Məhkəmə qərarları › İş №2(003)-1840/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1840/2024

20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1840/2024 20.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkilili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatımda iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3 və X2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair 2(003)-675/2024 saylı mülki iş mövcüddur. Məhkəmə iclasında İddiaçı1 mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili X3 mülki işlərin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə məhkəməyə verdiyi izahatında bildirdi ki, məhkəmənin icraatında hüquqlarını təmsil etdiyi şəxsin hazırki iş üzrə iddiaçılara qarşı iddiası mövcudur. Hər iki iddialar məzmun etibarı bir birinə aid iddialardır. Buna görə də, hər iki iddiaya bir icraatda baxılmalıdır. Odur ki, hazırki iddianın məhkəmənin icraatında olan 2(003)-675/2024 saylı mülki işə birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı3 və İddiaçı4 gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə digər iddiaçıların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair 2(003)-1840/2024 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3 və X2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair 2(003)-675/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair mülki işlə, məhkəmənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3 və X2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası əsasında olan digər mülki işin biri-biri ilə əlaqəli olmasını, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmasını nəzərə alaraq həmin mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair 2(003)-1840/2024 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3 və X2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair 2(003)-675/2024 saylı mülki işlə bir icraatda birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1, Bakı Şəhəri 7 Saylı Dövlət Notariat Kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ üzrə sair mübahisələr” tələbinə dair 2(003)-1840/2024 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3 və X2 qarşı “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki işlər birləşdirilsinlər, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(003)-675/2024 saylı nömrə verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar