Məhkəmə qərarları › İş №2(003)-1948/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1948/2022

28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1948/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 2763 manat borcun silinməsini “Azərqaz” İstehsalat Birliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvana qaz itkisinin yarandığı müəyyən edilmiş, 1951,20 manat məbləğində borc hesablanmışdır. Qaz sayğacı 2018-ci ildə oğurlanmış, bu barədə Cavabdeh İB və Polis İdarəsinə müraciət etmişdir. Həmin vaxtdan etibarən mənzilə yeni sayğac quraşdırılmamış və təbii qazdan istifadə edilməmişdir. O Xəzər rayon Məhkəməsinə müraciət edərək əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)-1446/2021-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh İB tərəfində onun **********04940 saylı abonent hesabına hesablanmış 1951,20 manat məbləğində borc silinmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6806/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1446/2021 saylı mülki iş üzrə qəbul etdiyi 14 aprel 2021-ci il tarxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenidən dəfələrlə Cavabdeh İB-ə müraciət edərək qaz sayğacının quraşdırılmasını xahiş etmiş, lakin bu vaxtadək hələ də sayğac quraşdırılmamışdır. Uzun müddət həmin ünvanda yaşayış olmamışdır. Asan Xidmət Mərkəzinə müraciət etdikdə onun borcu olduğunu bildirdilər. Cavabdeh İB-ə yenidən müraciə etdi ona bildirdilər ki, borcla bağlı aktlar tərtib edilib, halbuki evdə yaşayış olmayıb. Onun tərtib edilən aktlardan xəbəri olmayıb və 2763 manat məbləğində borc hesablanmışdır. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları, bina 1, mənzil 494 (abunə kodu **********04940) ünvanına əsassız hesablanmış 3002,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsiməhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştiak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1446/2021 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı **********04940 saylı abonent hesabına hesablanmış 1951,20 manat məbləğində borc silinmişdir. İş materiallarında olan Bakı Apellyasiay Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 6806/2021 nömrəli qətnaməsndən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1446/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinə quraşdırılmış olan sayğacın oğurlanmasi ilə bağlı müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 5400 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 5400 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 5040 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 5400 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonentin təbii qazdan qeyriqanuni istifadə etdiyi qeyd edilmişdir. İş materiallarından xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında aparılmış hesabatdan görünür ki, qaz işlədicilrəindən PQ 4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 orta günlük iş rejimi 24 saat və hesabat saatı 30 gün qəbul edilməklə hesabat aparılmış. Hesabat zamanı qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus olan ünvana aktlar əsasında 1951,20 manat borc hesablanmış və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-1446/2021 nömrəli qətnaməsi ilə Cavabdeh İB tərəfindən İddiaçı **********04940 saylı abonent hesabına hesablanmış 1951,20 manat məbləğində borc silinmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinə quraşdırılmış olan sayğacın oğurlanmasi ilə bağlı müraciət etmiş və Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmə tərəfindən tərtib edilmiş aktlardan görünür ki, qeyd edilən ünvanda sayğacın oğurlanmış olması ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etmiş, eyni zamanda ünvana tərtib edilmiş aktalrın əsassız hesab etməklə mübahisələndirilmişdir. Lakin mövcud olan aktalr üzrə mübahisə aparılan dövrdə və ondan sonrakı dövrdə abonentin ünvanına eyni əsaslarla aktlar tərtib edilmişdir. Cavabdeh tərəfindən tərfin edilmiş aktlara münasibətdə məhkəmə qeyd edir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, “Azərqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları, bina 1, mənzil 494 (abunə kodu **********04940) ünvanına əsassız hesablanmış 3002,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatdan 10.000 manata qədər olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 46,57 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 3 ünvanına (abunə kodu **********3000) əsassız hesablanmış 1144,80 manat borc silinməli, Cavabdehndən 46,57 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları, bina 1, mənzil 494 (abunə kodu **********04940) ünvanına əsassız hesablanmış 3002,40 manat borc silinsin. Cavabdehndən 46,57 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar