Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsin üzrə borcun tutulması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 08 iyul 2014-cü il tarixli AL-889 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 08 iyul 2014-cü il tarixli AL-889 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 avgust 2017-ci il tarixə 4559.63 manat əsas, 1739.31 manat mükafat və həmin günə hesablanmış 4474.7 dəbbə pulu, 1610 manat dəymiş zərər, ümumilikdə 12383.64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X11 arasında bağlanmış 08 iyul 2014-cü il tarixli AL-889 saylı “X10”nə əsasən İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Runna” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı, NAAU01FE2ET047121 ban, 33833 mühərrik nömrəli, göy rəngli avtomobil X1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 17 noyabr 2014-cü il tarixdə X11, X7 və İddiaçı ASC arasında AL-889(1) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 08 iyul 2014cü il tarixli AL-889 saylı “X10" üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 02 iyul 2015ci il tarixdə X7, X8 və İddiaçı ASC arasında AL-889(2) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 08 iyul 2014-cü il tarixli AL-889 saylı “X10” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə X8 arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 288.92 manat, ümumilikdə isə 10401.06 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 10401.06 manatın 8102 manatı əsas məbləğ təşkil edir. 07 sentyabr 2015-ci il tarixdə X8, X4 və İddiaçı ASC arasında AL-889(3) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 08 iyul 2014cü il tarixli AL-889 saylı “X10” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 15 oktyabr 2015-ci il tarixdə X4, Cavabdeh və İddiaçı ASC arasında AL-889(4) saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 08 iyul 2014-cü il tarixli AL-889 saylı “X10” üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC- nin mülkiyyətində olan “Runna” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 avgust 2017-ci il tarixdə istifadəyə yararsız vəziyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1610 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 04 noyabr 2015-ci il tarixdə 200 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2865/2018 nömrəli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Cavabdeh ərizəsi əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən qeyd olunan qiyabi qətnamə ləğv edilmişdir. İşə baxılması zamanı İddiaçı ASC iddia tələbinin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini azaltmış və məhkəmədən Cavabdeh 08 iyul 2014-cü il tarixli AL-889 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 23 avgust 2017-ci il tarixə 4559,63 manat gecikdirilmiş əsas, 1739,31 manat gecikdirilmiş mükafatın və həmin günə hesablanmış 4474,7 dəbbə pulun, 1610 manat dəymiş zərərin, ümumilikdə 12383,64 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məktubla məhkəməyə müraciət edərək iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi xahiş etmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf etməklə izahatında bildirdi ki, avtomobili taksi fəaliyyəti ilə bağlı götürmüş, götürdüyü zaman avtomobilin sığortası olmuş, heç bir cəriməsi olmamışdır. İdarə etdiyi vaxtı avtomobili yüngül dərəcədə əzmişdir. Bundan sonra avtomobili ondan tələb etmişlər, o da avtomobili təmir etdirmək istədiyini bildirmişdir. Ona heç nəyə ehtiyacın olmadığını, avtomobilin qaytarılması bildirilmiş, o da avtomobili geri qaytarmışdır. Bundan sonra onunla əlaqə saxlanılmamışdır. İzahatında həmçinin bildirdi ki, avtomobili götürdükdən sonra bir neçə ay ödəniş etmişdir. Hazırda ondan tələb olunan əsas borcu qəbul edir, faiz və dəbbə borcu qəbul etmir. Avtomobilə dəymiş 1610 manat məbləğində dəymiş ziyanı isə qəbul edir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Runna” minik markalı, ** AB *** dövlət qeydiyyatli nəqliyyat vasitəsinin sahibi "xxxx" ASC-dir. - lizinq verən İddiaçı ASC ilə lizinq alan X11 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10nin surətindən görünür ki, həmin müqavilə 9700 manat dəyərində lizinq obyektinin 48 ay müddətinə lizinq alanın sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan isə lizinq ödənişlərinin cədvəlinə əsasən aparması haqqında bağlanmışdır. X10nin 4.1 -ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.10-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. X10nin 15.1 -ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. X10nin 16.1-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. -İddiaçı ASC, X11 və X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X11 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10 üzrə öhdəliklərin X3 ötürülməsi haqqında bağlanmışdır. -İddiaçı ASC, X7 və X9 arasında bağlanmış xx.xx.2015-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləsinin surətindən görünür ki, həmin müqavilə xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10 üzrə öhdəliklərin X5 ötürülməsi haqqında bağlanmışdır. -İddiaçı ASC, X9 və X4 arasında bağlanmış xx.xx.2015-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləsinin surətindən görünür ki, həmin müqavilə xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10 üzrə öhdəliklərin X2 ötürülməsi haqqında bağlanmışdır. -İddiaçı ASC, X4 və Cavabdeh arasında bağlanmış xx.xx.2015-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləsinin surətindən görünür ki, həmin müqavilə xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10 üzrə öhdəliklərin Cavabdeh ötürülməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən bu müqavilə və lizin müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməli, tərtib edilmiş ödəniş cədvəli lizin qalan tərəfindən pozularsa və ödəniş 3 gün müddətində gecikdirilərsə lizinq verən avtomobilin tutulub saxlanılması üçün axtarış verir və axtarış zamanı yaranan xərclər 300 manat məbləğində cərimə lizinq alan tərəfindən lizinq verənə ödənilir. -889 saylı lizin müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizin müqaviləsi üzrə lizinq 8102 manat məbləğ, illik 17 faiz olmaqla 36 ay müdətinə, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ayda 288,92 manat, sonuncu ayı isə 288,86 manat məbləğində ödəniş edilməklə qaytarılmalıdır. -xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10 üzrə xx.xx.2017-ci il tarixə Cavabdeh əsas 4559,63 manat əsas, mükafat 1739,31 manat mükafat, 4474,70 manat cərimə, cəmi 10773,64 manat borcu vardır. -xx.xx.2018-ci il tarixli “Avtoservis” tərəfindən verilmiş qüsur aktından görünür ki, “Runna” minik markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilində olan zərərə görə təmir-bərpa işlərinin dəyəri 1610 manat təşkil edir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/9651 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə İddiaçı ASCyə əsas borc üzrə 4556,33 manat, mükafat borcu üzrə 1595,67 manat borcu olduğu müəyyən edilmişdir. Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, lizinq verən İddiaçı ASC ilə lizinq alan X11 arasında xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10 bağlanmış və həmin müqaviləyə əsasən 9700 manat dəyərində lizinq obyekti olan avtomobil 48 ay müddətinə lizinq alanın sahibliyinə və istifadəsinə verilmiş, lizin alan isə isə lizinq ödənişlərinin ödəniş cədvəlinə əsasən aparması öhdəliklərini götürmüşdür. Həmin müqavilə üzrə öhdəlikləri “xx.xx.2015-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında” müqavilə əsasında Cavabdeh öz üzərinə götürmüşdür. Avtomobilə Cavabdeh sahiblik və istifadəsində olan müddətdə zərər dəymişdir. İş üzrə müəyyən edilmiş hallar və lizinq obyekti olan avtomobilə dəymiş 1610 manat zərər işin cavabdeh tərəfindən mübahisələndirilməyən halından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliklər ötürülmüş lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən həmin lizinq müqaviləsi əsasında lizinq ödənişlərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq almasına dair hüququndan istifadə etmiş, həmin müqavilədən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, lizinq müqaviləsi əsasında yaranmış borcun cavabdehdən tələb edilməsi əsaslıdır. Bu zaman məhkəmə, iş üzrə ekspert rəyini əsas götürməklə hesab edir ki, cavabdehin iddiaçıya xx.xx.2014-cü il tarixli, AL-889 nömrəli X10 üzrə xx.xx.2017-ci il tarixə qaytarılmamış 4556,33 manat əsas, 1595,67 manat mükafat, cəmi 6152 manat borcu vardır və həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğindən əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, lizinq müqaviləsi üzrə 4556,33 manat əsas borca münasibətdə cavabdehdən 4474,70 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 200 manat müəyyən edilməlidir. Həmçinin məhkəmə iddia tələbin cavabdehdən 1610 manat dəymiş zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməlidir. Belə ki, iş üzrə cavabdeh iddia tələbinin həmin hissədə etiraf etməklə mübahisələndirməmişdir. Bununla da iddiaçının həmin hissədə iddia tələbinin əsaslığının sübut etmək vəzifəsi aradan qalxmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi işin mübahisəsiz halı olduğundan həmin hissədə iş üzrə əlavə məhkəmə araşdırmasına zərurət yoxdur və buna görə də iddia həmin hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli AL-889 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borc üzrə 4556.33 manat, mükafat borcu üzrə 1595,67 manat, 200 manat dəbbə, cəmi 6352 manat məbləğində pul və 1610 manat dəymiş zərər, ümumilikdə 7962 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, iş üzrə dövlət rüsumunun tutulması və aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdeh ödənilmiş dövlət rüsumuna görə 20 manat pul tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 150 manat hissəsi Cavabdeh, 50 manat hissəsi isə İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli AL-889 saylı “Daxili lizinq” müqaviləsi üzrə əsas borc üzrə 4556.33 manat, mükafat borcu üzrə 1595,67 manat, 200 manat dəbbə, cəmi 6352 manat məbləğində pul və 1610 manat dəymiş zərər, ümumilikdə 7962 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi İddiaçı ASC-nin özünə aid edilsin. İş üzrə keçirilmiş tədqiqatının dəyəri olan 200 manat pulun 150 manat hissəsi Cavabdeh, 50 manat hissəsi isə İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-2/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver