Məhkəmə qərarları › İş №2(003)-1800/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1800/2024

23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1800/2024 23.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2 olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2 olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Maraqlı şəxs2 (əvvəlki adı: Əzizbəyov rayon X4 İcraiyyə Komitəsi) xx.xx.1969-cu il tarixli 22 saylı qərarının AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində qeyd edilən Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o- Ərizəçi ünvan 1 ünvanında yaşayır. Mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı işlədiyi “Əzizbəyovneft” NQÇİ tərəfindən fərdi yaşayış evi tikmək üçün Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Maraqlı şəxs2 (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1969-cu il tarixli 22 saylı qərar verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən verilmiş Qərar əsasında hal hazırda tərəfindən torpaq sahəsinə dair çıxarış almaq məqsədi ilə aidiyyatı qurum olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, Qərarın əslində ata adı Azərbaycan dili (Kiril əlifbası ilə) “HATHEBY АЛИГЕИБАТУ АЛИ KEPAM OTЛЫ ” kimi, Qərarın təsdiq edilmiş arxiv çıxarışında isə ata adı Azərbaycan dili (Kiril əlifbası ilə) “HATHEBY АЛИГЕИБАТУ АЛИ KEPHM ОГЛЫ ” kimi qeyd edilmişdir. Belə olan halda ata adının qərarın əslində düzgün, lakin qərarın arxiv çıxarışında fərqli və düzgün yazılmaması səbəbindən Qərar əsasında ayrılmış torpaq sahəsinə ilkin qeydiyyata alınmaqla çıxarış ala bilməmişdir. Ata adının qərarın əslində düzgün, lakin qərarın arxiv çıxarışında fərqli və düzgün yazılmaması hal-hazırda ciddi problemlər yaradır, daha dəqiq desə Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1969-cu il tarixli 22 Ne-li Qərarı ilə Ərizəçi məxsus olmasını müəyyənləşdirə bilməməsi səbəbindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müraciətinə imtina edir. Ona məxsus doğum haqqında şəhadətnamə Azərbaycan dilində (kiril əlifbası ilə) Soyadı “HATHEB” Adı “АЛИГЕИБАТ” Ata adı “АЛИ KEPAM ОГЛЫ ” kimi qeyd edilmişdir, AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsi (əsas: AZE seriyalı 0*******) Soyadı “Nağıyev” Adı “Əliybət” Ata adı “Əlikeram oğlu” kimi qeyd edilmişdir. Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov) Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Xəzər rayonu icra hakimiyyətinin (əvvəlki adı: Əzizbəyov rayon xalq deputatları Sovet icraiyyə komitəsi) xx.xx.1969-cu il tarixli 22 Ne-li Qərarında аtа adının qərarın əslində düzgün, lakin qərarın arxiv çıxarışında fərqli və düzgün yazılmaması onun - Zirə qəsəbəsində istifadəsinə ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi, çıxarışı əldə edə bilməməyinə səbəb olmuşdur. Qeyd edilən məsələ ilə bağlı Maraqlı şəxs2nə və Daşınmaz Əmlakın Dövlət Reyestri və X5 Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, müraciətinə imtina edilmişdir. Nəticədə o, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Onu kənd adamı kimi tanımışdır. Onu Əliybət olaraq çağırmışlar. Ərizəçinin atasını görməmişdir. Hazırda ərizəçi ailəsi ilə birlikdə hər zaman yaşadığı ünvanda yaşayır. Məhkəmə iclasında şahid Əliyev Bala-Əmi Əliağa oğlu ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Onu Əliybət olaraq çağırmışlar. Hazırda ərizəçi ailəsi ilə birlikdə hər zaman yaşadığı ünvanda yaşayır. İş üzrə maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. - Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli 22 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ərazisində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli 22 saylı qərarının arxiv çıxarışından görünür ki, Ərizəçi Əlikərim oğluna Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ərazisində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. - Maraqlı şəxs2 Başçısının İ müavinin xx.xx.2023-cü il tarixli 5-12/2-N-62-092/2023 saylı məktubundan görünür ki, Əzizbəyov (indiki Xəzər) rayon ZDS İK-nın 22 nömrəli, xx.xx.1969-cu il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsində ata adının səhvən ƏliKerim yazılmasının düzəliş olunmasına köməklik göstərilməsi barədə Maraqlı şəxs2nə ünvanladığınız ərizəyə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədəuyğun hesab olunur. - Azərbaycan Respublikası ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-0406-8/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim olunmamışdır. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildirir ki, torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin nəzdində X7 xx.xx.2022-ci il tarixli DA- 00933-2022 saylı arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1939-1942-ci illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Zirə qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 05 (sənəddə olduğu kimi) may 1940-cı ildə doğulan Nağıyev Əleybət (sənəddə olduğu kimi) Əlikərəm (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: Nağıyev Əlikərəm (sənəddə olduğu kimi) Ələkbər oğlu Anası: X1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair sənədin (evə dair texniki pasportun) onun atasına məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə evə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu ehtiva edən sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli 22 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Zirə qəsəbəsində torpaq sahəsi ayrılması barədə Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1969-cu il tarixli 22 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar