Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1966/2024 12.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 5 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat ofisinə və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və 5 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat ofisinə və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 noyabr 2020-ci il tarixdə onunla Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 22 saylı sahənin 0,0424 ha torpaq sahəsinə dair 5 saylı Bakı Asan Xidmət mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci ildə 11201038*2 nömrəsi ilə Cavabdeh1 adına aparılmış qeydiyyatın və dövlət reyesytindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 22 saylı sahədə yerləşən torpaq sahəsi 0,0811 ha olmaqla onun xüsusi mülkiyyətində olmuş, torpaq sahəsinin üzərində onun hazırda da yaşadığı evi vardır. Bu barədə 01.07.201*-cu il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Həmin evdə o, X2, X12, X5, X*, X13, Cavabdeh1, X7 və digər ailə üzvləri pasport qeydiyyatındadırlar. Hazırda həmin torpaq sahəsində kiçik oğlu X10 ailəsi ilə birlikdə yaşayır. Həmçinin böyük oğlu olan Cavabdeh1 da ailəsi ilə birlikdə bu həyətdə yaşayır. 2022-2023-cü illərdə oğlu Cavabdeh1 məhkəmədə kiçik oğlu Zamiq Əliyevə qarşı məhkəmədə iddia qaldırmış, məhkəmə araşdırmasında torpaq sahəsinin ona məxsus olması barədə sənəd təqdim etmişdir. Məhkəmə sənədləri əsasında vəkil sorğusu ilə notariat ofisindən sənədlər təqdim edilmiş, məlum olmuşdur ki, xx.xx.2020-ci ildə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən o, guya ki, 0,0811 ha torpaq sahəsinin 0,0424 ha hissəsini oğlu Cavabdeh1 əvəzsiz qaydada bağışlamışdır. Lakin onun belə bir müqavilənin mövcudluğundan məlumatı olmayıb. Ola bilər ki, oğlu Zaur onu özü ilə birgə nə vaxtsa notariat ofisinə aparsın. Lakin o, niyə öz mülkiyyətində olan torpağı bağışlama ilə oğluna verməlidir ki ? Onsuz da o, bu torpağı özü ilə aparmayacaq ki. Onun 3 oğlu və iki qızı var. Qızları Məhbubə və Rəşadəti gəlin köçürmüş, digər oğlu Eldənizə isə bacısı Məryəm Mərdəkan qəsəbəsində ev bağışlayıb. Aşağıdakılara əsasən hesab edir ki, onunla Cavabdeh1 arasında 0.0424 ha torpaq sahəsinə dair 5 saylı Bakı Asan Xidmət mərkəzinin Notariat ofisində xx.xx.2020-ci ildə rəsmiləşdirilmiş bağışlanma müqaviləsi etibarsız hesab olunmalı və onun əsasında oğluna verilmiş çıxarış ləğv edilməlidir. Belə ki, o, xx xxx 1*46cı il təvəllüdlü olmaqla həmin vaxt 74 yaşı olmuş, özü isə yaşlı və xəstə olmaqla yazıpozudan o qədər də anlayışı yoxdur. Övladları bir-biri ilə mübahisə edən dövrlərdə Zaur onu kimisə evinə qeydiyyata aldırmaq üçün notarial ərizə vermək üçün notariusa aparmışdır. Amma notariat kontoruna məhz torpaq sahəsini ona bağışlamaq kimi bir fikri olmayıb. Ən azından o, vəkillərdən də soruşmuşdur. Onlar ona bildirdilər ki, belə bir şey olsaydı ən azından həyat yoldaşı və evdə qeydiyyatda olan şəxslər də onunla birlikdə notariat ofisində olmalı idilər. Görünür ki, oğlu Cavabdeh1 onun qocalmağından, yaşının hazırda 78 yaşın içində olmağından, xəstəliyindən sui-istifadə edib, onu qorxudaraq və oğlu X18 şəhərində olmağından istifadə edərək gələcəkdə digər övladlarına nisbətdə daha çox pay əldə etmək məqsədilə onu başa salmadan notariat ofisinə aparıb, orada onun xəbəri olmadan sənədləri əvvəlcədən tərtib etdirib, özü ona başqa şey bildirsə də, sonda bağışlama müqaviləsinə qol çəkdirib. O, özü yaşaya-yaşaya niyə övladlarından birinə bağışlama verməli idi ki? Onsuz da bütün əmlakını özülə birgə aparası deyil axı. Onun bütün əmlakı övladlarına qalacaq. Sadəcə birinə çox, digərinə isə az pay düşməsi onun fikrincə ədalətsiz qərar olmaqla onun mülkiyyət hüquqlarının pozulmasına və iradənin ziddinə atılmış bir addımdır. Ən azından onun iradəsilə bu müqavilə bağlansa idi, orada hansısa şərtlər olardı. Yoxsa o, əvəzsiz olaraq niyə övladlarından yalnız birinə torpaq sahənin yarısını verməli idi. Zaur yəqin fikirləşib ki, o, artıq qocalmış, birdən vəfat edər, ona əmlakından pay düşməz, ona görə belə bir iş görüb. Bundan başqa, o, bütün daşınar və daşınmaz əmlakını 16 sentyabr 2016-cı ildə onunla birgə yaşayan kiçik oğlu Zamiqin xx.xx.2010-cu il təvəlüdlü oğlu X11 bağışlamış, həmin müqavilə hazırda da qüvvədədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh 5 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat ofisiin nümayəndəsi və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdeh 5 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat ofisinin nümayəndəsinin və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 22 saylı ünvanında yerləşən ümumi sahəsi 0.0811 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.0424 hissəsini oğlu Cavabdeh1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və torpaq sahəsinin plan və ölçüsündən görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Notariat ofisinə ərizə ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0811 ha torpaq sahəsindən 0.0424 ha-nı bağışlamaq istəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2010-cu il tarixdə doğulmuş, onun atası X10, anası X6r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə doğulmuş, onun atası X10, anası X6r. İş materiallarına əlavə edilmiş 16.0*.2016-cı il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İddiaçı bütün daşınar və daşınmaz əmlaklarını nəvəsi X11 vəsiyyət etmişdir. Digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1sinin 0.0424 ha hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 13.06.1*70-ci il tarixdə doğulmuş, onun atası İddiaçı, anası X4r. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 6253*42 N-li arayışdan görünür ki, X10 xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 22 saylı evdə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(003)-36*/2024 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmişdir. İddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirmək, inventarlaşdırma işlərinin aparılması və zəruri hərəkətlərin aparılması üçün cavabdehlər tərəfindən hər hansı maneələrin edilməsi qadağan olunmuşdur. İddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 2*-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.[332] Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 33*.2-ci maddəsinə görə Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 33*.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə görə Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Həmin Məcəllənin 673.3-ci maddəsinə əsasən bağışlamadan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ünvan 1 İddiaçı mülkiyyətində olmuşdur. Bağışlanma müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 0.0811 ha torpaq sahəsinin 0.0424 ha hissəsini oğlu Cavabdeh1 bağışlamışdır. Hazırda mübahisəli 0.0811 ha torpaq sahəsinin 0.0424 ha hissəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 33*.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Plenumun Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Bundan başqa Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığından ibarətdir. İddia ərizəsinin məzmunundan, habelə məhkəmə iclasında iddiaçı ifadə vermiş X3 çıxışında gətirdiyi dəllilərdən müəyyən olunmuşdur ki, iddiaçı notariat orqanına gedərkən hər hansı etabarnamə verilməsi adı ilə aldadılmış, lakin onun həmin vaxt öz hərəkətlərinin mənasını başa düşməməsini və ya onlara rəhbərlik edə bilməməsini mübahisələndirməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1* dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MM-in 3*7.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir vəbu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminatəldə edilməsi ilə bağlı olmamalıdır. MM-in 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. MM-in 673.1-ci maddəsində qeyd edilən“bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə iddiaçının dəlillərinə qiymət verərək qeyd edir ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-667-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir və iddiaçı bununla bağlı qeyd etməklə imza etmişdir. Həmçinin bağışlanma müqaviləsindən görünür ki, bağışlanma müqaviləsi bağlanarkən hədiyə alan tərəfidən hər hansı bir öhdəliklərin icrası ilə məhdudlaşdırılmamışdır. Bundan başqa mülki işin materiallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən 0.0811 ha torpaq sahəsinin 0.0424 ha hissəsi İddiaçı tərəfindən Cavabdeh1 bağışlanmışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi bağışlamadan imtina ilə bağlı mübahisələr üzrə xüsusi iddia müddəti, yəni bir illik iddia müddəti tətbiq edilir. İşin faktiki hallarından da görünür ki, bağışlanma müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmış, onun icrası isə xx.xx.2020-ci ildə olmuşdur, yəni bağışlanmış daşınmaz əmlak hədiyyə alanın sahibliyinə, istifadəsinə və sərəncamına keçməklə ona dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırkı tələblə iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən imtina ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərədə tutulmuş xüsusi iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və 5 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat ofisinə və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi”barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və 5 saylı Bakı «Asan Xidmət» Mərkəzi Notariat ofisinə və 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev