Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1849/2020 25.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, H.Hacıyev küçəsi, döngə 1, 7 saylı ev 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında X6na məxsus olmuşdur. Həmin sənətdə ev sahibi kimi atasının soyadı, adı və atasının adı “X4” kimi göstərilmişdir. X6 xx xxxx 1986-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd aparılmış və müvafıq ölüm haqqında şəhadətnamə verilmiş və atasının soyadı, adı və ata adı kimi “Novruz Əlifdar oğlu” göstərilmişdir. Ona görə də həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edə bilmir. Qeyd edilənlənlərə əsasən müəyyən ediməsi barədə qətnamə çıxarılmasını xahiş etdimişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, göstərilən faktın müəyyən edilməsi ona mənzilin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1946-cı il tarixli 198 nörməli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Novruz Alifdar (Əlifdar) oğlu Aliyeva (Əliyeva) Kebira (Kəbirə) Nuftulla qızı ilə nikaha daxil olmuşdur. Həmin sənəddə şəxsin adı Novruz Alifdar göstərilmişdir. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) qeytdiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Novruzov Əlifdar xx.xx.1986-cı ildə ölmüşdür. Ölüm haqqında ölüm şəxsin adlı Novruz Əlifdar oğlu kimi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1959-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçiy xx.xx.1959-cu il doğulmuşdur. Ata qarafasında Novruz Əlifdar oğlu qeyd edilmişdir. İş materiallarında olan Kommunal Təssərüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Türkan qəsəbəsi, H.Hacıyev küçəsi, döngə 1, 7 saylı evə dair passport X5 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli, **********47 nömrəli məktubdan görünür ki, texniki pasporta dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2020-c il tarixli, 05/-11-140 nömrəli məktubdan görünür ki, ölüm haqqında şəhadətnaməyə, nikah haqqında şəhadətnaməyə və doğum haqqında şəhadətnaməyə “Qasımov” soyadının əlavə edilməsi mümkün olmamışdır. Göründüyü kimi, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasportda vətəndaş «X5» göstərilsə də, ərizəçiyə məxsus olan digər hüquqmüəyyənedici sənədlərdə «Novruz Əlifdar oğlu» kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə hesab edir ki, X2 adına olan ünvan 3 ünvanına aid şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair pasportun Novruz Əlifdar oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 3 ünvanına aid X3 adına tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə dair pasportun Novruz Əlifdar oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1849/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1849/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver