Məhkəmə qərarları › İş №2(003)-1814/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1814/2024

17.09.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1814/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü X4 onun oğludur. Xəstəliyi ucbatından öz hərəkətlərinin mənasını dərk etmir. AR ƏƏSMN TSEK tərəfindən verilən arayışdan görünür ki, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcə əqli gerilik, nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır. O, doğulan gündən etibarən onun bütün ehtiyaclarını qarşılayır. Xəstəliyi ilə bağlı tutmaları olanda zor gücü ilə onu saxlamaq mümkündür. Hər bir qulluğunu özü həyata keçirir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1961 saylı ekspert rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” (F 72.1) müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. X2 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” (F 72.1) qeyd olunduğundan bu, onun məhkəmə iclasında iştirakına yol vermir. AA4270801 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə çap edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 müddətsiz 1-ci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı klinik psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 4874 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” (F 72.1) müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar