Məhkəmə qərarları › İş №2(003)-188/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-188/2025

15.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-188/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış ünvan 1 ünvanda fərdi yaşayış evinə (abonent **********00130 kodu) hesablanmış 5008,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2ünvanda yerləşən fərdi ev ona məxsusdur. O, ailəsi ilə birlikdə həmin ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Bu ünvana cavabdeh təşkilat tərəfindən qazın alqı-satqısına dair müqavilə əsasında məişət qazı verilmişdir. Evdə ailəsi ilə birlikdə yaşamış və həmin qaz cihazlarından istifadə etmişlər. Cavabdeh təşkilatla bağladığı müqavilə əsasında qazdan istifadə edir. Cavabdeh təşkilat xx.xx.20220-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixlərdə akt tərib etmiş və aktda qeyd edilir ki, guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir və ona görə də onun 5008 manat borcu varıdr. O borcu əsassız hesab edir və bu borc qaz idarəsini təmsil edən şəxslər tərəfindən subyektiv mülahizələr əsasında yazılmışdır. Eləcə də qeyd edir ki, hal-hazıra kimi onlardan əsassız olaraq borca görə tutmalar davam etdirilir. Onun abonent kodu (**********00130)dır. Onu da qeyd etmək istəyir ki, ******* saylı aktda imza edən Zaur Eynullayev, Xəqani Qaragözlü, X7 rayonu, Qala dayanacağının işçiləri deyil, Pirallahı rayon qaz idarəsinin işçiləridir. Onlar hətta iddiaçının yaşadığı mənzili belə tanıyırlar, yalandan yazıblar ki, güya o, qazdan qanunsuz itifadə edir. Onlar onun qazdan qanunsuz istifadə etdiyi yeri göstərə bilməzlər, çünki o heç bir vaxı qazdan istifadə etməmişdir. Bundan başqa, ******* saylı akt üzrə də aktı imzalamış qaz idarəsinin əməkdaşları Ramazanov Əbülfəz, Qaragözlü Xəqani, X4 rayon əməkdaşlarıdır. Hətta öz yazdıqlarr aktda “Zirə” yazıblar ki, bu da onların saxtakarlığını təsdiq edən qeyddir. Digər aktlarda isə yazılıb ki, o, Qala kəndində yaşayır. Beləliklə, barəsində tərtib edilmiş aktlar biri-birinə zidd olmaqla əhəmiyyətli dərəcədə fərqlidirlər və saxta tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2021-ci ildə bir neçə dəfə sayğacdan kənar qaz xətindən istifadə etmiş lakin, sonradan qanunsuz qaz xəttindən istifadə etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 03-12258 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Müqaviləyə əsasən istismar olunan qaz qurğuları 4-gözlü plitə və kombidən ibarətdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00130 sayla qeydiyyata alınmış abonent koduna 2021-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək ümumilikdə aktlar əsasında 5008,4 manat zərər hesablanmışdır. İş materiallarında olan aktlardan görünür ki, abonent İddiaçı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 1728,0 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 648,0 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 648,0 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 669,6 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 734,4 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 734,4 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Bakı filialının mütəxəssisi Əhməd Əhmədovun rəyindən görünür ki, 2021-ci ilin noyabr və dekabr aylarında ümumilikdə 2 dəfə, 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında ümumilikdə 4 dəfə olmaqla qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının aşkar edilməsi səbəbindən Cavabdeh İB-nin Bakı X6 Departamenti tərəfindən aktlar tərtib edilərək müvafiq olaraq illər üzrə 2376 manat və 2786.40 manat məbləğlərində dəymiş zərər hesablanmış və istehlakçının abonent hesabına daxil edilmişdir. 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan da, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq sayğacdan kənar qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması aşağıdakı qaydada aparıla bilər: xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün — 1.2 m3 x 12 saat x 90 gün = 1296 m3, Qaz suqızdırıcısı üçün - 1.5 m3/saat x 12 saat x 90 gün = 1620 m3 istilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 90 gün = 3024 m3, iran sobası üçün - 1.5 m3/saat x 12 saat x 90 gün = 1620 m3, xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün -1.2 m3 x 12 saat x 30 gün - 432 m3 , Qaz suqızdırıcısı üçün — 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün =1008 m3 ,İran sobası üçün - 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3, xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün- 1.2 m3 x 12 saat x 30 gün= 432 m3 , Qaz suqızdırıcısı üçün — 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün = 1008 m3 İran sobası üçün - 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 , xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün -1.2 m3 x 12 saat x 30 gün 432 m3 Qaz suqızdırıcısı üçün 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün — 1008 m3 İran sobası üçün - 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 , xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün — 1.2 m3 x 12 saat x 30 gün 432 m3 Qaz suqızdırıcısı üçün — 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün 1008 m3 İran sobası üçün - 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3, xx.xx.2022-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün — 1.2 m3 x 12 saat x 30 gün = 432 m3 , Qaz suqızdırıcısı üçün — 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün =1008 m3 İran sobası üçün - 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 . Beləliklə 2021-ci il ərzində tərtib edilmiş 2 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 10080 m3, 2022-ci il ərzində tərtib edilmiş 4 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 10080 m5 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan “Təbil qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13, nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m? (1200 m5 daxıl olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq dəymiş zərər 2021-ci il ərzində 2299 manat (1200 m3x 0,12 manat 144 manat: 1300 m3x 0,20 manat =260 manat, 7580 m3x 0.25 manat =1895 manat, ümumilikdə 144 + 260 + 1895 =2299 manat), 2022-ci il ərzində 2299 manat (1200 m3x 0.12 manat = 144 manat, 1300 m3x 0,20 manat = 260 manat, 7580 m3x 0.25 manat =1895 manat, ümumilikdə 144 + 260 + 1895 = 2299 manat) müəyyən edilə bilər. İstehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yelirilərsə, qaz paylayıcısına Vurulmuş zərərin məbləği 2299 manat + 2299 manat = 4598 manat müyyən edilə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçı ümumilikdə aktlar əsasında 5008,4 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. İddiaçı 2021-ci ildə sayğacdan kənar qaz xətdindən idtifadə etdiyini bildirir. Məhkəmə aşağıda qeyd ediləcək maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2021-ci ilin noyabr ayından 2022-ci aprel ayınadək olan dövrdə sayğacdan kənar qeyri-qanuni istifadə etməsi ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 6 akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və akt əsasında 5162,4 manat ziyan hesablanmışdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” 25 fevral 2022-ci il rarixli 486-VİQD nömrəli Qanunu ilə “Qaz təhcizatı haqqında” Qanuna əlavə edilmiş 6-2 maddəsinə görə Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13 maddəsinin 8-1-ci hissəsinə görə isə (2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə 6 akt əsasında iddiaçıya hesablanmış 5008,4 manat ziyanın silinməsi ilə bağlı aşağıdakılar qeyd edir: “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.35-ci bəndinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən Enerji X1 səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə 2021-ci ildə olan dövr üzrə iddiaçının qaz sayğacından qanunsuz istifadə etməsini müəyyən etsə də tərtib edilmiş aktlar üzrə hesablanmış ziyanın məbləği ilə razılaşmamış, bu səbəbdən, iş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Bakı filialının mütəxəssisinin rəyi alınmışdır. Lakin Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Bakı filialının mütəxəssisi Əhməd Əhmədovun rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün — 1.2 m3 x 12 saat x 90 gün = 1296 m3, Qaz suqızdırıcısı üçün - 1.5 m3/saat x 12 saat x 90 gün = 1620 m3 istilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 90 gün = 3024 m3, iran sobası üçün - 1.5 m3/saat x 12 saat x 90 gün = 1620 m3, xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün -1.2 m3 x 12 saat x 30 gün - 432 m3 , Qaz suqızdırıcısı üçün — 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 İstilik sobası üçün - 1.4 m3/saat x 2 ədəd x 12 saat x 30 gün =1008 m3 ,İran sobası üçün - 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 hesablanmışdır. Lakin iş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X6 Departamenti ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, 03-12258 saylı müqavilədən görünür ki, istismar olunan qaz qurğuları 4-gözlü plitə və kombidən ibarətdir. Mütəxəssis rəyindən və işin materiallarından da aydın olur ki, xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün — 1.2 m3 x 12 saat x 90 gün = 1296 m3, Qaz suqızdırıcısı üçün - 1.5 m3/saat x 12 saat x 90 gün = 1620 m3, xx.xx.2021-ci il tarixli ******* №-li akt üzrə: PQ-4 qaz plitəsi üçün -1.2 m3 x 12 saat x 30 gün - 432 m3 , Qaz suqızdırıcısı üçün — 1.5 m3/saat x 12 saat x 30 gün = 540 m3 dəyərində dəymiş zərər təmin edilməlidir. Məhkəmə 2022-ci il üzrə aparılmış yoxlamalar üzrə tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən yoxlamalar aparılması barədə müvafiq bildiriş təqdim edilməyib, tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, 2 nüxsədən ibarət olmalqla aktın birini iddiaçıya tədim edilməli olduğu halda tədim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda Azəriqaz İB tərəfindən bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edilənləri və iddiaçı tərəfindən yuxarıda göstərilən və onun tərəfindən 2021-ci ilin mart ayında bir dəfə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini, onun sayağaca qanunsuz qoşulma kimi iddiaçının qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə verdiyi izahatında 2021-ci ildə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etməsini bildirdiyindən, məhkəmə 2021ci ildə akt əsasında hesablanmış 449,0 manat borcun silinməsi hissəsində cavabdehi bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. 2022-ci il üzrə tərtib edilmiş aktlar isə cavabdeh tərəfindən Qanunvericiliyin tələblərinə zidd qaydada tərtib olunduğundan həmin il üzrə hesablanmış borc məbləği əsassız hesab edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aktlar əsasında sayğacdan kənar qaz xəttinə görə 2021-2022-ci illərdə cəmi 5008,4 manat məbləğində borc hesablanmış, həmin hesablanmış borc qaz sayğacında qanunsuz istifadəyə görə tərtib olunmuş aktlar əsasında hesablanmışdır. Cavabdeh tərəfindən istehlakçıya məxsus ünvana aid qaz sağacına hesablanmış 4559,0 (5008,4 – 449) manat borc silinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********00130 olan) hesablanmış 4559,0 manat məbləğində borc silinməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 10000,0 manatdək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 65,59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus ünvan 1 ünvanında yerləşən mənzilə məxsus abonent kodu **********00130 (İddiaçı) olan sayğaca hesablanmış 4559,0 manat məbləğində borc silinməli, 65,59 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ünvan 1 ünvanında yerləşən mənzilə məxsus abonent kodu **********00130 (İddiaçı) olan sayğaca hesablanmış 4559,0 manat məbləğində borc silinsin. Cavabdehndən 65,59 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar