Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1867/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi və müddətin uzadılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi və müddətin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru xx.xx.2023-cü il tarixli 359 saylı məktubla müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməklə çıxarılacaq məhkəmə aktını məhkəmənin öz mülahizəsinə verdiklərini bildirmişlər. İş üzrə iddiaçı tərəfdən iddia ərizəsinin geri qaytarılması haqqında vəsatət verilməsini, cavabdehin isə işin mahiyyəti üzrə həll edilməsini tələb etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələblərinə uyğun qaydada İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi və müddətin uzadılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın qəbulu üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi və müddətin uzadılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1867/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1867/2023
12.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver