Məhkəmə qərarları › İş №2(003)-1914/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1914/2025

21.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1914/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi göstərilməklə) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid X1 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 1912-ci il tarixdə Bakı şəhərində doğulub,1966-ci ildə vəfat etmişdir. Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid Pasortda atasının adı X6 yazılmışdır. Həmin mənzilə çıxarış alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət etdi, lakin müraciətlə əlaqədar olaraq bildirirldi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X3 adına texniki pasport barədə İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. İdarənini arxivində məktubda qeyd olunana ünvana dair digər şəxsin adına texniki pasport aşkar edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid X1 məxsus olmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid X2 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etdi. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələrsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, babasının adı Məmmədvəli olub. O həmin evdə yaşamayıb. Ağayusifin evində əmisinin oğlu yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, babasının adı Məmmədvəli olub. O ata həyətindən çıxıb. İki qardaşı rəhmətə gedib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, torpaqları 8 sotdur, bir hissəsini satmışdır babası. Həmin torpaqda atası, anası və o yaşayır. Əmisigillə aralarında bölgü olub. İş materiallarına əlavə olunmuş sənədlər Evlər idarəsi üzrə texniki inventarizasiyasının ev sahibliyinin kartoçkasının görünür ki, Şüvəlan qəsəbəsi, Qarayev küçəsi 16 ünvanının sahibi X13r. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1966-cı il tarixə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1987-cı il tarixə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X23 arasındakı nikah xx.xx.1950-ci il tarixdə, 220 saylı nikah akt qeydi üzrə qeydə alınmış, ərə “Şükürov”, arvada “Şükürova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X9, anası X24 olan Ərizəçi xx.xx.1957-ci ildə Bakı şəhərində doğulmuşdur. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Şüvəlan qəsəbəsi Qarayev küçəsi ev 16 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi X13r. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına texniki pasport barədə İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. İdarənin arxivində məktubda qeyd olunan ünvana dair digər fiziki şəxsin adına texniki pasport aşkar edilmişdir. Qeyd olunan fiziki şəxslə aranızda əlaqəli sənəd təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi, hüquq əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər Məhkəmə tərəfindən müəyyən edilir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri" haqqında Azərbaycan Respublikası Qanununun Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə müəyyən edilmişdir ki, X16 (X19) oğlu iddiaçının atasıdır. Atası olan X16 (X19) oğlunun adına ünvan 3 ünvanı üzrə texniki passport tərtib olunmuşdur. X16 (X19) oğlu xx.xx.1966-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına texniki pasport barədə İdarənin arxivində hər hansı məlumat aşkar edilməmişdir. İdarənin arxivində məktubda qeyd olunan ünvana dair digər fiziki şəxsin adına texniki pasport aşkar edilmişdir. Qeyd olunan fiziki şəxslə aranızda əlaqəli sənəd təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Ərizəçinin soyadının, mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız ad və ata adının olması Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid Pasortun xx.xx.1966-cı il tarixdə vəfat etmiş X5 məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, ünvan 3 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid Pasortun xx.xx.1966-cı il tarixdə vəfat etmiş X5 məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 3 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki İnventirizasiyası və Qiymətləndirirlməsinə aid Pasortun xx.xx.1966-cı il tarixdə vəfat etmiş X5 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar