Məhkəmə qərarları › İş №2(003)-1936/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1936/2023

14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1936/2023 14.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsi) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (indiki Xəzər) rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11 saylı Qərarın və Bakı Şəhəri İcra hakimiyyəti Başçısının 1* iyul 1994-cü il tarxlı 627/3 saylı Sərəncamının Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əzizbəyov (indiki Xəzər) rayon X6 İciraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11 saylı Qərarı ilə ona fərdi yaşayış evinin tikilməsi üçün 0,10 ha torpaq sahəsi və Bakı şəhəri İcra hakimiyyəti Başçısının 1* iyul 1994-cü il tarxli 627/3 saylı Sərəncamı ilə 400 kv.metr torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahələrinə çıxarış alınması məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət etdi, lakin X4 və X2 (indiki Xəzər) rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cı il tarixli, 11 saylı Qərardda və Bakı şəhəri İcra hakimiyyəti Başçısının 1* iyul 1994-cü il tarxli 627/3 saylı Sərəncamında ata adı Ərizəçi Məmmədağa oğlu kimi qeydə alınmasından imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Əzizbəyov (indiki Xəzər) rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11 saylı Qərarın Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Atasının adı Məmmədhəsən ata adı Qudcət soyadı Sultanovdur. Atasının şəxsiyyət vəsiqəsindən də atasının adı soyadı ata adı X1 yazılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 18*.*-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 30*.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Əmlak X8 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin (indiki Xəzər RİH) 11/993 nömrəli, xx.xx.1989-cu il tarixli və 1*.07.1994-cü il tarixli, 627/3 saylı sərəncamları ilə ayrılmış torpaq sahələrinin coğrafi mövqeyini göstərən təsdiqlənmiş yerləşmə cizgisi əlavə edilmədiyindən sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, təqdim edilmiş sənədlərdə hüquq sahibinin ata adında fərq mövcuddur. Belə ki, təqdim etdiyiniz sərəncamlarda hüquq sahibinin ata adı “Məmmədağa”, şəxsiyyəti təsdiq edən sənəddə isə “Məmmədhəsən” kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1031 saylı yaşayış yeri haqqında arayışdan görünür ki, X1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri İcra hakimiyyəti Başçısının 1* iyul 1994-cü il tarxli 627/3 saylı Sərəncamının sürətindən görünür ki, vətəndaş Ərizəçi Məmməmağa oğluna 160 №-li 600 kv.m. torpaq sahəsinə əlavə istifadəsiz olan 400kv.m. torpaq sahəsi təhkim olunmuşdur. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) rayon X6 İciraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11 saylı Qərarından görünür ki, ilə Ərizəçi Məmməmağa oğluna fərdi yaşayış evinin tikilməsi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.196*-ci il təvəllüdlü Ərizəçi atası X1 anası isə X3r. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.*). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, işin tədqiq olunan halları Əzizbəyov (indiki Xəzər) rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11 saylı Qərarın və Bakı şəhəri İcra hakimiyyəti Başçısının 1* iyul 1994-cü il tarxlı 627/3 saylı Sərəncamının Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Əzizbəyov (indiki Xəzər) rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11 saylı Qərarın və Bakı şəhəri İcra hakimiyyəti Başçısının 1* iyul 1994-cü il tarxlı 627/3 saylı Sərəncamının Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 30*, 307, 3*8, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Əzizbəyov (indiki Xəzər) rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 11 saylı Qərarının və Bakı Şəhəri İcra hakimiyyəti Başçısının 1* iyul 1994-cü il tarxlı 627/3 saylı Sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar