Məhkəmə qərarları › İş №2(003)-1859/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1859/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1859/2020 21.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» X3 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx»MMC cavabdehj Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ **********21457 Hoffmann X Max markalı telefon üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 130 manat borc, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ **********78335 Samsung Galaxy A6 markalı telefon üçün 741 manat ödənilməmiş borc, 171 manat cərimə, cəmi 912 manat borc, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 871 manat ödənilməmiş borc, 261 manat cərimə, cəmi 1132 manat borc, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Canon Pixma markalı printer üçün 408 manat ödənilməmiş hissə, 122 manat cərimə, cəmi 530 manat borc, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ **********33199 Xiaomi Mi A2 Lite markalı telefon, 4D Glass aksessuar, Power Bank mi üçün 636 manat ödənilməmiş hissə, 191 manat cərimə, cəmi 827 manat borc, ümumilikdə 3531 manat borc, 30 manat dövlət rüsumu, cəmi 3561 manat pulun cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında bağlanmış xx xxxx 2018, xx xxxxxxxx 2018, xx xxxxxx 2018, xx xxxxxx 2018 və xx xxxxxx 2018-ci il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ **********21457 Hoffmann X Max markalı telefon, İMEİ **********78335 Samsung Galaxy A6 markalı telefon, Samsung Led markalı televizor, Canon Pixma markalı printer və İMEİ **********33199 Xiaomi Mi A2 Lite markalı telefon, 4D Glass aksessuar, Power Bank mi almış və nəticədə 3531 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 450 (9 ay x 50 manat + 0 manat) olan İMEİ **********21457 Hoffmann X Max markalı telefon üçün ümumilikdə 130 manat olmaqla, ondan 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, alqı-satqı qiyməti 1058 (24 ay x 44 manat + 2 manat) olan İMEİ **********78335 Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 912 manat olmaqla, ondan 741 manat ödənilməmiş hissə, 171 manat dəbbə pulu, alqı-satqı qiyməti 1209 (18 ay x 67 manat + 3 manat) olan Samsung Led markalı televizor üçün ümumilikdə 1132 manat olmaqla, ondan 871 manat ödənilməmiş hissə, 261 manat dəbbə pulu, alqısatqı qiyməti 462 (9 ay x 51 manat + 3 manat) olan Canon Pixma markalı printer üçün ümumilikdə 530 manat olmaqla, ondan 408 manat ödənilməmiş hissə, 122 manat dəbbə pulu, alqı-satqı qiyməti 636 (12 ay x 53 manat + 0 manat) olan İMEİ **********33199 Xiaomi Mi A2 Lite markalı telefon, 4D Glass aksessuar, Power Bank mi üçün ümumilikdə 827 manat olmaqla, ondan 636 manat ödənilməmiş hissə, 191 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdeh borcundan cəmi 1059 manat ödəniş etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən borclu müqavilənin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənləri nəzərə alaraq, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ **********21457 Hoffmann X Max markalı telefon üçün 100 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, ümumilikdə 130 manat borc, xx xxxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ **********78335 Samsung Galaxy A6 markalı telefon üçün 741 manat ödənilməmiş borc, 171 manat cərimə, cəmi 912 manat borc, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 871 manat ödənilməmiş borc, 261 manat cərimə, cəmi 1132 manat borc, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Canon Pixma markalı printer üçün 408 manat ödənilməmiş hissə, 122 manat cərimə, cəmi 530 manat borc, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ **********33199 Xiaomi Mi A2 Lite markalı telefon, 4D Glass aksessuar, Power Bank mi üçün 636 manat ödənilməmiş hissə, 191 manat cərimə, cəmi 827 manat borc, ümumilikdə 3531 manat borc, 30 manat dövlət rüsumu, cəmi 3561 manat pulun cavabdehdən alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxx » MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1.maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddia ərizəsindən və iş materiallarında olan, Cavabdeh ilə «xxxxxxxxxxx» X6 arasında bağlanmış xx xxxx 2018, xx xxxxxxxx 2018, xx xxxxxx 2018, xx xxxxxx 2018 və xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh «xxxxxxxxxxx» X1 İMEİ **********21457 Hoffmann X Max markalı telefon, İMEİ **********78335 Samsung Galaxy A6 markalı telefon, Samsung Led markalı televizor, Canon Pixma markalı printer və İMEİ **********33199 Xiaomi Mi A2 Lite markalı telefon, 4D Glass aksessuar, Power Bank mi-ni nisyə satış şərtləri ilə almış və həmin müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh ödənilməmiş borcu 2756 manat, cərimə borcu 775 manat olmaqla, cəmi borcu 3531 manat təşkil etmişdir. İşin məhkəmə iclasında müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə görə cavabdeh aldığı malın hissə-hissə ödənişini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin borclu göstərilən müqavilə üzrə ödənişləri vaxtı-vaxtında ödəməmişdir və ona görə «xxxxxxxxxxx» MMC qarşısında 2756 manat ödənilməmiş hissə, 775 manat dəbbə pulu olmaqla, 3531 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsinin tələbində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdehnın iddiaçı «xxxxxxxxxxx» X4 2756 manat məbləğində ödənilməmiş borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. İddia tələbindən görünür ki, Cavabdeh eyni zamanda, müqavilənin 4.1. bəndinə əsasən hər gün üçün gecikdirilmiş məbləğin 1 %-i miqdarında hesablanmış 775 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx xxxx 2018-ci il tarixli müqavilə üzrə 5 manat, xx xxxxxxxx 2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 40 manat, xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 15 manat və xx xxxxxx 2018-ci il tarixli müqavilə üzrə 30 manat məbləğində dəbbə pulunun, cəmi 110 manat cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 25 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «xxxxxxxxxxx» X3 xeyrinə Cavabdeh 2756 manat ödənilməmiş hissə, 110 manat dəbbə pulu olmaqla, cəmi 2866 manat məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 25 manat məbləği tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. «xxxxxxxxxxx» X3 xeyrinə Cavabdeh 2756 manat ödənilməmiş hissə, 110 manat dəbbə pulu olmaqla, cəmi 2866 (iki min səkkiz yüz altmış altı) manat məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş)manat məbləği tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar