Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1972/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri (Xəzər) Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 615/153 saylı *7.07.199*-ci il tarixli vətəndaşlara vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamın X1 Ceyran adının ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o X5 xx.xx.1966-cı il tarixdə anadan olmuş, ilkin sənəddə-doğum haqqında şəhadətnamədə adı Ceyranxanım kimi gösətrilmişdir. Bu sənəd əsasında ona verilən şəxsiyyət vəsiqəsində də adı Ceyranxanım kimi yazılmışdır. Malik olduğu digər rəsmi sənədlərdə də nikahın bağlanması haqqında şəhadətnamədə, diplomda, əmək haqqı kitabçasında, natamam təhsil haqqında şəhadətnamədə və ona aid digər sənədlərdə adı Ceyranxanım kimi qeyd edilmişdir. Lakin Əzizbəyov( Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 615/153 saylı 07.07.199*-ci il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərancamında adı “Ceyran” kimi göstərildiyindən həmin torpaq sahəsini özəlləşdirə bilmir. Belə ki, iş üzrə maraqlı şəxsə müraciət etsə də, orada ona bildirilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair verilmiş sərancamda adı “Ceyran” kimi yazıldığı üçün tələbi təmin edilməmiş və ona şifahi olaraq düzəlişin aparılması üçün məhkəməyə müraciət məsləhət görülmüşdür. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının X7 torpaq ayrılması barədə 615/153 saylı *7.07.199*-ci il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərancamının 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş 1*.09.*017-ci il tarixli seriya AZE 17173658 nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən X* məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu (Lenin) rayonu VVADQ idarəsi tərəfindən verilmiş *9.05.1990-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Ceyranxanım Şıxməmməd qızı ilə *9.05.1990-cı ildə nikaha daxil olmuş və 675 nömrə ilə qeydiyyat aparılmış, nikhadan sonra arvada Sultanəliyeva soyadı verilmişdir. İş materiallarında olan Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 615/153 saylı *7.07.199*-ci il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərancamın surətindən görünür ki, X7 Buzovna qəsəbəsi 5 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1*00 m* sahəsinin ayrılmışdır. İş materialarında olan 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş 1*.09.*017-ci il tarixli seriya AZE 17173658 nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, X* Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Musabəyov küçəsi. döngə *, ev 1 ünvanında qeydiyyatdadir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 başçısının İ müavininin X* ünvanladığı 18.05.*0**-ci il tarixli İ-39-09* nömrəli məktubunda qeyd edilmişdir ki, Əzizbəyov (indiki Xəzər) RİHB-nın 615/153 nömrəli *7.07.199*-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində adın səhvən Ceyran yazılmasının düzəliş olunmasına köməklik göstərilməsi barədə Maraqlı şəxs1nə ünvanladığınız ərizəyə baxılmışdır. Əzizbəyov (indiki Xəzər) RİHBnın 615/153 nömrəli *7.07.199*-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsində səhvən yazılmış Ceyran adının Ceyranxanım kimi düzəliş olunması ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə məxsus olan doğum haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində adı Ceyranxanım kimi, lakin Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 615/153 saylı *7.07.199*-ci il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” (X7 Buzovna qəsəbəsi 5 nömrəli sahədə fərdi yaşayış evi tikmək üçün 1*00 m* sahəsi) sərancamında adı Ceyran kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin adının “Nigar” olduğu halda “Zərnigar” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət, vərəsəlik) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının X7 torpaq ayrılması barədə 615/153 saylı *7.07.199*-ci il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərancamının 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş 1*.09.*017-ci il tarixli seriya AZE 17173658 nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən X* məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1*.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *17.*-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və *16-**0-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının X7 torpaq ayrılması barədə 615/153 saylı *7.07.199*-ci il tarixli “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərancamının 5 saylı ASAN xidmət mərkəzi tərəfindən verilmiş 1*.09.*017-ci il tarixli seriya AZE 17173658 nömrəli Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilən X* məxsus olması faktının müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1972/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1972/2022
28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver