Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1793/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Nümayəndə2, Cavabadeh Cavabdeh1 və onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabadeh Cavabdeh2 iştirakı ilə İddiaçı cavabadehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan payın tam payda müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabadehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 34 saylı Xüsusi notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan payın tam payda müəyyən edilərək, mülkiyyət hüquqlarının tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qaynatası xx.xx.1972-ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən ½ hissədə Cavabdeh1 ½ hissədə irs almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mərhum qaynatası X10 miras qalmış əmlakda tam payda onun payının müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X21 ilə X25 11 avqust 1949-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan 2 övladları X17 və Cavabdeh1 olmuşdur. O, 14 iyun 1986-cı ildə X13 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 1986cı ildən hal-hazırkı vaxtadək, mərhum qaynatası X14 məxsus olan ünvan 1 ünvanında yerləşən evdə daimi olaraq yaşamağa başlamışdır. X2 xx.xx.1973-cü ildə, qaynanası X25 xx.xx.1995-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı X17 doğulduğu vaxtdan miras əmlak hesab edilən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşının vəfatından sonra qaynatasına məxsus ünvan 1 ünvanında yerləşən evi faktiki onunla birgə mərhum həyat yoldaşı X13 qəbul etmiş və evə faktiki sahibliyi onlar həyata keçirmişlər. Həyat yoldaşının qardaşı Cavabdeh1 1973-cü ildən hal-hazırkı vaxtadək nə faktiki, nə də notarial qaydada mərhum atasında miras qalmış əmlakda payının müəyyən edilməsi ilə bağlı notariat kontoruna müraciət etməmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 34 saylı Notariat Ofisinə müraciət edərək, mərhum qaynatasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini və həmin əmlakı tam payda o, qəbul etdiyindən, yalnız ona aid hissədə payının müəyyən edilməsinə dair şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, o, yaşlı və səhhətində problemlər olduğundan, əvvəllər tanımadığı, Binə qəsəbəsi ərazisində vərəsəlik işlərinin həlli ilə məşğul olması ilə bağlı məlumat aldığı Cavabdeh2 adlı şəxsə etibarnamə verərək, onun əvəzinə notariat ofisində vərəsəlik işinin həll edilməsini xahiş etmişdir. Sonradan, ona məlum olmuşdur ki, onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 adlı şəxs Cavabdeh1 ilə pul qarşılığında razılaşaraq guya onun cavabdehə münasibətdə də vərəsəlik payının müəyyən edilməsinə etiraz etmədiyini, bununla bağlı onun da adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etməyi barədə ərizə ilə notariat ofisinə müraciət etmişdir. Lakin, belə bir ərizə ilə müraciət etməli olduğunu Notariat Ofisinin xüsusi notariusu Kəmalə Hüseynzadənin göstərişi ilə yazılmış, notarius Cavabdeh1 1973-cü ildən həmin evdə qeydiyyatda olmadığını, yaşamadığını, atası xx.xx.1973-cü ildə vəfat etməsinə baxmayaraq, 1973-cü ildən hal-hazırkı vaxtadək nə faktiki, nə də rəsmi qaydada vərəsəliyi qəbul etmədiyindən, onun həmin miras əmlakda payının olmadığın bildirdiyindən, cavabdehlər əlbir olaraq onun adından belə bir ərizə ilə notariat ofisinə müraciət etmişlər. O, bu barədə məlumat əldə edən kimi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 verdiyi etibarnaməni də ləğv etdirmişdir. Bundan sonra, 5 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edən zaman ona bildirilmişlər ki, miras əmlak ünvan 2 ünvanında yerləşən evin ½ hissədə onun payının, ½ hissədə isə Cavabdeh1 payının müəyyən edilməsinə dair 06 oktyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verildiyi məlum olmuş və o, çıxarışı əldə etməkdən imtina edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mərhum qaynatası xx.xx.1972-ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən ½ hissədə Cavabdeh1 ½ hissədə irs almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməli, ünvan 3 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarış ləğv edilməli, mərhum qaynatası X10 miras qalmış əmlakda tam payda onun payının müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə2 hər biri ayrılıqda iddia tələbini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabadeh Cavabdeh1 iddia tələbini etiraf etməyərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə muraciət edərək "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın tam payda müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbində İddiaçı bildirmişdir ki, o, 14 iyun 1986-cı ildə X13 ilə nikaha daxil olmuş, qayınatası xx.xx.1973-cü ildə vəfat etmiş, Cavabdeh1 1973-cu ildən hal-hazırkı vaxtadək nə faktiki nə də notarial qaydada mərhum atasından mirası qəbul etməmişdir. İddiaçının iddia tələbində göstərdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli iclaslarında verilən suallara cavab olaraq bildirmişdir ki, o, ərə gələrkən mübahisəli evdə hazırkı Cavabdeh1 da ailəsi ilə birlikdə yaşamış və təxminən 1- 2 il sonra köçmüşdür. Goründüyü kimi iddiaçının özü etiraf edir ki, cavabdeh faktiki olaraq mirası qəbul etmişdir. Belə olan halda iddiaçı iddia ərizəsində qeyd etdirdiyi “Cavabdeh1 1973-cü ildən hal-hazırkı vaxtadək nə faktiki nə də notarial qaydada mərhum atasından mirası qəbul etməmişdir” hissəni öz ifadələri ilə təkzib etmişdir. Həmçinin verilən suallara cavab olaraq iddiaçı etiraf etmişdir ki, son 1 ilə qədər o, başqa ünvanda qeydiyyatda olmuş və mübahisəli evdə daimi yaşamamışdır. 1986-cı ildə mübahisəli evə gəlin kimi gələn iddiaçının qayınatası ölən kimi qaynı olan Cavabdeh1 evdən getməsini də bilməsi sübut olunmadığı ilə yanaşı məntiqli də deyildir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə xəzifəsindən azad edir. Cavabdeh tərəfindən iş materiallarına əlavə olunan texniki pasportdan göründüyü kimi o, ailəsi ilə birlikdə yeni evə yalnız 1988-ci ildə köçmüşdür. Bu halda iddiaçının məhkəmə iclasında verdiyi izahatla üst üstə düşür. Bundan başqa, cavabdeh 1988-ci ilə kimi mübahisəli evdə daimi olaraq yaşamış, su quyusu qazdırmış, evin 2 otağında ailəsi ilə birlikdə yaşamışdır. Bundan başqa, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh1 atası xx.xx.1973-cü ildə öldüyü zaman 18 yaşı olmuş və yaşda gözdən əlil olan cavabdehin ata evini tərk etməsi heç məntiqli də deyildir. Hazırda ev baxımsız vəziyyətdə olduğundan orada uzun müddətdir ki, heç kəs yaşamır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, yaşlı və səhhətində olan problemlərə görə digər Cavabdeh2 etibarnamə vermiş və sonuncu onun iradəsinə uyğun olmayan hərəkərlər etmişdir. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 verilən suallara cavab olaraq iddiaçıya bu barədə məlumatın verildiyini, iddiaçının veriləcək etibarnamənin nə olduğunun izah edildiyini hətta gələcəkdə evin satışından əldə olunacaq pulların digər cavabdeh Teyyubla necə və hansı hissədə bölüşdürəcəklərini bildirmişdir. Etibaranmənin verilməsi notariat orqanı tərəfindən izah edildiyindən və iddiaçı yaşlı və səhəti ilə əlaqədar nəyə imza etdiyini və mahiyyəti dərk etmədiyi halını da sübut edə bilməmişdir. Bundan başqa, hesab edir ki, mübahisəyə 2***-ci ilədək qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tətbiq edilməli olsa cavabdehin mirası faktiki qəbul etdiyi şübhəsizdir. Əgər mübahisəyə 2***-ci ildən sonra qüvvədə olan Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tətbiq edilməli olsa bu zaman cavabdeh rəsmi qaydada müraciət edərək mirası qəbul etmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİl hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 26 dekabr 2024-cü il tarixli qərarında göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan “mübahisələrə də tətbiq olunmalıdır. İşdən də göründüyü kimi hazırkı işdə cavabdehin qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyinə dair ərizəsi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın tam payda müəyyən edilməsi” barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabadeh Cavabdeh2 iddia tələbini etiraf etməyərək, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri 34 saylı notariat ofisi lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh Bakı şəhəri 34 saylı notariat ofisinin nümayəndəsinin iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X9 bildirdi ki, o, iddiaçının bacısıdır. Bacısı Zemfira 1986-cı ildə ailə qurmuş və həmin evə gəlin köçmüşdür. Mübahisəli evdə o, yoldaşı və qaynanası yaşamışdır. Onların həmin evə gediş – gəlişi olmuşdur. Teyyub orada yaşamamışdır. Teyyub oradan çıxmış və ailəsi ilə birlikdə Sovxozda yaşamışdır. Mübahisəli evdə qaynanası, iddiaçı və həyat yoldaşı olmuş. Qaynanası vəfat etdikdən sonra həyat yoldaşı və iddiaçı olmuşdur. Bacısı başqa heç bir yerdə yaşamamşdır. Cavabdeh2 etibarnamə verən zaman o da orada olmuşdur. Zemfira daima mübahisəli evdə yaşamışdır. Məhkəmə iclasında şahid X5 bildirdi ki, o, iddiaçının bacısıdır. Zemfira mübahisəli evə gəlin çökmüşdür. Həmin evdə ondan başqa həyat yoldaşı və qaynanası yaşamışdır. Həmin həyətdə və evdə bacısıgil yaxşılaşdırma işləri aparmışlar. Teyyub həmin işlərdə iştirak etməmişdir. Qurbanı tanımır onu bir dəfə bacısı ilə torpaqla bağlı söhbət edən zaman görmüşdür. Başqa heçnə bilmir. Məhkəmə iclasında şahid X27 bildirdi ki, iddiaçı onun xalasıdır. Binə qəsəbəsinə xalasıgilə gediş – gəlişləri olmuşdur. Teyyubu heç vaxt həmin evdə görməmiş, onu tanımır. Xalası Binə qəsəbəsində həmin ünvanda yaşamışdır. Qurbanın simasını xatırlayır və onu “makler” kimi tanıyır. Qurbanla xalası müqavilə bağladılar ki, torpağı satsınlar. Məhkəmə iclasında şahid X15 bildirdi ki, iddiaçı onun bibisidir. Teyyub onun bibisinin qaynıdır. Bibisi mübahisəli evdə yaşamışdır. Onlar həmin evə gedib-gəlmişlər, lakin Teyyubu orada görməmişlər. Bibisinin Binə qəsəbəsindən başqa haradasa yaşadığını görməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə vəfat etmiş-X12 vərəsəsi: BAKİ, BİNƏ QƏS., HÖVSAN SÜDÇÜLÜK SOVXOZU ünvanında qeydiyyatda olan oğlu- Cavabdeh1DUR və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ PUBLİK HÜQUQİ ŞƏXSİNİN 1 SAYLİ BAKİ ƏRAZİ İDARƏSİ tərəfindən xx.xx.2023 tarixdə X14 verilmiş **********96-10301 reyestr nömrəli, ********** müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların resmiləşdirilməsinin mümkünlüyü barədə arayış əsasən ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 34.8 kv/m olan fərdi yaşayış evindən və 0.04767 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il tarixdə vəfat etmiş-X12 vərəsəsi: BAKİ ŞƏHƏRİ, XƏZƏR RAYONU, BİNƏ QƏSƏBƏSİ, MUSABƏYOV KÜÇƏSİ, DÖNGƏ 3, EV 4A ünvanında qeydiyyatda olan oğlunun arvadı İddiaçı QİZİDİR və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X13NUN xx.xx.1972-ci il tarixdə ölmüş atası — X14 məxsus olmuş DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ PUBLİK HÜQUQİ ŞƏXSİNİN 1 SAYLİ BAKİ ƏRAZİ İDARƏSİ tərəfindən xx.xx.2023-cü tarixdə verilmiş **********96-10301 reyestr nömrəli müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın "dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış əsasən ünvan 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 34.8 kv/m oları fərdi yaşayış evindən və 0.04767 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 İddiaçı əvəzinə notariat ofisinə ərizə ilə müraciət edərək mirasın tərkibinə daxil olan bütün daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 İddiaçı əvəzinə notariat ofisinə ərizə ilə müraciət edərək Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş qaynatası X6 qalmış mras payı qəbul etməsinə və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etməmiş, razı olduğunu bildirmişdir. İş materiallarında olan Azəraycan SSR Kommunal Təsərrüfatı nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid pasportunun surətindən görünür ki, Binə qəsəbəsi, Musabəyov küçəsi, döngə 3, ev 4A ünvanında yerləşən, 1962-ci ildə tərtib edilmiş texniki pasportun sahib kimi X19 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 34 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, x/o 25/23 saylı məktubdan görünür ki, Bakı şəhəri 34 saylı notariat ofisində qanun üzrə vərəsə İddiaçı Vəmmədağa qızının (ünvan: ünvan 5laqəsini təsdiq edən həmçinin, mirasın açıldığı yer vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.1973-cü ildə vəfat etmiş X12 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 6 ünvanında yerləşən fərdi yaşay evdən və torpaq sahəsindən ibarət daşınmaz əmlak daxildir. Göstərilənlərə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci və 8-ci,“Daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimat"ın 7-ci bəndinə və “Notariat“ haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq X14 məxsu göstərilən əmlaka çıxarış verilməsi xahiş edilmişdir. İş materiallarında olan hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan və çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) tam pay olaraq X12 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1973-cü ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X25 11 avqust 1949-cu ildə nikah bağlamışlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1995-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1957-ci ildə doğulmuşdur. Atası X21, anası X18r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X4 xx.xx.1986-cı ildə nikah bağlamışlar. Nikah bağladıqdan sonra arvada Əliyeva soya verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən komunal xərclərlə bağlı 2014-2024-cü illəri əhatə edən qəbzlərdən görünür ki, qaz, su və elektrik sərfiyyatına dair ödənişlər İddiaçı və hazırda vəfat etmiş əri X13 tərəfindən ödənilmişdir. İş materiallarında olan “X11” AQİS-dən çıxarışdan görünür ki, X13 və İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 vərəsəlik işi ilə əlaqədar Cavabdeh2 öz səlahiyyətlərini etibar etmişdir. İş materiallarında olan Dövlət Notariat arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Notariat arxivində və “Elektron notariat” X8 X32 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sizin, hədələrə məruz qalmanız barədə yazmış olduğunuz ərizəyə tərəfimizdən baxılmış və şikayətçi olduğunuz şəxs ilə profilaktiki söhbətlər aparılaraq xəbərdarlıq edilmişdir. Məlumat üçün bildiririk ki, gələcəkdə bu məsələ ilə əlaqədar aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir.” İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin İddiaçı ünvanladığı məktublardan müəyyən edilmişdir ki, İddiaçı müxtəlif vaxtlarda şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-ə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) ½ hissədə olaraq Cavabdeh1, ½ hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 69-cu Binə küçəsi 23) tam pay olaraq X12 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1973-cü ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev X37 xx.xx.1954-cü ildə doğulmuşdur. X7, anası X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1995-ci ildə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1271-ci maddəsinə əsasən mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulduğu halda mümkündür. 01.09.2***-ci ilədək qüvvədə olan (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 556-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır. Hələ doğulmamış, ana bətnində olan vərəsə olduqda, vərəsələr ancaq onun payına düşən hissəni ayırmaq şərti ilə miras əmlakını bölməyə haqlıdırlar. Doğulmamış vərəsənin mənafeyini müdafiə etmək üçün bölgüdə iştirak etməyə qəyyumluq və himayəçilik orqanının nümayəndəsi də`vət olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə 01.09.2***-ci ilədək qüvvədə olan Mülki Məcəlləsi tətbiq edilməlidir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, tərəflərin izahatları digər sübutlarla yanaşı yoxlanılmalı və hüquqi qiymət verilməli olduğundan, onların izahatlarında göstərdikləri iddiaya hüquq qiymət verilməsi üçün yetərli sayıla bilməz. İddiaçı tələbini miras əmlakın mərhum əri X13 tərəfindən qəbul edilməsi, evə faktiki sahibliyi özlərinin həyata keçirmələri, bu illər ərzində kommunal xərclərin məhz onlar tərəfindən həyata keçirilmələri, qaynı Cavabdeh1 mirası nə faktiki, nə də notariat qaydasında qəbul etməməsi ilə əsaslandırmış, onun bu barədə bildirdikləri yanaşı yoxlanılmış şahid ifadələri ilə tamamlanmışdır. Cavabdehin yeni evə yalnız 1988-ci ildə köçməsi halı isə onun həmin vaxtdadək miras evdə yaşaması halının təsdiqi olaraq dəyərləndirilə bilməz. Eyni zamanda cavabdehin başqa ünvanda yaşaması işin mübahisəsiz halı olduğundan, gözdən əlil olan cavabdehin ata evini tərk etməsinin məntiqli olmadığına dair bildirilənlər də inandırıcı deyil. Cavabdeh1 eyni zamanda, mirasın mərhum qardaşı X13 tərəfindən qəbul edilməməsi, 1988-ci ilə kimi mübahisəli evdə daimi olaraq yaşaması, su quyusu qazdırması, evin 2 otağında ailəsi ilə birlikdə yaşaması əsası ilə iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin bu barədə bildirdikləri təsdiq edilməmişdir. Cavabdeh2 iddiaçının əvəzinə notariat ofisinə ünvanladığı ərizəsində, Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş X6 qalmış mras payı qəbul etməsinə və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etməməsi barədə göstərilənlər ilə isə Cavabdeh1 ərizənin verildiyi anadək mirası qəbul etmədiyini təsdiq edir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cavabdeh2 izahatı özünün və Cavabdeh1 maraq və mənafeyinə uyğun olmaqla, yanaşı yoxlanılmış sübutlarla tamamlanmadığından iddianın rədd edilməsinə əsas ola bilməz. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, notariat orqanı mübahisəli xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”ni Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş X6 qalmış mrası qəbul etməsi əsası ilə deyil, iddiaçının buna etiraz etməməsi əsası ilə vermişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, vərəsənin vərəsəlik haqqında şəhadətnamənin alınması və ya mirasdan imtina edilməsi barədə ərizəni nümayəndə vasitəsilə verməsi, hazırda qüvvədə olan maddi hüquq normalarında nəzərdə tutulsa da, mirasın açıldığı vaxt (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan maddi hüquq normalarında vərəsəlik hüququnun nümayəndə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmamışdır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına görə vərəsə miras əmlakla bağlı iradəsini nümayəndə vasitəsi ilə deyil, şəxsən nümayiş etdirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş X6 qalmış mirası qəbul etməsi təsdiq edilmədiyindən, eləcə də miras əmlakın bölünməsinə qanun və ya vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verildiyindən, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarında isə vərəsəlik hüququnun nümayəndə vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulmadığından, bununla da Cavabdeh2 Cavabdeh1 xx.xx.1972-ci ildə vəfat etmiş qaynatası X6 qalmış mras payı qəbul etməsinə və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmədiyinə dair notariat ofisinə verdiyi ərizə vərəsənin iradə ifadəsi sayılmadığından, xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Eyni zamanda miras, əri tərəfindən qəbul edildiyi vaxtdan iddiaçının da sahibliyindədir və qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.1972ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən ½ hissədə Cavabdeh1 ½ hissədə irs almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarış ləğv edilməli, mərhum qaynatası X10 miras qalmış əmlakda tam payda iddiasının payı müəyyən edilməklə, həmin pay üzrə onun mülkiyyət hüququ tanınmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. xx.xx.1972-ci il tarixdə vəfat etmiş X10 miras qalmış ünvan 1 ünvanında yerləşən evdən Cavabdeh1 ½ hissədə miras əmlak almasına dair Bakı şəhəri 34 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən evin ½ hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmış çıxarış ləğv edilsin. X10 miras qalmış ünvan 1 ünvanında əmlaka tam payda İddiaçı payı müəyyən edilməklə, həmin pay üzrə mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1793/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1793/2024
25.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver