Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1854/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19.10.2018-ci il tarixli müqaviləyə əsasən 93 manat ödənilməmiş hissə, 9 manat cərimə, 03.04.2019-cu il tarixli müqaviləyə əsasən 186 manat ödənilməmiş hissə, 18 manat cərimə, 07.11.2019-cu il tarixli müqaviləyə əsasən 290 manat ödənilməmiş hissə, 29 manat cərimə, ümumilikdə 625 manat və 30 manat dövlət rüsumu alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə 19.10.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 558 manat olan Samsung markalı tozsoran, tozsoran üçün torba, Gorenje markalı blender, Phlips markalı ütü almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 465 manat ödəniş etmiş, sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 102 manat borcu yaranmışdır. 03.04.2019cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 754 manat olan Samsung Galaxy J6 markalı telefon və Xiaomi Smart markalı saat almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 568 manat ödəniş etmiş, sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 204 manat borcu yaranmışdır. 07.11.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 350 manat olan Philips markalı ətçəkən almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 60 manat ödəniş etmiş, sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 319 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildirişi göndərilmiş, zərf “ünvan tapılmayıb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 19.10.2018-ci il tarixdə 00340463 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 558 manat olan Samsung markalı tozsoran, torba, Gorenje markalı blender və Philips markalı ütü Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 31 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 03.04.2019-cu il tarixdə 00596355 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 754 manat olan Samsung Galaxy J6 markalı telefon, Xiaomi Smart markalı saat, telefon quraşdırma xidməti olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 62 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 07.11.2019-cu il tarixdə 01032712 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 350 manat olan Philips markalı ətçəkən Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 29 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 19.10.2018-ci müqavilə üzrə ödənilməmiş 93 manat, 9 manat cərimə, 03.04.2019-cu il müqavilə üzrə ödənilməmiş 186 manat, 18 manat cərimə, 07.11.2019-cu il müqavilə üzrə ödənilməmiş 290 manat, 29 manat cərimə, ümumilikdə 625 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun cəmi 625 manat borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 19.10.2018ci il tarixli 00340463 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 93 manat borc, 9 manat cərimə, 03.04.2019-cu il tarixli 00596355 saylı alqı-satqı müqaviləsinə əsasən 186 manat borc, 18 manat cərimə, 07.11.2019-cu il tarixli 01032712 saylı alqı-satqı müqaviləsinə əsasən 290 manat borc, 29 manat cərimə, ümumilikdə 625 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 19.10.2018-ci il tarixli 00340463 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 93 manat borc, 9 manat cərimə, 03.04.2019-cu il tarixli 00596355 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 186 manat borc, 18 manat cərimə, 07.11.2019-cu il tarixli 01032712 saylı alqı-satqı müqaviləsinə əsasən 290 manat borc, 29 manat cərimə, cəmi 625 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1854/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1854/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver