Məhkəmə qərarları › İş №2(003)-2005/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2005/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2005/2020 07.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşıpul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ **********98696 Samsung Galaxy A50 markalı telefon üçün 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, cəmi 627 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi AirDots White markalı qulaqcıq üçün 100 (yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 110 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 3 markalı qol saatı, Earphones Panasonic markalı qulaqcıq üçün 121 (yüz iyirmi bir) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, cəmi 133 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Power Bank Mİ üçün 13 (on üç) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə, cəmi 14 manat, ümumilikdə 884 manat borc, 30 manat dövlət rüsumu, cəmi 914 manat Cavabdeh alınaraq «xxxxxxxxxxx» X1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən o İMEİ **********98696 Samsung Galaxy A50 markalı telefon, Xiaomi Mi AirDots White markalı qulaqcıq, Xiaomi Mi band 3 markalı qol saatı, Earphones Panasonic markalı qulaqcıq və Power Bank Mİ almış və nəticədə 884 (səkkiz yüz səksən dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690 (altı yüz doxsan) (yəni 6 ay x 95 manat + 120 manat ilkin ödəniş) manat olan İMEİ **********98696 Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 627 (altı yüz iyirmi yeddi) manat olamaqla ondan, 570 (beş yüz yetmiş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd (yəni 6 ay x 20 manat + 24 manat ilkin ödəniş) manat olan Xiaomi Mi AirDots White markah qulaqcıq üçün ümumilikdə 110 (yüz on) manat olmaqla ondan, 100 (yüz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 149 (yüz qırx doqquz) (yəni 12 ay x 11 manat + 17 manat ilkin ödəniş) manat olan Xiaomi Mi band 3 markalı qol saatı, Earphones Panasonic markalı qulaqcıq üçün ümumilikdə 133 (yüz otuz üç) manat olmaqla ondan, 121 (yüz iyirmi bir) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 40 (qırx) (yəni 2 ay x 13 manat + 14 manat ilkin ödəniş) manat olan Power Bank Mİ üçün ümumilikdə 14 (on dörd) manat olmaqla ondan, 13 (on üç) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 219 manat təşikl edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00835726 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 690 manat olan İMEİ Kodu **********98696 Samsung Galaxy A50 markalı telefon üçün Cavabdeh nisyə satılmış və cavabdeh 120 ay müddətində ödəniş cədvəli üzrə hər ay 95 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00838493 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 144 manat olan Xiaomi Mi AirDots White markalı qulaqcıq Cavabdeh nisyə satılmış və cavabdeh 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 20 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00839096 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 149 manat olan Xiaomi Mi band 3 markah qol saatı, Earphones Panasonic markalı qulaqcıq üçün Cavabdeh nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 11 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00859263 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 40 manat Power Bank Mİ Cavabdeh nisyə satılmış və cavabdeh 2 ay müddətində ödəniş cədvəli üzrə hər ay 13 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 570 manat ödənilməmiş hissə və 57 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat ödənilməmiş hissə və 10 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 121 manat ödənilməmiş hissə və 12 manat dəbbə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13 manat ödənilməmiş hissə və 1 manat dəbbə borcu mövcuddur. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun ümumilikdə müqavilələr üzrə 804 manat ödənilməmiş əsas borcu və müqavilə şərtlərinə uyğun olaraq hesablanmış 80 manat cərimə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqavilələrinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırkı iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müqavilələr üzrə ödənilməmiş 804 manat əsas borc və müqavilə şərtlərinə uyğun olaraq gecikdirilmiş hərgün üçün hesablanmış 80 manat cərimə (dəbbə) tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş hökumət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 00835726 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 570 manat ödənilməmiş hissə, 57 manat cərimə, xx.xx.2019-cu il tarixli 00838493 saylı alqı-satqı müqaviləsinə əsasən 100 manat ödənilməmiş hissə, 10 manat cərimə,xx.xx.2019-cu il tarixli 00839096 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 121 manat ödənilməmiş hissə, 12 manat cərimə və xx.xx.2019-cu il tarixli 00859263 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 13 manat ödənilməmiş hissə, 1 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00835726 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 570 manat ödənilməmiş hissə, 57 manat cərimə, xx.xx.2019-cu il tarixli 00838493 saylı alqı-satqı müqaviləsinə əsasən 100 manat ödənilməmiş hissə, 10 manat cərimə,xx.xx.2019-cu il tarixli 00839096 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 121 manat ödənilməmiş hissə, 12 manat cərimə və xx.xx.2019-cu il tarixli 00859263 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 13 manat ödənilməmiş hissə, 1 manat cəriməvə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 914 (doqquz yüz on dörd) manat alınaraq iddiaçı «xxxxxxxxxx» MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar