Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1802/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdeh ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırılma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə arasında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 239 saylı sərəncamı arasında bağlanmış 31683 saylı müqavilənin etibarsız hesab edilməsi, onun ünvan 1 ünvanında yerləşən 400 saylı bağın 0,15 ha sahəsinə və həmin sahədə yerləşən 3 mərtəbəli evə istifadə və sahiblik hüququnun tanınması” barədə iddiası üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “cavabdeh ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırılma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə arasında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 239 saylı sərəncamı arasında bağlanmış 31683 saylı müqavilənin etibarsız hesab edilməsi, onun ünvan 1 ünvanında yerləşən 400 saylı bağın 0,15 ha sahəsinə və həmin sahədə yerləşən 3 mərtəbəli evə istifadə və sahiblik hüququnun tanınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırılma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə arasında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 239 saylı sərəncamı arasında bağlanmış 31683 saylı müqavilənin etibarsız hesab edilməsi, onun ünvan 1 ünvanında yerləşən 400 saylı bağın 0,15 ha sahəsinə və həmin sahədə yerləşən 3 mərtəbəli evə istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, iddiaçı müqavilənin etibarsız sayılması, evə istifadə və sahiblik hüququnun tanınması barədə tələb irəli sürmüşdür. Halbuki, elektron kabinet vasitəsi ilə göndərilmiş ərizə üzrə 2(003)-1714/2024 saylı işdə tərəflər barədə məlumat pəncərəsindən görünür ki, İddiaçı-ünvan 2 ünvanında, cavabdeh, Cavabdeh-ünvan 3 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda deyildir. Cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 1714/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılması, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmaması, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılması qərara alınmışdır. Lakin iddiaçı ümumi qaydada ikinci dəfə yenidən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinə 100 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzi iddia ərizəsinə əlavə etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılması qərara alınmışdır. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100,0 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, “Dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizənin və ya iddia ərizəsinin verilməsinin MPM-lə müəyyən edilmiş qaydasına, formasına və məzmununa, həmin sənədlərə aid müəyyən edilmiş tələblərə əməl etməlidir. Bunlara əməl edilməklə məhkəməyə müraciət edildiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyinə görə iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “cavabdeh ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Abadlaşdırılma və X2 X1 İnkişafı və İstismarı Birliyi ilə arasında Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 239 saylı sərəncamı arasında bağlanmış 31683 saylı müqavilənin etibarsız hesab edilməsi, onun ünvan 1 ünvanında yerləşən 400 saylı bağın 0,15 ha sahəsinə və həmin sahədə yerləşən 3 mərtəbəli evə istifadə və sahiblik hüququnun tanınması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1802/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1802/2024
07.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver