Məhkəmə qərarları › İş №2(003)-1855/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1855/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1855/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04.09.2019-cu il tarixli müqaviləyə əsasən 384 manat ödənilməmiş hissə, 38 manat cərimə, 11.01.2020-ci il tarixli müqaviləyə əsasən 372 manat ödənilməmiş hissə, 37 manat cərimə, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, ümumilikdə 1012 manat və 30 manat dövlət rüsumu alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə 04.09.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 694 manat olan X1 7 markalı telefon almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 310 manat ödəniş etmiş, sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 422 manat borcu yaranmışdır. 11.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 406.8 manat olan Hoffmann Led markalı televizor almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 34.8 manat ödəniş etmiş, sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 409 manat borcu yaranmışdır. 12.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 180 manat olan Gorenje markalı tozsoran almış və həmin müqavilənin şərtlərinə uyğun olaraq 15 manat ödəniş etmiş, sonradan həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 181 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildirişi göndərilmiş, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 04.09.2019-cu il tarixdə 00889139 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 694 manat olan X1 7 markalı telefon, qızıl zəmanət xidməti ilə Cavabdeh nisyə satılmış və cavabdeh 9 ay müddətində ödəniş cədvəli üzrə hər ay 77 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 11.01.2020-ci il tarixdə 20030028 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 407 manat olan Hoffmann led markalı televizor, yeni qızıl zəmanət xidməti olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 33.9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında 12.01.2020-ci il tarixdə 20032744 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 180 manat olan Gorenje markalı tozsoran Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 15 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 04.09.2019-cu müqavilə üzrə ödənilməmiş 384 manat, 38 manat cərimə, 11.01.2020-ci il müqavilə üzrə ödənilməmiş 372 manat, 37 manat cərimə, 12.01.2020-ci il müqavilə üzrə ödənilməmiş 165 manat, 16 manat cərimə, ümumilikdə 1012 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun cəmi 1012 manat borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 04.09.2019cu il tarixli 00889139 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 384 manat borc, 38 manat cərimə, 11.01.2020-ci il tarixli 20030028 saylı alqı-satqı müqaviləsinə əsasən 372 manat borc, 37 manat cərimə, 12.01.2020-ci il tarixli 20032744 saylı alqı-satqı müqaviləsinə əsasən 165 manat borc, 16 manat cərimə, ümumilikdə 1012 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 04.09.2019-cu il tarixli 00889139 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 384 manat borc, 38 manat cərimə, 11.01.2020-ci il tarixli 20030028 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 372 manat borc, 37 manat cərimə, 12.01.2020-ci il tarixli 20032744 saylı alqı-satqı müqaviləsinə əsasən 165 manat borc, 16 manat cərimə, cəmi 1012 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı «xxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar