Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1884/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 17848,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda ailəmlə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən yaşadığı evin qaz sayğaçı ilə bağlı dəfələrələ aktlar tərtib edilmiş, guya sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyriqanuni istifadə etmişdir. Bildirir ki, sayğac atası X3 adınadır. Atası 1991-ci il tarixdə vəfat etmişdir. Aktlar tətib edilərkən bu barədə ona hər hansı məlumat verilməmiş, həmin məlumatları cavabdeh idarəyə müraciət əsasında almışdır. Tərtib edilmiş aktlara əsasən ona 17848,16 manat məbləbğində cərimə ödəməli olduğum bildilmişdirlər. İstifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin saycağm hər hansı müdaxilədən qorunmasının onun tərəfimdən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt onun tərəfindən imzalanmamışdır. Qeyd olunan akt əsasında əsassız olaraq borc hesablanmışdır. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsəm də hər hansı bir nəticə olmamışdır. Aktların imza hissəsində guya atası X8 imza etməkdən imtina etmişdir. Halbuki, atası vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, əvvəllər bir neçə dəfə sayğacdan kənar qaz xətindən istifadə etmiş lakin, sonradan qanunsuz qaz xəttindən istifadə etməmişdir. Təbii qazdan istifadəyə görə debitor botcunun olmasını qəbul edir. Həmin borcunu ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X12 iddianı qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı Cavabdeh İstehsalat Biriliyinin Bakı X17 Departamenti ilə istehlakçı X5 arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli, T/17311 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00000 sayla qeydiyyata alınmış abonent koduna (Tofik Süleymanov) 2023-ci ilin oktyabr ayınadək ümumilikdə 17848,16 manat zərər (12758,06 manat sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə, 5090,10 istifadə olunmuş qaz sərfiyyatına görə) hesablanmışdır. İş materiallarında olan ölüm şəhadətnaməsinin surətindən görünür ki, X9 xx.xx.1991-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X6 olan xx.xx.1959-cu ildə X4 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialının mütəxəssisi X1 rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********00000) qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsinə dair “Qazdan istifadə Qaydalarının 4-cü bəndində göstərilən tələblərə riayət olunmuşdur. Belə ki, qeyd edilən ünvanda xx.xx.2015-ci il tarixində İtron G-4 markalı 1402AZ**********60 nömrəli smart-kart tipli qaz sayğacı quraşdırılmış, xx.xx.2019-cu il tarixində sayğaca texniki baxış keçirilmiş və xx.xx.2020-ci il tarixində **********1 nömrəli mexaniki tipli sayğacla əvəzlənmişdir. 1402AZ**********60 nömrəli smart-kart tipli qaz sayğacı qaz xəttindən çıxarılarkən sayğacın göstəricisi 00001 m3 olmuşdur.xx.xx.2020-ci il tarixində quraşdırılan **********1 nömrəli mexaniki tipli qaz sayğacı xx.xx.2022-ci il tarixədək qeyd edilən ünvanda istismarda olmuş, qaz buraxmadığı üçün xx.xx.2022-cici il tarixində qaz xəttindən çıxarılaraq əvəzinə **********1 nömrəli sayğac quraşdırılmışdır ki. bu sayğac da hal-hazırda istismardadır. Borcun hesablanması və həmçinin, dəyərinin ödənilməsinin istehlakçıdan tələb edilməsi "Qazdan istifadə Qaydalarf’nın 4.3. 4.8, 4.9-cu və "qazın alqı-satqı" müqaviləsinin müvafiq yarımbəndlərinin tələbləri ilə ziddiyyət təşkil etmir. Belə ki: “Qazdan istifadə Qaydaları"nın 4.3, 4.8, 4.9-cu, eyni zamanda qazın alqı-satqı müqaviləsinin 2.1.10, 2.1.11 -ci yarımbəndləri qaz sayğaclarının quraşdırılması və onun istismarına dair tələbləri ehtiva edir. Lakin, ünvan 3 ünvanın abonent hesabına qaz paylayıcı tərəfindən hesablanaraq daxil edilmiş borc məbləği sayğacdan kənar qazdan istifadəyə görə qaz paylayıcısma vurulmuş zərərin miqdarı və sayğac göstəricisi əsasında istehlak edilən, lakin ödənilməyən qaz həcminin dəyəridir. ünvan 2 ünvanında (abonent kodu **********00000) yerləşən yaşayış evinə evin nümayəndəsi Akif Süleymanovun iştirakı ilə Agentliyin Bakı filialının əməkdaşları lətəfindən baxış zamanı evin qarşısı ilə gedən 76 mm-lik küçə qaz xəttində, qaz sayğacından 5-6 metr aralı məsafədə, həyətə tərəf istiqamətdə qaynaqla birləşmiş və uc hissəsi tıxaclanmış, təxminən 8-10 sm uzunluğunda sayğacdan kənar qoşulmaya xarakterik olan çıxıntı (sasok) olması aşkar olunmuşdur. Bu da vaxtı ilə (evin nümayəndəsinin deməsinə görə təxminən 4 ay istifadə edilib) fərdi evdə sayğacdan kənar qaz xətinə qoşulmanın olması anlamına gəlinir. Toplanmış materiallardan məlum olmuşdur ki, "Azəriqaz" İB tərəfindən 2012-ci ilin dekabr, 2015-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək, 2022- ci ilin noyabr aylarında ümumilikdə 43 aktla qazdan qanunsuz istifadəyə görə 12758,06 manat əlavə borc hesablanaraq abonentin hesabına daxil edilmişdir. Abonent saldosuna əsasən abonentin xx.xx.2024-cü il tarixinə ümumi borcu 18174,91 manat təşkil edir ki, bu məbləğin 12758,06 manat hissəsi sayğacdan kənar qazdan istifadəyə görə dəymiş zərərin miqdarı, 5416,85 manat hissəsi isə sayğac göstəricisi əsasında müəyyən edilən borcdur. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşadığı evdə halhazırda istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,6 m3 və 1 ədəd axınlı su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,2 m3, işləmə rejimi 6 saat, 1 ədəd qızdırıcı sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, işləmə rejimi 12 saat nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 1 x 0,9 m3x 6 saat x 30 gün = 162 m3; 1 ədəd axınlı su qızdırıcı üçün – 1 x 2.2 m3 x 6 saat x 30 gün = 396 m3; 1 ədəd qızdırıcı sobası üçün - 1 x 1,4 m3 x 12 saat x 30 gün= 504 m3. Cəmi 1062 m3 (162+396+504=1062) təşkil edə bilər. Yay aylarında qızdırıcı sobadan İstifadə edilmədiyini nəzərə alsaq aylıq qaz sərfiyyatı 558 m3 (162 +396=558) təşkil edə bilər. Bu qayda ilə hər bir akt üzrə ayrı-ayrılıqda sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2012-ci il üzrə -1 ay x 1062 m3 = 1062 m3; 2015-ci il üzrə - 1 ay x 558 m3 = 558 m3; 2016-cı il üzrə -2 ay x 558 m3 + 1 ay x 1062 m3 = 2178 m3; 2017-ci il üzrə - 4 ay x 558 m3 + 5 ay x 1062 m3 = 7542 m3; 2018-ci il üzrə - 7 ay x 558 m3+ 5 ay x 1062 m3= 9216 m3; 2019cu il üzrə - 7 ay x 558 m3 + 5 ay x 1062 m3 = 9216 m3; 2020-ci il üzrə - 3 ay x 1062 m3= 3186 m3; 2021-ci il üzrə - 1 ay x 1062 m3 = 1062 m3; 2022-ci il üzrə - 1 ay x 1062 m3 = 1062 m3;. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən iilər üzrə müvafiq Qərarını nəzərə alsaq qaz xəttinə qeyriqanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat, cəmi 1338.40 manat; 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat; 2019-cu il üzrə - 9216 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 7016 m3-i x 0,20 manat = 1403,20 manat, cəmi 1623,20 manat; 2020-ci il üzrə - 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,20 manat; 2021-ci il üzrə - 1062 m3 x 0.20 manat = 212,40 manat; 2022-ci il üzrə - 1062 m3 x 0,25 manat = 265,50 manat. Yuxanda göstərilənlər üzrə qaz xəttinə sayğacdan kənər qoşulma halında hesablanan qaz həcminin cəmi dəyəri 106,20 + 55,80 + 217,80 + 1338,40 + 1673,20 + 1623,20 + 417,20 + 212,40 + 265.50 = 5909,70 manat məbləğində müəyyən edilə bilər. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə cavabdehin ünvanında yerli baxış keçirilmiş, cavabdeh sayğacdan kənar qaz xəttindən 4 ay qeyri-qanuni istifadə etdiyi bildirmiş, eyni zamanda qaz xəttində həyətə tərəf istiqamətdə qaynaqla birləşmiş və uc tərəfi tıxaclanmış, sayğacdan kənar qoşulmaya xarakterik olan çıxıntı aşkar edilmişdir. Məhkəmə aşağıda qeyd ediləcək maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı yaşadığı mənzilə məxsus sayğac onun mərhum atası Tofik Süleymanovun atasına məxsus olmuşdur. Tofik Süleymanov xx.xx.1991-ci il tarixdə ölmüşdür. Cavabdehin təşkilatın nümayəndələri tərəfindən 2012-ci ilin dekabr ayından 2023-cü noyabr ayınadək olan dövrdə sayğacdan kənar qeyri-qanuni istifadə etməsi ilə bağlı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 43 akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və akt əsasında 12758,06 manat ziyan hesablanmışdır. Eyni zamanda iddiaçının 5090,10 manat istifadə olunmuş qaz sərfiyyatına görə debitor borcu yaranmışdır. Hazırda iddiaçı saldo üzrə 17848,16 manat borcun silinməsini xahiş edir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazpaylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
13. 8-1-ci (2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini xahiş etdiyi 17848,16 manat borcun 12758,06 manatı sayğacdan kənar qaz xəttinə görə 43 akt əsasında hesablanmış ziyan, 5090,01 manatı isə 2023-cü ilin noyabr ayına təbbi qazdan istifadəyə görə hesablanmış debitor borcdur. Məhkəmə 43 aktlar əsasında iddiaçıya hesablanmış 12758,06 manat ziyanın silinməsi ilə bağlı aşağıdakılar qeyd edir: Cavabdehin sayğacdan əvvəllər 4 ay qeyri-qanuni istifadə etməsini, lakin sonradan sayğacdan kənar qaz xətdindən istifadə etməməsi barədə dəlillərinə tənqidi yanaşaraq hesab edir ki, cavabdehin mənzilinə baxış zamanı onun qaz xətdindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa barəsində tərtib edilən aktların tarixləri ilə abonent saldosuna müqayisəli şəkildə baxış keçirilən zaman onun həqiqətən aktlar tərtib edilən dövrlərdə təbii qazdan istifadəyə görə hər-hansı sayğac göstəricisinin olmaması müəyyən olunmuşdur. Belə ki, abonent saldosundan müəyyən edilmişdir ki, qeyd olunan evdə 2010- 2014-cü illər və 2020-2022-ci illərdə təbii qazdan istifadə etmiş və buna görə onun təbii qazdan qanuni istifadəyə görə (sayğac göstəricinə görə) debitor borcu yaranmışdır. Həmçinin o, həmin dövrlər üzrə təbii qazdan istifadə etməsini etiraf etmişdir. Göründüyü kimi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair dəlilləri işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Buna görə də, məhkəməyə cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlməsinə əsas yaratmışdır. Yuxarıda göstərilənlə əsasən məhkəmə iddiaçının yaşadığı evdə 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə sayğacdan kənar qaz xəttində istiadə etməsinə görə aktlarla razılaşıraq belə qənaətə gəlmişdir ki, cavabdehin mənzilinə baxış zamanı onun qaz xətdindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa barəsində tərtib edilən aktların tarixləri ilə abonent saldosuna müqayisəli şəkildə baxış keçirilən zaman onun həqiqətən aktlar tərtib edilən dövrlərdə təbii qazdan istifadə etməsinə dair heç bir ödəniş etməməsi müəyyən edilmişdir. Halbuki, 2012-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək cavabdeh trəfində təbi qazdan istifadəyə görə sərfiyyat hesablanmışdır. Həmçinin o, həmin dövrlər üzrə təbii qazdan istifadə etməsini etiraf etmişdir. Göründüyü kimi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair dəlilləri işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Buna görə də, məhkəməyə cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlməsinə əsas yaratmışdır. Belə ki, cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etmişdir. Məhkəmə 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövr üzrə iddiaçının qaz sayğacından qanunsuz istifadə etməsini müəyyən etsədə tərtib edilmiş aktlar üzrə hesablanmış ziyanın məbləği ilə razılaşmamış, bu səbəbdən, iş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialının mütəxəssisinin rəyi alınmışdır. Mütəxəssis rəyindən və işin materiallarından da aydın olur ki, 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat, cəmi 1338.40 manat; 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat; 2019-cu il üzrə - 9216 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 7016 m3-i x 0,20 manat = 1403,20 manat, cəmi 1623,20 manat; 2020-ci il üzrə - 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,20 manat hesablanmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında istehlakçının, o cümlədən məişət abonentinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə müəyyən olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Həmin Qaydaların 8.35-ci bəndinə əsasən, enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X2 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təbi qazdan sayğacdan kənar istifadə etməsinə dair hesabatı düzgün aparmamış və iddiaçıya təbii qazdan istifadəyə görə 12 758,06 manat zərər hesablaması işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki iş materiallarından görünür ki, 2012-ci, 2015-2018-ci, 2019-cu və 2020-ci illərdə abonentə Cavabdeh İB-tərəfindən ümumilikdə 6597,5 manat ziayan hesablanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Agentliyinin mütəxəssisinin rəyinə müvafiq olaraq, mütəxəssisin 2012, 2015-2018, 2020-ci illərə dair hesablamaları ilə razılaşaraq abonentin aylar üzrə sərf etdiyi enerjiyə uyğun 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat cəmi, 1338,40 manat, 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170,0 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat, 2020-ci il üzrə - 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,2 manat olmaqla ümumilikdə 3758,6 manat hesablanmalıdır. Məhkəmə mütəxəssin 2019-cü ilə dair hesablamaları ilə razılaşmır. Belə ki, abonent saldosundan göünür ki Cavabdeh İB-tərəfindən 2019-cu ilə aktlar əsasında ümumilikdə 1200,060 manat ziyan hesablansa da, mütəxəssis tərəfindən 2019-ci ilə 1623,2 manat ziyan hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə 2019-cu il üçün sayğacdan kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1200,60 manat ziyanın hesablanmasın ağalabatan hesab edir. Yuxarıda göstərilənllərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2012-ci, 2015- 2018-ci, 2019-cu və 2020-ci illər üzrə aktlar əsasında abonentə hesablanmış ziyan hissəsin də qismən təmin edilməli, ümumilikdə 1638,3 (6597,5 – 4959,2) manat ziyan abonentin hesabından silinməlidir. Məhkəmə həmçinin Cavabdeh İB-tərəfindən 2021-ci ilin noyabr ayında akt əsasında 1728,0 manat, 2022-ci ilin noybar ayında 4406,4 manat və 2023-cü ilin yanvar ayında akt əsasında hesab lanmış 26,16 ümumlikdə borcla razılaşmır. Belə ki, iş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, 2021-2022-ci illərdə abonent təbii qazdan istifadə etmiş, təbii qazdan istifadəyə görə sayğac göstəricisinə görə abonentə borc hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2021-2022-ci illərdə akt əsasında hesablanmış ümumilikdə 6160,56 manat ziyan abonentin abonet hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacdan kənar qaz xəttindən istifadəyə görə abonentə 43 akt əsasında abonentə hesablanmış 12758,06 manat ziyanın 7798,86 (1638,3 + 6160,56) manat hissəsi abonentin hesabından silinməlidir. Məhkəmə iddia tələbinin 5090,1 manat qalıq (debitor) borcun silinməsi hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin faktiki istifadə edilmiş təbii qaza görə 2023-cü ilin noyabr ayına ümumilikdə 5090,1 manat qalıq (debitor) borcu yaranmışdır. Məhkəmə hesab edir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən və həmin halı məhkəmə iclasında etiraf etdiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 97,99 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilə məxsus abonent kodu **********00000 (İddiaçı) olan sayğaca hesablanmış 7798,86 manat məbləğində borc silinməli, 97,99 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 4 ünvanında yerləşən mənzilə məxsus abonent kodu **********00000 (İddiaçı) olan sayğaca hesablanmış 7470,11 manat məbləğində borc silinsin. Cavabdehndən 97,99 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Məmmədli