Məhkəmə qərarları › İş №2(003)-1950/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1950/2024

23.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1950/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü X3 oğludur. Xəzər rayonu Qala qəsəbəsində yaşayırlar. Oğlu Xəzər rayonu, Duda zavodu, ev 6 ünvnada qeydiyyatdadır. Yaşayış yerimdən arayışı da sənədlərinə əlavə etmişdir. Doğuşdan oğlunda xəstəlik vardır. Həmin xəstəliyə əsasən oğluna 1-ci dərəcə əlillik müəyyən olunmuşdur. Xəstəliyi ucbatından öz hərəkətlərinin mənasını dərk etmir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən verilən arayışdan da görünür ki, oğluna kvadroplegik spastik serebral iflic uşaq serebfral iflicin davamlı qalıqları, başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, motor afaziya diaqnozu qoyulmuşdur. Əmək qabliyyətsizdir. Kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Onun doğulduğu gündən bütün ehtiyaclarını o, təmin edir. Müddətsiz əlillik təyin olunmuşdur. Xəstəliyi ilə bağlı tutmaları olanda zor gücü ilə onu saxlamaq mümkündür. Hər bir qulluğunu özü həyata keçirir. Göstərilənləri nəzərə alaraq xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 Nərimə Elxan qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Nəzifə Mirzəxan qızı ilə xx.xx.1998-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 425 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İsmayılov”, arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyası Tataristan Respublikasında anadan olmuş, atası X15, anası Ərizəçidır. İş materiallarımda olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X9 haqqında arayışın surətindən görünür ki, X13 kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicin davamlı qalıqları. Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, motor afaziya. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik. İQ45. Spastik tetraplegiya, əzələ - 0 balı. Özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin qulluğuna ehtiyacı olmaqla, müddətsiz ümumi xəstəlikdən əziyyət çəkmə birinci dərəcəli əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 1559 saylı rəyinin nəticə hissəsindən görünür ki, Yuxarıda göstərilənlərə əsasən X10 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin doğuş zədəsi ilə anadan olması, serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi zəif inkişaf etməklə qeyri-aydın, tək-bir sözlərdən ibarət olması, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi sonralar Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, yeriyə bilməməsi, daim yataqda olması fizioloji ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicin davamlı qalıqları.Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, motor afaziya. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. İQ-45.Spastik tetraplegiya, əzələ - 0 bal. Özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin qulluğuna ehtiyac” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında ağır dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi və s.) sübut edir. X10 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə iclasında müəyyən edildi ki, X10 Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflicin davamlı qalıqları.Başqa rubrikalarda təsnif olunmayan nitq pozğunluqları, motor afaziya. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. İQ-45.Spastik tetraplegiya, əzələ - 0 bal. Özünə xidmət zamanı köməyə ehtiyac, kənar şəxsin qulluğuna ehtiyac” xəstəliyi müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 1559 saylı rəyinə əsasən X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, X13 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, X13 öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, X13 öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.2005-ci il təvəllüdlü X13 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2005-ci il anadan olmuş X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar