Məhkəmə qərarları › İş №2(003)-1884/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1884/2021

02.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1884/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcunsilinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən hesablanmış 1410,1 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh tərəfindən hesablanmış 1199,44 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X3 ilə aralarında bağlanmış 13.02.2020-ci il tarixli "Qazın alqı-satqısı barədə" müqaviləyə əsasən enerji ilə təmin edilərək, Qaz istifadəsini ölçmək üçün G-4 markalı Smart kart tipli **********4 sayğac quraşdırılmışdır. Cavabdeh X3 nümayəndələri ona məxsus G-4 markalı, Smart kart tipli **********4 saylı sayğaca baxış keçirmiş və 13.02.2020-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Qeyd olunan akt əsasında qaz sayğacı yenisi ilə əvəz olunması qərara alınmışdır ki, sayğacın dəyəri kimi 235,80 m hesablanmışdır. Hesab edir ki, akt əsassızdır və onun sayğacına qeyri-qanini olaraq X1 nümayəndələri tərəfindən müdaxilə olunmuşdur. Həmin sayğaca giriş hissədə borunun deşilməsi maraqlarına cavab vermir. Hesab edir ki, ziddiyyət səhv qəbul edilsə belə cavabdeh tərəfindən akt tərtib edilərkən qanun pozuntularına yol verilmişdir. Belə ki, mübahisə predmeti olan sayğacdakı nasazlıq nəticəsində X2 heç bir ziyan dəyməmiş, tərəfindən qazın istehsalı üçün sayğacda göstərilən pul məbləği vaxtlı-vaxtında ödənilmişdir. Hal-hazırda smart karta edilən ödənişlərdən tutmalar aparılır. İş materiallarında olan sənədlərdən, o cümlədən şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh onun evinə quraşdırılmış G-4 markalı smart kart tipli **********4 nömrəli sayğacdan hər ay dövrü olaraq göstəricilər götürülmüş və istehlak edilmiş qaz haqqının ödənilməsi üçün qəbzləri iddiaçıya təqdim etmişdir. İddiaçı məhkəmə iclasında iddianı azaldılmış həcmdə müdafiə edərək əlavə olaraq bildirmişdir ki, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesablanmış 199,80 manat borcu qəbul edir. Belə ki, o, həqiqətən 2019-cu ilin sentyabr ayında onun mənzilində sayğac olmadığından 15-20 gün sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etmişdir. Onun abonentin saldosu üzrə hazırda 1399,24 manat borcu vardır ki, həmin borcun 1199,44 manat olan hissəsi ilə razı deyil. Cavabdeh tərəfindən hesablanmış 1199,24 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh etibarnaməüzrə nümayəndəsi Nümayəndə məhkəmədə iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Əlvə olaraq bildirdi ki, abonentə hesablanmış borcun 901,80 manatı 2018- 2020-ci il tarixlərdə aktlar əsasında hesablanmış borcdur. Qalıq borc isə 2018-ci ilin dekab ayınadək olan borcdur ki, həmin dövrə dair sənədlər yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.06.2020-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “qaz sayğacının klapanının işlək olmaması” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 216,0 (2160,0 m3 x 0,10 manat = 216,0 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan 28 dekabr 2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “çıxış plastmas borusunun deşik olması” müəyyən edilmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 486,0 (4860 m3 x 0,10 manat = 486,0 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan qeyriqanuni sayğacdan kənar istifadə etmiş və 199,80 manat dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********01360 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) cəmi 1399,24 manat borcu vardır (702,0 manat sayğacın plastmas borusun və klapanımnın işləməməsinə görə, 199,80 manat manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 497,44 manat əvvəlki illərə görə hesablanmış borc). Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının **********01360 saylı hesab abonent kodu üzrə iddiaçının hazırki vaxta ümumilikdə 1399,24 manat borcu vardır ki, həmin borcun 216,0 manatı sayğacın plastmas borusunun deşik olması, 486,0 manatı sayğacın klapanının işlək olmaması, 199,80 manatı isə sayğacdan kənar qaz xəttdindən qanunsuz istifadə olunması nəticəsində cavabdeh təşkilat tərəfindən ona hesablanmış borcdur. Qalıq 497,44 manat borc isə 2018-ci il tarixədək olan dövrdə iddiaçıya hesablanmış sənədi olmayan dövr üzrə borcdur. Həmin borcun (sənədi olmayan dövr üzrə 497,44 manat) hesablanmasına əsas olmuş aktlar cavabdeh tərəfindən təqdim edilməmiş, həmin borc hesablansa da həmin borcun hansı qaydada hesablanması, hesablanma zamanı hansı orta günlük sərfiyyata görə hesablanması, hesablama zamanı qaz sayğacının hansı dövr ərzində, hansı müddətdə işləməməsi haqqında məhkəməyə sübutlar təqdim olunmamışdır. Hazırda iddiaçı qeyd olunan aktlar üzrə hesablanmış borcdan 199,80 manatını sayğacdan kənar qaz xətdindən istifadə etdiyinə görə etiraf edir, lakin digər aktlarla hesablanmış 702,0 manat borcun və sənədi olmayan dövr üzrə hesablanmış 497,44 manat borc olmaqla, ümumilikdə 1199,44 manat borcun silinməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, iddiaçının təqsiri müəyyən olmadığı, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 702,0 manat (28.12.2018-ci il tarixli, ******* saylı və 30.06.2020-ci il tarixli, ******* saylı aktlar üzrə) məbləğində hesablanmasını məhkəmə ağılabatan mühakimə hesab etmir. Eyni zamanda əvvəlki illərə dair hesablanmış və abonent saldosu üzrə 497,44 manat (sənədi tapılmayan dövr üçün) qalıq borca aid hissəyə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə də, iddia asaslı olduğundan təmin edilməli, 497,44 manat borcda silinməlidir. Belə ki, sübutetmə yükü cavabdeh təşkilatda olmaqla onun tərəfindən hesablanmış 497,44 manat məbləğdə borcun yaranmasına dair əsas olan sənədlərin məhkəməyə təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Bu halda işin sübut edilməli halı həmin borcun necə və hansı əsaslarla yaranmasıdır. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbu ki, MPM-nin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. Orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin akttların qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinəəsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinəəsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin təqsiri sübut olunmadığından, habelə, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış və yalnız iddiaçının tələb etdiyi 1199,44 ( 702,0 + 497,44) manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinəəsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinəəsasən, istehlakçıların hüquqlarının pozulması iləəlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********01360) hesablanmış 1199,44 (bir min yüz doxsan doqquz manat, qırx dörd qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar