Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-197/2025 10.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı X2 nümayəndəsi(qızı) Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh 5 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin bərpası və vərəsəlik işinin açılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X2 cavabdeh 5 saylı Bakı Cavabdehndə notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla xx.xx.1984-cü il tarixdə ölmüş X3 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlakına dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh 5 saylı Bakı Cavabdehndə notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi(qızı) Nümayəndə göstərdi ki, iddiaçı Sabura Mustafayeva mərhum X4 arvadı olmuşdur və onun birinci növbədən varisidir. X6 xx.xx.1984-cü il tarixində ölmüşdür və Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Mustafayev Saleh vəfat edən zaman Xəzər rayon,Mərdəkan qəsəbəsi,Dəmiryolçular küçəsi,döngə 6, 16 saylı fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur.Evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarizasiya Bürosu tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport verilmişdir. İddiaçı mərhumun ölümündən əvvəl mərhumla birgə həmin evdə yaşamışdır.Mərhumun ölümündən sonra yeganə yaşayış yeri həmin ev olmuşdur,yəni iddiaçı faktiki olaraq miras əmlakını qəbul edib və idarə edir.Lakin vərəsəlik işinin açılması üçün 6 ay ərzində müraciət etməli olması barəsə məlumatı olmamışdır.Vərəsəlik işinin açılması və vərəsəlik haqqında şəhadətnamənin alınması üçün 5 saylı Bakı Cavabdehndə notariat ofisinə müraciət edilmişdir.Vərəsəlik işinin açılması üçün 29 il sonra müraciət edildiyinə görə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur.Əlavə olaraq qeyd etdi ki, özü Mustafayeva Saburanın qızıdır.X10 (özü) və Kamilə adlı 2 qızı var. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs qismində dindirilən X7 göstərdi ki, İddiaçı onun anasıdır və həyatdadır, yaşayır. X1 xx.xx.1984-cü il tarixində vəfat etmişdir.Sözügedən ev atası Salehdən miras qalıb. O vəfat edəndən bu günə qədər anası həmin evdə yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmiş və gəlməməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə olan halda məhkəmə AR-nın Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Ərizəsində mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 114880 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 və İddiaçı xx.xx.1959-cu il tarixində nikaha daxil olmuş və bu Afurca zəhmətkeş deputatlar sovetində rəsmiləşdirilmişdir. İş materiallarında olan 251138 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1984-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan texniki pasportdan görünür ki, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi,döngə 6, 16 saylı fərdi yaşayış evi X5 məxsusdur. İş materiallarında olan 5 saylı Bakı Cavabdehndə notariat ofisi tərəfindən Mustafayeva Kamilə və Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyünə görə müraciətlərini təmin etməl mümkün olmamış və onlara aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan SSR Mülki Məcəlləsinin 1964-cü il redaksiyasının532-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla,uşaqlar,ər (arvad), və ölənin valideynləri birinci növbə vərəsələr hesab olunurlar”. Həmin məcəllənin 552-ci maddəsinə əsasən “vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə ... mirası qəbul etmiş hesab olunur”. Məhkəmədə müəyyən olundu ki, Xəzər rayon,Mərdəkan qəsəbəsi,Dəmiryolçular küçəsi,döngə 6, 16 saylı fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur və o xx.xx.1984-cü il tarixində vəfat etmişdir. Mərhumun arvadı Sabura Mustafayeva onun birinci növbədən varisidir və ərinin ölümündən əvvəl və sonra həmin ünvanda yaşayır, yəni, faktiki olaraq mirası qəbul etmiş vərəsədir.Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.1984-cü il tarixdə ölmüş X3 qalmış miras əmlakın qəbul edilməsi üçün müddət bərpa olunsun. Miras əmlakına dair vərəsəlik işinin açılması öhdəliyi cavabdeh 5 saylı Bakı Cavabdehndə notariat ofisinə həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-197/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-197/2025
10.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver