Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1880/2021 04.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi Gasan Guseinovun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, AL-1235 saylı, 16 oktyabr 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DE577132 ban, 0621 mühərrik nömrəli, ağ rəngli avtomobilin Cavabdeh alınaraq iddiaçıya qaytarılması, cavabdehdən lizinq obyektini müvəqqəti sahiblik və istifadə etdiyinə görə 08 mart 2021-ci il tarixə 2061.11 manat gecikdirilmiş əsas, 255.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 588.06 manat dəbbə pulu, cəmi 2905.12 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gasan Guseinov məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli AL-1235 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 müvəqqəti sahiblik və istifadəsinə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA577132 ban, 0621 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X4 illik 12 % hesablanmaqla 48 aylıq müddətəhər hər ay sabit məbləğ olmaqla 389.72 manat, ümumilikdə isə 18706.48 manat məbləğində pulu İddiaçı ASC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18706.48 manatın 14800 manatı əsas məbləğ təşkil edir. 16 noyabr 2017-ci il tarixdə X4, X5 və İddiaçı ASC arasında AL-1235(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 oktyabr 2017-ci il tarixli AL-1235 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 20 yanvar 2018-ci il tarixdə X5, X2 və İddiaçı ASC arasında AL-1235(2) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və 16 oktyabr 2017-ci il tarixli AL-1235 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X2 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 16 may 2018-ci il tarixdə X2, X3 və İddiaçı ASC arasında UNİ-1235 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 oktyabr 2017-ci il tarixli AL-1235 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 13 iyul 2018-ci il tarixdə X3, Cavabdeh və İddiaçı ASC arasında UNİ-1235 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 16 oktyabr 2017-ci il tarixli AL-1235 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 15 avqust 2020-ci il tarixdə 800 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 16 oktyabr 2017-ci il tarixli AL-1235 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 mart 2021ci il tarixə 2061.11 manat gecikdirilmiş əsas, 255.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 588.06 manat dəbbə pulu, cəmi 2905.12 manat borcu yaranmışdır. "Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Müqavilənin 4.3cii bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 15.1 -ci maddəsinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 16.1 -ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1 -ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Öhdəliklərin ötürülməsi müqaviləsinin 2.4.1 -ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Qeyd olunanlara əsasən, AL-1235 saylı, 16 oktyabr 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DE577132 ban, 0621 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq iddiaçıya qaytarılması, cavabdehdən lizinq obyektini müvəqqəti sahiblik və istifadə etdiyinə görə 08 mart 2021-ci il tarixə 2061.11 manat gecikdirilmiş əsas, 255.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 588.06 manat dəbbə pulu, cəmi 2905.12 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 oktyabr 2017ci il tarixli AL-1235 №-li Daxili lizinq müqaviləsinin əsli ilə təsdiq olunmuş surətindən görünür ki, lizinq verən İddiaçı ASC ümumi müqavilə dəyəri 14800 manat olan iddiaçıya məxsus 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DE577132 ban, 0621 mühərrik nömrəli, ağ rəngli avtomobildən ibarət olan lizinq obyektini 48 ay müddətinə lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə vermiş, sonuncu lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında 13.07.2018-ci il tarixli UNİ-1235 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 7 gün ərzində borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, lizinq obyektinin qaytarılması və yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.3. maddəsində göstərilir ki, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Həmin Məcəllənin 748-2.1. maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-2.2. maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.1. maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2. maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 748-13.4. maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə. lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. İddia tələbinə və işin araşdırılan hallarına əsasən cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə yaranmış borcları barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12. maddəsindən görünür ki, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə lizinq müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, onun əsas borcu 2061.11 manat, gecikdirilmiş mükafat 255.95 manat və cərimə borcu 588.06 manat, cəmi 2905.12 manat borc təşkil etmişdir. Bununla belə, məhkəmə hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd olunan maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş 588.06 manat məbləğində cərimənin azaldılaraq 50 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməli və onlardan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən edilməli, AL-1235 saylı, 16 oktyabr 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2014cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DE577132 ban, 0621 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalı, cavabdehdən lizinq obyektini müvəqqəti sahiblik və istifadə etdiyinə görə 08 mart 2021-ci il tarixə 2061.11 manat əsas borc, 255.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, cəmi 2367.06 manat borc və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış AL-1235 saylı, 16 oktyabr 2017-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi ləğv edilsin. Ümumi müqavilə dəyəri 14800 manat olan iddiaçıya məxsus 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DE577132 ban, 0621 mühərrik nömrəli, ağ rəngli avtomobildən ibarət olan lizinq obyekti Cavabdeh sahibliyindən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2061.11 manat əsas borc, 255.95 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, cəmi 2367.06 (iki min üç yüz altmış yeddi manat altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 15 (on beş) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1880/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1880/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver