Məhkəmə qərarları › İş №2(003)-1950/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1950/2022

23.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1950/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00030 saylı kod üzrə ünvan 1 ünvanındakı abonentə yazılmış 5400 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi ona məxsusdur. Həmin ev **********00030 saylı kod əsasında cavabdeh təşkilat tərəfindən qazla təmin edilir. Əvvəllər adi sayğacdan istifadə etsə də, sonradan sayğac dəyişdirilmiş və “Smart” kartdan istifadə etmişdir. Cavabdeh təşklatı təmsil edən şəxslər sayğacı dəyişdirdikdən sonra onların Cavabdeh İstehslat Birliyinə 5400 m3 qaz borcumuzun olduğu bildirilmiş və bu barədə akt tərtib olunmuşdur. Qeyd etmişdir ki, akt tərtib olunarkən, nə də ondan sonra cavabdeh təşkilat tərəfindən onlara heç bir irad bildirilməmiş, akta imza etməmişlər. Bu sənədin varlığını çox sonra, onu Mərdəkan qəsəbəsində yerləşən qaz satışı idarəsindən tələb edib aldıqdan sonra bilmişdir. Aktda qeyd olunanlar həqiqəti əks etdirmir, belə ki, o yalnız smart kartdan istifadə etdiyi üçün karta yükləmiş pul vəsaitinə uyğun yanacaqdan istifadə etmişdir. Ona son üç ayda hər ay 760 manat olmaqla əsassız, ümumilikdə isə 5400 manat borc yazılmışdır. Prosessual qanunun tələblərinə görə aktı tərtib etmiş şəxs onun işin həqiqi hallarına uyğun olmasını və doğruluğunu sübut etməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcminini artıraraq cavabdeh tərəfindən yazılmış 6070 manat əsassız qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, o, yalnız 2016-cı ilin qış aylarında qeyri-qanuni xətt vasitəsilə qazdan istifadə etmişdir. Həmin xətt aşkar edildikdən sonra kəsilmiş və o, bir daha qeyriqanuni xətt vasitəsilə qazdan istifadə etməmişdir. Daha sonra uzun müddət keçməsinə baxmayaraq etdiyi ödənişlərdən yenə də tutulmaların aparılmasını müəyyən etmiş və bu barədə maraqlananda bilmişdir ki, cavabdeh təşkilat tərəfindən onun abonent hesabına 2018, 2021 və 2022-ci il tarixlərində aktlar əsasında borclar yazılmışdır. Həmin aktlar barəsində onun heç vaxt məlumatı olmamış və cavabdehin əməkdaşları tərəfindən onun ünvanına baxış keçirilməmişdir. O, 2016-cı ildən sonra qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmiş və bu barədə tərtib edilmiş aktlar uydurma aktlardır, heç bir əsasları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsi 3-cü döngədə yerləşən 14C saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ******* nömrəli aktın, xx.xx.2016-cı il tarixli ******* nömrəli aktın, xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətlərindən görünür ki, abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi halları müəyyən edilmiş və bu barədə həmin aktlar tərtib edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına (abonent kodu **********00030) aktlar əsasında 2012-ci ilin yanvar ayında 134,40 manat, 2012-ci ilin dekabr ayında 60,40 manat, 2016-cı ilin noyabr ayında 317,40 manat, 2016-cı ilin dekabr ayında 165,20 manat, 2018-ci ilin yanvar ayında 927 manat, 2021-ci ilin oktyabr ayında 1144,80 manat, 2021-ci ilin noyabr ayında 457,92 manat, 2021ci ilin dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, 2022-ci ilin fevral ayında 648 manat, 2022-ci ilin mart ayında 669,6 manat və 2022-ci ilin aprel ayında 669,60 manat olmaqla ümumilikdə 6490,32 manat məbləğində borc hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə iddiaçının abonent hesabına borcun hesanlanmasına əsaslar Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki qeyd edilən və mütləq olunmalı olan hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Eyni zamanda iş üzrə iddiaçı, izahatında təbii qazdan sayğacdan kənar xətt vasitəsilə təbii qazdan 2016-ci ilin qış aylarında istifadə etdiyini bildirdiyindən həmin ilin noyabr və dekabr aylarında iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi halı müəyyən edilir və məhkəmə, həmin tarixdə tərtib edilmiş aktları əsaslı hesab edir. Məhkəmə, 2012-ci ilin yanvar və fevral aylarında, 2018-ci ilin yanvar ayında, 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarında, 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında tərtib edilmiş aktların mötəbərliyinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməməklə, həmin aktların əsaslı olmaları da məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin aktlar əsasında iddiaçının abonent hesabına hesablanmış borclar əsassızdır və həmin borclar silinməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2012-ci ilin yanvar və fevral aylarında, 2018-ci ilin yanvar ayında, 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarında, 2022-ci ilin yanvar, fevral, mart və aprel aylarında tərtib edilmiş aktlar əsasında iddiaçının abonent hesabına hesablanmış borc, yəni 6007,72 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00030) hesablanmış 6007,72 manat məbləğində borc silinməli, cavabdehdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına 80,07 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00030) hesablanmış 6007,72 manat məbləğində borc silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 80,07 manat dövlət rüsumu alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar