Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2001/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdə 6*9/758 nömrəli Bakı şəhəri (keçmiş Əzizbəyov rayonu) Maraqlı şəxs başçısının sərəncamının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hazırda Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalıoğlu küçəsi *6 a saylı evdə öz ailə üzvüləri ilə birllikdə yaşayır. Ona xx.xx.1993-cü il tarixdə 6*9/758 saylı Bakı şəhəri (keçmiş Əzizbəyov rayonu) Maraqlı şəxs Başçısının Sərəncamına əsasən fərdi ev tikmək üçün Zirə qəsəbəsində 1*00 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, həmən torpaq sahəsinini hasara almaqla orada öz təsərrüfatını yaratmışdır. O bu yaxınlarda ona məxsus olan torpaq sahəsini sənədləşdirməkdən ötrü Azərbaylan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Orada isə sənədlərini nəzərdən keçirilərək ona bildiriblər ki, onun adına olan Bakı şəhər Maraqlı şəxs Sərəncamında adı “Zayr”, soyadım “Əliyev” ata adı isə “Qurbanəli” oğlu kimi qeydə alınmış, lakin digər sənədlərdə isə onun adı soyadı ata adı Ərizəçi kimi qeyd edilmişdir. Bu səbəbdən də torpağın onun adına sənədləşdirilməsi mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxsnnin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə doğulmuşdur. X1, anası X3r. İş materiallarında olan Dövlət Arxivnin Bakı filalı tərəfindən verilmiş Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 6*9/758 nömrəli sərəncamın surətindən görünür ki, Zirə qəsəbəsi Ağamalı oğlu küçəsi *6 nömrəli evdə yaşayan BTMP nömrə 6-da sürcü vəzifəsində işləyən X4 Zirə qəsəbəsinin cənub hissəsində 36 nömrəli sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1*00 m* torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı 14.1*.*0*1-ci il tarixli Ə- 395-09* nömrəli məktubda Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 6*9/758 nömrəli sərəncamında “Zaur” əvəzinə “Zayr” yazılması ilə bağlı düzəlişin olunması ilə bağlı məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin Ərizəçi ünvanladığı *5.04.*0**-ci il tarixli **30*111*0*7 nömrəli məktubunda qeyd edilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə iclasında müəyyən edildi ki, Əzizbəyov (indiki Xəzər) İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 6*9/758 nömrəli sərəncamına əsasən Zirə qəsəbəsi Ağamalı oğlu küçəsi *6 nömrəli evdə yaşayan BTMP nömrə 6-da sürcü vəzifəsində işləyən Ərizəçi Zirə qəsəbəsinin cənub hissəsində 36 nömrəli sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1*00 m* torpaq sahəsi ayrılmışdır. Lakin həmin sənəddə “Zaur” əvəzinə “Zayr” kimi qeyd edilmişdir. Ərizəçi həmin nöqsanın düzəldilməsi ilə bağlı aidiyyəti üzrə inzibati oraqna müraciət etmiş, lakin düzəliş edilməsindən imtian edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu səbəbdən də məhkəmə hesab edir ki, Zirə qəsəbəsinin cənub hissəsində 36 nömrəli sahədə fərdi yaşayış evinin tikilməsi üçün 1*00 m* torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov (indiki Xəzər) İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 6*9/758 nömrəli sərəncamının – Ərizəçi məxsus olması faktı edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.*-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *17.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və *16-**0-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov (indiki Xəzər) İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 6*9/758 nömrəli sərəncamının – Ərizəçi məxsus olması faktı edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2001/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2001/2022
05.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver