Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1825/2022 31.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X13, Maraqlı şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun notariusu X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X25, X23, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs1 və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı oğlunun Cavabdeh qarşı (3-cü şəxslər X25, X23 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138 H saylı 1200 kv.metr ibarət torpaq sahəsində 3-cü şəxslər X10, X13 faktiki sahibliyində, istifadəsində olduğundan və idarə edildiyindən Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs1 və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru maraqlı şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X5 xx.xx.1992-ci il tarixdə, anası X24 xx.xx.2012-ci il tarixdə rəhmətə getmişdir. Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyətinin 407/333 saylı, 10 may 1994-cü il tarixli Sərəncamı əsasında fərdi ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138 H saylı 1200 kv.metr torpaq sahəsi mərhum anasının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində hər hansı bir tikilinin mövcud olmasından məlumatı olmamışdır. Hətta həmin torpaq sahəsi mərhum anasının sadəcə adında olmuş, orada heç bir tikili anası tərəfindən və ya ailə üzvü tərəfindən aparılmamış, həmin torpaq sahəsinin harada yerləşməsi barədə ailə üzvlərinizin heç birinin məlumatı olmamışdır. Mərhum anası X24 uzun müddət İsrail Respublikasında yaşamış və orada rəhmətə gedərək dəfn edilmişdir. Ailə üzvləri olan qardaşları, anası, bacısı hamısı İsrail Respublikasında yaşayır və İsrail Respublikası vətəndaşlarıdır. O isə burada Bakı şəhərində yaşayır. Anası hələ sağlığında xx.xx.2004-cü il tarixdə etibarnamə göndərərək həmin torpaq sahəsini ona bağışlamışdır. Anasının ona göndərdiyi etibarnamə əsasında və tapşırığı ilə o, həmin torpaq sahəsinin başqa şəxsə X8 məxsus olduğu üçün Buluda verilməsini bildirmişdir. Həmin torpaq sahəsində mövcud olmuş evi isə bildiyinə görə X14 tərəfindən inşa olunmuş və digər şəxsə 3-cü şəxs X25 tərəfindən dəyəri ödəməklə alınmışdır. Lakin uzun müddət keçdikdən sonra cavabdeh bacısı İsrail Respublikasından Azərbaycan Respublikasına gələrək analarının tapşırığı ilə veridiyi torpaq sahəsinə iddia edərək guya həmin torpaq sahəsində nəisə tikili aparmağını əsassız olaraq göstərməklə, Bakı şəhəri 7 saylı Notariat Kontoruna müraciət edərək həmin torpaq sahəsinə vərəsəlik şəhadətnamə almağa nail olmuşdur. Həmin torpaq sahəsi əsassız olaraq cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi və bunun əsasında Çıxarışın alınması qanuna ziddir. Belə ki, mərhum anası xx.xx.2012-ci il tarixdə rəhmətə getdiyi və vərəsəlik şəhadətnaməsinin 6 ay müddətində verildiyi halda notariat kontoru qanunvericiliyin tələblərini pozaraq miras əmlakın qəbul edilməsi ilə əlaqədar müddəti buraxıldığından əsassız olaraq vərəsəlik şəhadətnaməsi vermişdir. Vərəsəlik şəhadətnaməsinin verilməsi isə heç bir qanuni əsası olmamışdır. Bakı şəhəri 7 saylı notariat kontoruna vəkil sorğusu əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri 7 saylı Notariat Kontoru həmin torpaq sahəsinə dair vergi ödənişlərinin cavabdeh tərəfindən ödənilməsi barədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bələdiyyəsi xx.xx.2021-ci il tarixli saxta arayışına əsasən vergi ödəyicisi olmasına əsaslanmış, vərəsələrin dairəsi müəyyən edilməmiş qalmış, hətta cavabdehin doğum haqqında şəhadətnamədə adı Gila deyil, X6 olduğu halda şəxsiyyəti müəyyən edilmədən cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsi qanuni əsaslar olmadan həyata keçirilmişdir. Bakı şəhəri 7 saylı Notariat Kontoru AR MM-nin 1246-1248-ci maddələrinin tələbinə əsasən miras əmlakın qəbul edilməsi ilə əlaqədar müddəti buraxılmasını və vərəsəlik şəhadətnamənin verilməsi imkan xaricində olmasını və buna görə də məhkəməyə müraciət olunmağını tövsiyyə olunmalı halda qanunun tələblərini pozaraq vərəsəlik şəhadətnaməsinin verilməsini qanuna zidd hesab edir. Mərhum anası rəhmətə getməmişdən əvvəl sonuncu yaşayış yeri İsrail Respublikası olmuş, Bakı şəhərində anasının hər hansı bir əmlakı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh X15 qanunsuz olaraq almış olduğu vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə torpaq sahəsinə dair almış olduğu Çıxarış da etibarsız hesab edilməlidr. İddia ərizəsində göstərilən xüsusatlar, eləcə də həmin torpaq sahsində faktiki yaşayanın 3-cü şəxs X13 olmasından Xəzər RPİ-nin İŞ-də aparılmış araşdırma zamanı məlumatı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, həmçinin izahatında bildirdi ki, cavabdeh İsrail Respublikasında yaşayıb. Necə ola bilər ki, torpaq vergisi haqqında arayışları olsun. Cavabdeh saxta arayış alıb. Əlavə olaraq bildirdi ki, qeyd olunan torpaq sahəsi onların anasına məxsus deyil. O, anasına məxsus torpaq sahəsinin sənədini X1. O, həmin torpaq sahəini görməmişdir. Onların İsrail Respublikasında yaşaya qardaşları var. Onlar vərəsəliyə çağrılmadan notarius tərəfindən qanunsuz olaraq iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, həmçinin izahatında bildirdi ki, Gila Abbasovanın torpaq sahəsinin mövcudluğundan xəbəri yoxdur, necə ola bilər ki, torpağı idarə etsin. Ümumiyyətlə həmin torpaq sahəsi icavabdehin istifadəsində olmayıb. Lakin Mərdəkan bələdiyyəsi qeyri qanuni olaraq 10 ildən sonra cavabdehdən həmin torpaq sahəsinə görə əvvəlki illər üçün vergi borcunun ödənişini qəbul etmişdir. Bununda nəticəsində notariat orqanı tərəfindən həmin torpaq sahəsinin guya cavabdeh tərəfindən faktiki qəbul edilmiş kimi nəzərə alaraq ona qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, İsrail Respublikasında anasına o baxmışdır. Qardaşları İsrail Respublikasında yaşayır. Həmin torpaq sahəsinə dair qardaşlarının iddiaları yoxdur. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizələrində bildirmişdir ki, İddiaçı iddia tələbində istinad edir ki, ata Böyükağa Aslanov xx.xx.1992-ci ildə, ana Nina Aslanova isə xx.xx.2012-ci ildə vəfat edib, mübahisəli Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 138H saylı sahə Nina Aslanovaya məxsus olub, sonuncu sağlığında, yəni xx.xx.2004-cü ildə torpaq sahəsinə dair etibarnamə göndərərək, həmin sahəni İddiaçı bağışlayıb, anasının tapşırığı ilə həmin torpaq sahəsinin Bulud Bayramova məxsus olduğu üçün ona verilməsini bildirir. Aşağıdakı əsaslara görə hazırki iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 407/333 saylı sərəncamı əsasında Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Nina Aslanovaya verilmiş, sonuncu 2012-ci ildə vəfat edib, onun vəfatından sonra torpaq sahəsi Gila Abbasovanın istifadəsində olmuşdur. Gila Abbasovanın anası hələ 2002-ci ildə həmin sahəni daş hasara alıb orada 120 kv.m-lik birmərtəbəli yaşayış evi tikmiş, Gila Abbasova 2020-ci ildə Bakı şəhəri 7 saylı Notariat Kontoruna müraciət edib vərəsəlik işi açdırmış, hüquqmüəyyənedici sənədlər əsasında adına çıxarış almışdır. İddiaçı isə Nina Aslanovanın xx.xx.2012-ci ildə vəfatından 10 ildən artıq müddət keçəndən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib, tələbinin əsaslığını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, ən acınacaqlı hal ondan ibarətdir ki, iddiaçı tələbinin hüquqi əsasının özünə aid deyil, digər üçüncü şəxslər Bulud Bayramova və digərlərinə aid olması ilə əsaslandırır. İddiaçı ümumi sözlərdən istifadə edib mərhum Nina Aslanovanın xx.xx.2004-cü ildə torpaq sahəsini ona bağışladığını bildirsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməyib, eləcə də istinad etdiyi kimi etibarnamənin verilməsi bağışlanma hesab edilmir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsində də rayon icra hakimiyyəti orqanlarının qərarları hüquqların qeydə alınması üçün əsaslardan biri hesab edilmişdir. Ərizəyə əlavə etdiyi daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən də müəyyən olunur ki, 138H saylı 0,12 ha torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə İddiaçı adına qeydiyyata alınıb, qalan 1/2 hissə isə cavabdeh Gila Abbasovanın adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. Bu hal onu sübut edir ki, iddiaçı özünə məxsus 1/2 hissə paydan əlavə, cavabdehin mülkiyyətində olan 1/2 hissə paya da göz dikmiş, lakin tələbinin əsaslılığı barədə heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı üçüncü şəxsin şikayəti əsasında Xəzər Rayon Polis İdarəsində dindirilərkən də bildirmişdir ki, torpaq sahəsinin harada yerləşməsini bilmir, guya ki, 2004-cü ildə torpaq sahəsini Bulud adlı şəxsə satmışdır. Halbuki, bu iddianın qaldırılmasının əsas məqsədi Xəzər Rayon Məhkəməsində mülkiyyətçi hüquqlarının müdafiəsi ilə bağlı qaldırılmış iddia ərizəsi üzrə icraatın dayandırılması və süründürməçilikdən başqa bir şey deyildir. Habelə, Gila Abbasovanın mükiyyətində olan torpaq sahəsinin yiyəsiz olmasından istifadə edən və Xəzər rayonunda fəaliyyət göstərən bir sıra maklerlər həmin sahəni sənədsiz satmaqla asan yolla qazanc əldə etməyə cəhd göstərmiş, Gila Abbasovanın hüquq-mühafizə orqanlarına müraciət etməsini görüb, onun ögey qardaşını tapıb hazırkı iddianı qaldırmağa nail olmuşlar. Bundan əvvəlki vaxtda iddiaçı Bakı İnzibati Məhkəməsində də çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırıb, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-4121/2022 saylı qərardadı ilə iddia tələbləri mümkün sayılmamışdır. Qeyd olunan qərardad xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Halbuki, adı çəkilən şəxsin qeyd olunan şəhadətnamə və digər sənədləri mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Mülki Prosessual Qanunvericiliyə uyğun olaraq, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının iddia etdiyi 1/2 hissədə torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin də hər hansı hüquqla ona məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin cavabdehə məxsus 1/2 hissədə paylı mülkiyyət hüququ üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, torpaq sahəsinin mülkiyyətçisi tərəfindən onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı və cavabdeh öz valideynlərindən miras qalmış əmlakı bərabər hissədə, yəni hər biri 16 hissədə qəbul etmişlər. İddiaçının öz hissəsindən əlavə, cavabdehə məxsus hissəyə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Nina Aslanovanın xx.xx.2012-ci ildə vəfat etməsinə, anasının vəfatından iddiaçının həmin vaxt məlumatlı olmasına baxmayaraq, iddiaçı Gila Abbasovaya və qeyrilərinə qarşı hazırkı iddia tələbi ilə Xəzər rayon Məhkəməsinə 2022-ci ilin may ayında, yəni 10 ildən sonra müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 373.2ci maddələrinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə iddia müddəti pozularaq verilmişdir. Hazırki vəziyyətdə Gila Abbbasova vərəsəlik hüquq haqqında şəhadətnamə əsasında mübahisəli torpağa 1/2 hissədə mülkiyyət hüququ əldə etmiş, buna dair adına çıxarış verilmişdir. İddiaçı hazırki vəziyyətdə bu iddianı qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbləri iddiaçının iddia müddətini ötürməsi əsası ilə rədd edilməlidir. İddiaçının ana Nina Aslanovanın xx.xx.2012-ci ildə, ata Böyükağa Aslanovun isə xx.xx.1992-ci ildə vəfat etməsini iddiaçının bilməməsi qeyri-mümkündür. Vərəsəlik hüququnda xüsusi iddia müddətinə aşağıdakı tələblər üzrə xüsusi müddətlər nəzərdə tutulmuşdur. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddia üçün müddət - 5 il (MM-in 1143-cü maddəsi); Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia üçün müddət - 2 il (MM-in 1231.1-ci maddəsi); Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində iddia üçün müddət - 2 ay; Vəsiyyət tapşırığının icra olunmasını tələb etmək barədə iddia üçün müddət-3 il (MM-in 1213-cü maddəsi); Məcburi payın tamamlanmasını tələb etmək barədə iddia üçün müddət - 2 il (MM-in 1200-cü maddəsi). Göründüyü kimi, iş üzrə iddiaçılar Qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər ki, qeyd olunan hal iddianın rədd edilməsi üçün əsasdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 izahatında bildirmişdir ki, 1994-cü ildən Bulud Bayramovu tanıyır. Bulud 2007-ci ildə mübahisəli torpağın sənədini Samirdən alıb. Həmin torpaq sahəsi təxminən 17-18 sotdur. Həmin torpaq sahəsi və onun üzərində yerləşən evi artıq ona məxsusdur. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 izahatında bildirmişdir ki, mübahisəli torpaq onun atası Bulud Bayramovun olmuşdur. İllər əvvəl atası ilə Nina xanım birlikdə işləmiş, atası torpaq sahəsini Ninanın adına keçirmişdir. Atası uzun illər həmin ünvanda yaşamış, 1983-cü ildə öləndə ona bildirmişdir ki, Mehdi Əhmədova 225.000 manat borcu vardır, ev Mehdinindir. Atası evi Mehdiyə vermişdir. Lakin ev onların adına sənədləşməmişdir. 2007-ci ildə Samir ona etibarnamə verib. O, 2020-ci illərdə Gila adlı xanımı tapıb, ona vəziyyəti bildirib. Gila ona torpağı sənədləşdirməyə köməklik edəcəyini bildirərək, ona həmin sənədlərin surətini çıxarıb ona versin. O da həmin sənədlərin surətin ona vermişdir. Bir müddət sonra Gila torpaq sahəsini alqı-satqı yolu ilə ona satmağı təklif etsə də, razılaşmamışlar. Maraqlı şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun notariusu X16 məhkəməyə bildirmişdir ki, Nina Aslanova vəfat etdikdən sonra vərəsələrin dairəsi müəyyən olunub, lakin Samir və Giladan başqa heç bir övladı vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanına müraciət etməmişdir. Vergi ödəyicisi Gila olduğuna görə bərabər paylarda bölgü aparılıb. O biri qardaşlar artıq müddəti ötürüb. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs1 məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər tərəflərin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 mart 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hüquqlarını X20 etibar etmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş notariat işinə daxil olan materiallardan görünür ki: - Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının 10 may 1994-cü il tarixli 407/333 nömrəli Sərəncamının surətindən görünür ki, X19 Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. - İsrail dövləti Daxili İşlər Nazirliyi tərəfindən verilmiş əhalinin qeydiyyat reyestrindən çıxarışdan görünür ki, Abbasova Gila xx.xx.1997-ci il tarixdə İsrail dövlətinə daxil olmuşdur. O, Abbasov Əli ilə nikaha daxil olmuş, nikahdan əvvəl soyadı Aslanova, adı Gülbacı olmuşdur. - İsrail dövləti Səhiyyə Nazirliyinin dəfn icazəsi sənədinin tərcüməsinin surətindən görünür ki, X24 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası ƏMDKY DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H üzərində X11 xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Maraqlı şəxs1 tərəfindən verilmiş arayışın surətindən görünür ki, X2 qəsəbəsi, sahə 138 H ünvanında yerləşən və Mərdəkan bələdiyyəsində qeydiyyata alınan 1200 kv.m. torpaq sahəsinin mülkiyyətçisi anası X11 vəfatından sonra torpaq vergisinin ödəyicisidir. 31 dekabr 2021-ci il tarixə qədər vergi borcu yoxdur. X9 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün X17 xx.xx.2020-ci ildə, İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmişlər. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən X7 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququ tanınmış, onun həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ½ hissə pay açıq qalmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququ tanınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs1 29 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Mərdəkan qəsəbəsi, 138 H sahədə fərdi ev tikmək üçün X11 adına ayrılmış 1200 kv.m. torpaq sahəsi vergitutma obyekti olaraq Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır. İstifadəyə verilmiş həmin torpaq sahəsi X11 adına xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarış əsasında mülkiyyət hüququ ilə əvəz edilmişdir. Torpaq sahəsinə hesablanmış 175 manat vergi borcu mərhumun qızı X17 tərəfindən xx.xx.2021-ci il tarixdə nağdsız qaydada Mərdəkan bələdiyyəsinin hesabına ödənilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə izahatı alınmış İddiaçı göstərmişdir ki, X30 Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsi olmuş, lakin o, həmin torpaq sahəsinin harada yerləşdiyini bilmir. Beləliklə, işdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138H iddiaçı və cavabdehin anası X18 Əzizbəyov rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında fərdi ev tikmək üçün ayrılmış, xx.xx.2021-ci ildə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. X24 xx.xx.2012-ci il tarixdə ölmüşdür. X9 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün X17 xx.xx.2020-ci ildə, İddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 7 saylı Notariat Ofisinə müraciət etmiş, onların hər birinə miras əmlakın ½ hissəsinə dair şəhadətnamə verilmişdir. İddiaçı ilə Cavabdeh bacı-qardaşdırlar. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 138 H saylı 1200 kv.metr ibarət torpaq sahəsinə dair Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. O, öz tələbini miras əmlakın 3-cü şəxslərin faktiki sahibliyində, istifadəsində olması və idarə edilməsi, cavabdeh tərəfindən mirasın faktiki qəbul edilməsinə dair müddətin buraxılması, vərəsəlik şəhadətnaməsinin verilməsinin qanuni əsasının olmaması, vərəsələrin dairəsinin müəyyən edilməməsi, cavabdehin doğum haqqında şəhadətnaməsində adının Gila deyil X6 olduğu halda şəxsiyyəti müəyyən edilmədən cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın mahiyyəti iddiaçının özünün hər hansı pozulmuş hüququnu bərpa etməklə bağlı deyildir. Belə ki, o, miras əmlakın öz payına düşən hissəsinə dair notariat orqanına müraciət etmiş, əmlakın ½ hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Göstərilən haldan, həmçinin hazırkı iddiadan aşkar görünür ki, iddiaçının miras əmlakdan onun payına düşən hissəyə münasibətdə hər hansı mübahisəsi olmamış və hal-hazırda da yoxdur. Lakin o, mirasın qalan hissəsinə münasibətdə bacısı Gila Abbasovanın hüquqlarını mübahisələndirərək, iddiasını ilk növbədə həmin əmlakın digər şəxslərin sahibliyində olması və onların hüquqlarının pozulması ilə əsaslandırmışdır. Mübahisəli əmlakın hüquqi statusundan görünür ki, torpaq sahəsi fərdi ev tikintisi üçün mərhum Nina Aslanovaya ayrılmaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu və mülki qanunvericiliyə uyğun olaraq onun adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə mülki işin qeyd edilən halının hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mirasın qəbul edilməsi üçün ilkin şərt mirasın açılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin məzmunundan isə aydın olur ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki iş materialları ilə miras qoyan X11 xx.xx.2012-ci ildə ölməsi sübuta yetirilir. Yəni onun ölümü ilə miras açılmış və həmin anlardan sonra miras əmlak üzrə müəyyən şəxslərvərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik hüququnu həyata keçirmək və miras əmlakı əldə etmək imkanı qazanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyanlar tərəfindən vəsiyyətnamə tərtib edilməsi müəyyən edilməmişdi. Belə olan halda isə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilir. Qanun üzrə vərəsələrin dairəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən qanun üzrə vərəsəliyin beş növbəsi fərqləndirilir. Qeyd edilən Məcəllənin 1159.1.1-ci maddəsinin mahiyyətinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanunvericiliyin sadalanan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə bildirir ki, X24 xx.xx.2012-ci ildə öldüyü zaman sağ olan övladları onun qanun üzrə vərəsəsi sayılır. Tərəflər məhkəməyə X11 vərəsələrinin dairəsi ilə bağlı hər hansı bir sübut təqdim etməsə də, işdə iştirak edən şəxlərin məhkəmədə verdiyi izahatlarından onun vərəsələrinin mərhumun xx.xx.2012-ci ildə öldüyü vaxt sağ olan övladları olmasını müəyyən edilir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257-ci maddəsində isə mirası qismən qəbul etməyin yolverilməzliyi prinsipi öz əksini tapmışdır. Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları özündə miras əmlakın tamlığı, bütövlüyü prinsipini ehtiva edir. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, fiziki şəxsin ölməsi vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur. Bu münasibətlər isə öz növbəsində subyektiv vərəsəlik hüququnu müəyyənləşdirir. Yəni vərəsəlik münasibətlərində iştirak edən şəxs subyektiv vərəsəlik hüququ əldə edir. Bu hüququ əldə edən şəxs isə vərəsəliyə çağırılmış olur. Vərəsəliyə çağırılmaq isə özündə həmin şəxsin vərəsələr dairəsinə daxil olmasını ifadə edir, yəni şəxs mümkün vərəsə sayılır. Mümkün vərəsə dedikdə mirası əldə etmək hüququ və ya imkanı olan şəxs başa düşülür. X3 xx.xx.2012ci ildə ölümü ilə onun övladlarından olan İddiaçı və X17 vərəsəliyə çağırılmış və ya mümkün vərəsə hesab edilmişdi. X17 miras əmlakın ½ hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Qanunvericiliyin tələbinə görə isə mirasın açılması, şəxsin subyektiv vərəsəlik hüququ əldə etməsi, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etməyə kifayət etmir. Qeyd edilənlər şəxsə yalnız miras əmlakı əldə etmək şansı verir. Həmin şəxs o halda miras əmlakı əldə edilə bilər ki, miras əmlakın əldə edilməsinə öz razılığını ifadə etsin. Yəni mirasın qəbulu şəxsin iradəsindən asılı olduğuna görə o hüquqi hərəkət sayılır. Bu fakt nəticəsində, yəni öz razılığını ifadə etməklə şəxs subyektiv vərəsəlik hüququ həyata keçirmiş olur ki, bu hüquqi addımdan sonra o həqiqi vərəsə (mirası qəbul etmiş mümkün vərəsə) statusunu əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əgər miras əmlak üzrə miras qoyanın bir neçə vərəsəsi olsa bu zaman hər bir vərəsə mirası müstəqil qəbul etməlidir. İşin mübahisəsiz halıdır ki, miras qoyanın 4 övladı olmuşdur. Hal-hazırda 2 övladı vərəsəliyi qəbul etməklə ondan miras qalan torpaq sahəsinə ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. Digər vərəsələri isə mərhumun öldüyü vaxtdan hal-hazıradək notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. Göründüyü kimi, iddiaçı İsrail Respublikasında yaşayan digər vərəsələr olan qardaşlarının valideynlərindən qalmış mirası nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən mirasqoyanın ölümü ilə bağlı hazırki iş üzrə iddiaçı və cavabdehə ½ hissədə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilən zaman qaunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə hər hansı pozuntuya yol verilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı hazırki tələblə müraciət etsə də, onun miras əmlakda payının müəyyən edilməsi zamanı payının azalması ilə müşaiyət edilən hüquqlarının pozulması halı məüyyən edilmir. Əksinə digər vərəsələr olan qardaşılarının bu müddət ərzində mirası qəbul etməməsi nəticəsində onun miras əmlakda payının artması baş vermişdir. Bundan başqa, iddiaçının cavabdehə verilmiş şəhadətnamənin etibarsız hesab olunmasının əsası kimi iddia tələbində istinad etdiyi hallar, yəni miras əmlakın digər 3-cü şəxslərin istifadəsində olması və digər qardaşlarının vərəsəliyə çağrılmamaqla paylarının müəyyən edilməməsi də iddaçının hər hansı hüquqlarının pozulmasına gətirib çıxarmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Ümumilikdə məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. İddiaçı tərəf isə miras əmlakda özünün payının müəyyən edilməsi ilə bağlı vərəsəlik şəhadətnaməsinin aldığı xx.xx.2021-ci ildən, hansı ki, həmin vaxt artıq xx.xx.2021-ci il tarixdən cavabdehində vərəsəlik şəhadətnaməni aldığından məlumatlı olmuş, lakin qanunla müəyyən olunmuş müddət ərzində cavabdehə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməmişdir. Belə ki, iddiaçı məhkəməyə bununla bağlı 2022-ci ilin aprel ayının 27-də müraciət etmişdir ki, bununla da cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürmüşdür. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Mülki Məcəllənin 1246 və 1272-ci maddələrində qeyd edilən müddətlər kəsici müddət olmaqla, məhkəmə tərəfindən tətbiq edilən bilən müddətdir. Bütün bunlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, mülki qanunvericiliyin özündə əks etdirdiyi kəsici müddətlər iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə ona təqdim edilmiş sübutları və məhkəmədə dindirilmiş şəxslərin izahatlarını qanunvericiliyin tələbləri ilə qarşılıqlı və əlaqəli şəkində tədqiqinin yekunu olaraq belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X25, X23, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs1 və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi” tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər X25, X23, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Maraqlı şəxs1 və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1825/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1825/2022
31.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver