Məhkəmə qərarları › İş №2(003)-1860/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1860/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1860/2020 21.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşıpul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06.02.2018-ci il tarixli müqaviləyə əsasən 743 manat ödənilməmiş hissə, 74 manat cərimə pulu, cəmi 817 manat, 30.04.2018-ci il tarixli müqaviləyə əsasən 474 manat ödənilməmiş hissə, 47 manat cərimə borcu, cəmi 521 manat və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 1368 manat alınaraq «xxxxxxxxxxx» x1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış 30.04.2018-ci il tarixli və 06.02.2018-ci il tarixli müqavilələrə əsasən, cavabdeh, 2 ədəd “playstation-4 Sony” almış, həmin müqavilələr üzrə cəmi 839 manat ödəniş etmişdir. Sonradan müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 1338 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, “ünvan düzgün deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında 06.02.2018-ci il tarixdə 38375 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1206 manat olan 1 ədəd “playstation-4 Sony” Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 67 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında 30.04.2018-ci il tarixdə 126777 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 850 manat olan “playstation-4 Sony” Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 66 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 06.02.2018-ci il tarixli müqavilə üzrə 743 manat ödənilməmiş hissə və 74 manat cərimə borcu, cəmi 817 manat, 30.04.2018-ci il tarixli müqavilə üzrə 474 manat ödənilməmiş hissə, 47 manat cərimə borcu, cəmi 521 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə 06.02.2018-ci il tarixdə 38375 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 743 manat ödənilməmiş hissə, 74 manat cərimə, 30.04.2018-ci il tarixdə 126777 saylı alqısatqı müqaviləsinə əsasən 474 manat ödənilməmiş hissə, 47 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki,iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 06.02.2018ci il tarixdə 38375 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 743 manat ödənilməmiş hissə, 74 manat cərimə, cəmi 817 manat, 30.04.2018-ci il tarixdə 126777 saylı alqı-satqı müqaviləsinə əsasən 474 manat ödənilməmiş hissə, 47 manat cərimə, cəmi 521 manat, ümumilikdə 1338 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 06.02.2018-ci il tarixdə 38375 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 743 manat ödənilməmiş hissə, 74 manat cərimə, cəmi 817 manat, 30.04.2018-ci il tarixdə 126777 saylı alqı-satqı müqaviləsinə əsasən 474 manat ödənilməmiş hissə, 47 manat cərimə, cəmi 521 manat, ümumilikdə 1338 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manatalınaraq iddiaçı «xxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar