Məhkəmə qərarları › İş №2(003)-1862/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1862/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1862/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs*, Laçın Rayon Qeydiyyat Şöbəsi) – hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs*, Laçın Rayon Qeydiyyat Şöbəsi) – hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X* doğum haqqında şəhadətnaməsindəki “İntizar”la anası X3 doğum haqqında şəhadətnaməsindəki “Atlas”ın eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Ərizəçinin ərizəsindən müəyyən etdim ki, “X* doğum haqqında şəhadətnaməsindəki “İntizar”la anası X3 doğum haqqında şəhadətnaməsindəki “Atlas”ın eyni şəxs olması faktının müəyyən olunması”nı xahiş etmişdir. Lakin hazırki, mülki işə xüsusi icraat qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Konstitusiyanın *6-cı maddəsinə və 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmələrdə müraciətlərə (ərizələrə) baxılmasının prosessual qaydasını tənzimləyən Mülki Prosessual Məcəllənin *-ci maddəsində mülki məhkəmə icraatının vəzifələri təsbit edilmişdir. Həmin maddəyə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.*-ci maddəsinə uyğun olaraq, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin **43-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” *0*0-ci il *6 oktyabr tarixli Qərarında göstərilmişdir ki, mülki mühakimə icraatında fiziki və hüquqi şəxslər arasında yaranmış mübahisələr, bir qayda olaraq, iddia icraatı qaydasında həll edilir. Lakin bir sıra hallarda heç kəs tərəfindən pozulmayan və mübahisələndirilməyən hüquq və mənafelərin mülki məhkəmə icraatı qaydasında müəyyən və ya təsdiq edilməsinə zərurət yaranır. Prosessual qanunvericilik bu kateqoriya işlərə baxılmasının xüsusi qaydasını müəyyən edir və onu xüsusi icraat adlandırır. Xüsusi icraat qaydasında hüquq haqqında mübahisənin mövcud olmadığı mülki işlərə baxılır. Bu səbəbdən belə işlərdə tərəflər (iddiaçı, cavabdeh) və üçüncü şəxslər deyil, yalnız ərizəçi və maraqlı şəxslər iştirak edir. Məhkəmədə xüsusi icraat qaydasında işin qaldırılması səlahiyyəti məhdud şəxslərə məxsus olur. Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.* və 307.*.**-ci maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” *0*9-cu il ** aprel 03 nömrəli qərarının Həmin qərarın 6-cı bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın *.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin *53.*.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin *6*.0.*-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizənin məzmunundan görünür ki, ərizəçi anasının doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının (ərizəçinin nənəsinin) adının səhv yazıldığına görə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə əssən hüquqi fakt kimi hüquq müəyyən edici sənədin şəxsə məxsus olması faktı müəyyən edilə bilər. Müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçinin anasının doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının adının səhv yazılması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən aradan qaldırıla bilər. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir Məhkəmə qeyd edir ki, ərizəçi ilkin olaraq vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalarına riayət etməli, həmin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər edilməsindən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırmalıdır. Məhkəmə hesab edir ki, bu cür ərizələri daxil olduqda, ərizənin icraata qəbulundan imtina olunmasını müəyyən edən konkret norma olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinaya dair münasibətləri nizama salan hüquq norması tətbiq edilərək, iddiaçının mövcud iddia ərizəsinin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin *3.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin *53.*.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. .Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin *53.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında ərizənin qəbul edilməsindən imtina edilməsini müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin xüsusi icraat qaydasında ərizəsi, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsini müəyyən edən normaların tətbiq edilməsi ilə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin *3.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in *5*, *53, *63-*64, *68-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs*, Laçın Rayon Qeydiyyat Şöbəsi) – hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsi yolverilməzliyə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə müvafiq icra hakimiyyət orqanının müvafiq idarəsinə müraciət etmək hüququnun olması, inzibati orqan tərəfindən imtina edildikdə isə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Məmmədli İş № *(003)-*86*/*0*5 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol *7 mart *0*5-ci il Bakı şəhəri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, əƏrizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs*, Laçın Rayon Qeydiyyat Şöbəsi) – hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat *5:00-da başlandı. Ərizəni nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat *5:05-də qurtardı. Hakim Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar