonra mirasın qəbul edilməsi barədə ərizə ilə notariata müraciət olunmuşdur. Sonra isə təsadüfən mobil notariat tətbiqindən mərhumun vərəsəlik işinin açıldığını görmüşlər və dərhal müraciət etmişlər. Xəzər rayon Qeydiyyat Şöbəsindən bildirilmişdir ki, mərhumun ölüm haqqında şəhadətnaməsi Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilməlidir. Yalnız bundan sonra Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət edib şəhadətnamənin təkrar almışlar. Ölüm haqqında şəhadətnamə isə digər vərəsələr tərəfindən alınmış, alınması barədə onlara heç bir məlumat verilməmiş və miras əmlakla bağlı aralarında mübahisə olduğu üçün onlara təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasini xahiş etdi və izahatında bildirdi ki, iddiaçılar mərhumdan qalmış mirasa münasibətdə hazırda vərəsəlik hüququna malik deyillər, yəni mirasın qəbul edilmə müddətini ötürmüşlər. Buna baxmayaraq iddiaçılar həmin miras əmlaklara dair pay hüququnun tanınması barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Ona görə də hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusu N.Ə.Vədətov məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 4 X14 məxsusdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 61 mənzil 40 X14 məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatın verilməsi barədə məktubdan görünür ki, dövlət reyestrində X11 xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatından keçmiş və nizamnamə kapitalı 50 (əlli) manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN **********) 100 faiz payla təsisçi olması barədə məlumat mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş çıxarışdan görünür ki, X11 adına “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ZİL 431610” yük markalı ** HX *** dövlət qeydiyyat nişanlı, “QAZ 2417” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “ZİL 130” yük markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillər dövlət qeydiyyatındadır. İş materiallarında olan AZ-İİ seriyalı 220472 nörməli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2622 nömrə il qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi notariat ofisi tərəfindən İddiaçı1 ünvanlamış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sonuncunun xx.xx.2022-ci il tarixli və X9 xx.xx.2022-ci il tarixli ərizələrinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə ölmüş X1 miras qalmış bütün daşınar və daşınmaz əmlaklarla dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etmələri xahiş olunmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 185150 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X18, anası isə X3. İş materiallarında olan AZ-İ seriyalı 403398 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X18 X4 doğulmuş xx.xx.1996-cı il təvəllüdlü X7 atası olması hesab edilmişdir. İş materiallarında olan seriya AZ-İİ 165277 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X12 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Xİ-ЖГ seriyalı 471255 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X18, anası isə X3. İş materiallarında olan AZ-T seriyalı 059196 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X18, anası isə X10r. İş materiallarında olan AZ-İ 246382 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X15 arasında bağlanmış nikah xx.xx.2011-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan notariat ofisinə ünvanlanmış İddiaçı2 xx.xx.2022-ci il tarixli (etibarnamə əsasında İddiaçı1 tərəfindən imzalanmış) ərizəsinin surətindən görünür ki, notariat ofisinə müraciət olunaraq xx.xx.2021-ci il tarixdə atası X11 öldüyü bildirilmiş və ondan miras qalmış bütün daşınar və daşımaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş olunmuşdur. İş materiallarında olan notariat ofisinə ünvanlanmış İddiaçı1 xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, notariat ofisinə müraciət olunaraq xx.xx.2021-ci il tarixdə atası X11 öldüyü bildirilmiş və ondan miras qalmış bütün daşınar və daşımaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan notariat ofisinə ünvanlanmış X2 xx.xx.2022-ci il tarixli (etibarnamə əsasında Vəkil2 tərəfindən imzalanmış) ərizəsinin surətindən görünür ki, notariat ofisinə müraciət olunaraq xx.xx.2021-ci il tarixdə atası X11 öldüyü bildirilmiş və ondan miras qalmış bütün daşınar və daşımaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış izahatın surətindən görünür ki, İddiaçı1 Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanladığı ərizə ilə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2021-ci ili tarixdə vəfat etmiş mərhum X11 vərəsəsi olan qızı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil2 xx.xx.2022-ci il tarixdə vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Mərhumun digər vərəsələri olan qızı İddiaçı1 xx.xx.2022-ci il tarixdə və oğlu İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 xx.xx.2022-ci il tarixdə tərəfindən vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişlər. Mərhumun övladlarına İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsi tərəflərə izah edilmişdir. Vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğuna görə onlara Xəzər rayon məhkəməsinə müraciət etmələrini məsləhət görülmüşdür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 342 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həmin arayış verilir İddiaçı1 ondan ötrü ki, o, həqiqətən K.Balakişiyev küçəsi 61 saylı evin 40 saylı mənzilində anası, əri və oğlu ilə birlikdə yaşayır. Məhkəmə, ilk növbədə miras əmlaka dair vərəsələrin dairəsini və miras qalmış əmlakları araşdıraraq qeyd edir ki, miras qoyan X11 öldüyü məqamədək onun adına dövlət qeydiyyatına alınmış ünvan 1 mənzil 4, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 61 mənzil 40, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ZİL 431610” yük markalı ** HX *** dövlət qeydiyyat nişanlı, “QAZ 2417” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “ZİL 130” yük markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillər və nizamnamə kapitalı 50 manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (daşınmaz və daşınar əmlaklar) mövcüd olmuşdur. İddiaçılar və cavabdehlər miras qoyan X11 qızları və oğlu olduqlarından onlar qanun üzrə birinсi növbəli vərəsələri olmaqla vərəsəlik zamanı həmin miras əmlaklar barəsində bərabər pay hüquqlu vərəsələr sayılırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X18 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2622 nömrə il qeydiyyat aparılmışdır. Miras əmlakda onlara çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə miras əmlakın bir hissəsinin yerləşdiyi Bakı şəhəri 7 saylı notariat ofisinə iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, İddiaçı1 xx.xx.2021-ci il tarixdə və İddiaçı2 isə nümayəndə vasitəsilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən iş üzrə iddiaçılara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 -1147-ci maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, miras fiziki şəxsin ölümü ilə açılır, miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt sayılır və miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Mirasın açıldığı yer üzrə notariat ofisi vərəsələrin dairəsi müəyyən etməklə açılmış miras haqqında vərəsələlərə xəbər verməli, mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tətbirlər görməlidir. Vərəsələr isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdikləri barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verməlidirlər və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqlarını, bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir, yəni miras əmlakını faktiki qəbul etməlidirlər. Bu hallar da mirasın vərəsə tərəfindən qəbul edilməsi sayılır. Həmçinin vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun İşin araşdırılmış hallarından görünür ki, iddiaçılar tərəfindən miras əmlaklardan olan Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 61-də yerləşən 40 saylı mənzildə əvvəldən yaşamaqla, miras qoyanın ölümündən sonra da həmin mənzildən istifadə etməklə sahiblənmişlər. Bundan başqa mirasın açıldığı yer üzrə notariat ofisi tərəfindən miras əmlakın siyahıya alınması, vərəsələrin dairəsinin müəyyən edilməklə onların çağırılması barədə hər hansı bir hərəkət aparılmadan iddiaçılar (yəni qanun üzrə vərəsələr) tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, qanunvericiliklə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul və ya mirasdan imtina etməli olması halı, mirasının faktiki qəbul edilib-edilməməsi halı, həmçinin miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi halı notariat ofisi tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda iş materiallarında olan mirasın açıldığı yer üzrə notariat ofisinin notariusunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış izahatının surətindən görünür ki, notarius izahatında miras qoyanın övladlarına, İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsi tərəflərə izah edilməklə vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğuna görə onlara Xəzər rayon məhkəməsinə müraciət etmələrini məsləhət görüldüyü bildirmişdir. Odur ki, məhkəmə işin araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, iddiaçılar tərəfindən atalarının mülkiyyətində olan əmlakdan ölümünədək, o cümlədən olümündən sonra da miras əmlakın bir hissəsinə sahiblik etməklə və əmlakı idarə edərək faktiki qəbul etməklə mirası qəbul etmiş sayılırlar. Məhkəmə, işin müəyyən edilmiş hallarını və iş üzrə sadalanan qanunvericilik normalarının tələblərini, mərhumun qanun üzrə vərəsələrinin dairəsinin dörd uşağın (iddiaçılar da daxil olmaqla), onların mirasa dair bərabər pay hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək X1 miras qalmış ünvan 1 mənzil 4-ə, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 61 mənzil 40-a, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ZİL 431610” yük markalı ** HX *** dövlət qeydiyyat nişanlı, “QAZ 2417” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “ZİL 130” yük markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillərə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payına iddiaçıların hər birinin ¼ hissədə payı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 mənzil 4-ə, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 61 mənzil 40-a, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ZİL 431610” yük markalı ** HX *** dövlət qeydiyyat nişanlı, “QAZ 2417” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “ZİL 130” yük markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillərə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payına iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ¼ hissədə payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1772/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1772/2022
30.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver