Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-201/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh X10 və cavabdehlərin nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər X13 və X14 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş avtomobilə payın müəyyən edilməsi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X13 və X14 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilin ½ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X13 onun keçmiş həyat yoldaşıdır. Onunla arasında xx.xx.2017-ci il tarixdə bağlanmış nikahları Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə 30.0.2018-ci il tarixdə “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Ailə münasibətlərinin pozulmasından sonra cavabdeh V.Haşımov avtomobili xx.xx.2018-ci il tarixdə öz atası digər cavabdeh X1. Avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və digər nikah dövründə əldə etdikləri avtomobilə payları müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, cavabdehlər arasında bağlanmış “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin avtomobilin ½ hissəsinə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X15 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X16 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mübahisəli avtomobili o öz pulu ilə alıb. O, etibarnamə ilə aldığı avtomobili öz adına keçirmək istəyəndə, ona demişlər ki, öz adına sala bilməz. Daha sonra maşının satıcısından bir də Vüsalın adına etibarnamə verməsini istəyib. Maşın sonradan Vüsalın adına qeydiyyata alınıb. Avtomobil yol qəzasına düşüb yararsız vəziyyətə düşdüyü üçün 6000 manata satılıb. Avtomobil birgə nikah dövründə alınmayıb. Avtomobil alınan vaxt Vüsal və Aytən işləməyib. Bundan əlavə, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili X5 iddia tələbinə etiraz edərək, iş üzrə iddia müddətinin keçdiyini bildirmiş, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirmişdir ki, o, mübahisəli avtomobili təxminən 10000 manata satmışdır. Alıcı beh vermiş, o da etibarnamə vermişdir. Etibarnaməni Vüsala ya İslama verməyi dəqiq yadında deyil. Alqısatqı çətin, etibarnamə rahat yol olduğu üçün bu cür satmışdır. Maşına ata və oğlu baxmış, lakin oğul Vüsal maşına oturub sürmüşdür. Ona demişlər ki, kasıb adamdırlar, Vüsal oğlu təzə ailə qurub, ailə üçün maşın alırlar. Digər şahid X17 ifadəsində göstərmişdir ki, o, iddiaçının atası ilə ailəvi dostdur, onlar rayonda bir yerdə böyümüşlər. O, Aytənlə Vüsalın toyunda da iştirak edib. İddiaçının atası Elmar İslamın evini təmir etdirib, daha sonra onun yanında qızına 10000 manat maşın almaq üçün pul vermişdir. Elmar demişdir ki, pul verir ki, maşın alıb taksi işləyib dolansınlar. Onlar işlənmiş Mercedes almışlar. Daha sonra iddiaçı qaynanası ilə yola getməyib boşanmışlar. O, onları barışdırmağa cəhd etmiş, lakin oğlan demişdir ki, anasının sözündən çıxa bilməz. Digər şahid X4 ifadəsində göstərmişdir ki, cavabdehlərlə qonşudur. O, iddiaçını tanımır. İslamın maddi vəziyyəti həmişə yaxşı olub. İslamın Prado markalı maşını olmuş, onu satıb Mercedes almışdır. Maşını etibarnamə ilə almışlar. Hal-hazırda maşın İslamın adınadır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Haşımov Vüsal İslam oğlu arasında xx.xx.2017-ci ildə nikah bağlanmış, həmin nikah məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş kompüter çıxarışından görünür ki, “Mercedes Benz C180” minik markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə X7 adına rəsmiləşmiş, onun tərəfindən xx.xx.2018-ci il tarixdə X2. İş materiallarına mübahisəli avtomobilə dair verilmiş etibarnamələr əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər nikahlarını xx.xx.2017-ci ildə qeydiyyat orqanında rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikah dövründə cavabdeh X7 adına “Mercedes Benz C180” minik markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil satın alınmış, həmin avtomobil xx.xx.2018-ci il tarixdə X10 adına özgəninkiləşdirilmişdir. Tərəflər arasındakı nikah Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək, birgə nikahları dövründə əldə olunmuş avtomobilin onun xəbəri razılığı olmadan özgəninkiləşdirildiyini göstərərək, həmin avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh tərəf mübahisəli avtomobilin ilkin olaraq Cavabdeh1 adına qeydiyyata alınmasının formal xarakter daşıdığını irəli sürsə də, bununla bağlı öz dəlilini əsaslandıran əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Cavabdehlər iddia tələbi üzrə iddia müddətinin keçdiyini əsas gətirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.4-cü maddəsinin tələbinə əsasən, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Məhkəmə, cavabdehlərin ata və oğul olmasını, avtomobilin V.Haşımovun istifadəsində olmasını nəzərə alaraq, mübahisələndirilən müqavilənin onlar arasında formal olaraq bağlandığı qənaətinə gəlir və iddiaçının həmin müqavilənin bağlanmasından xəbərinin olmamasına dair dəlilini ağlabatan hesab edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göründüyü kimi, cavabdehlər ümumi birgə mülkiyyətdə olan əmlaka dair müqavilə bağlanarkən iddiaçının razılığını almamış, bu barədə qanunvericiliyin tələblərini pozmuşdur. İşin hallarından görünür ki, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə cavabdeh Vüsal Haşımovun adına alınmış və onların münasibətləri kəskinləşdiyi dövrdə iddiaçının xəbəri olmadan mülkiyyətçinin atasının adına qeydiyyata salınmışdır. İddiaçı bu barədə yalnız vəkil sorğusuna cavab aldıqda xəbər tutmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
337. maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Cavabdehlərin iş üzrə iddia müddətinin ötürülməsinə dair etirazı ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin ailə üzvü olmaqla avtomobili birgə istifadə etməkləri müəyyən olunduğundan, iddiaçının avtomobilin qaynatasının adına özgəninkiləşməsindən xəbəri olmadığına dair etirazı ağlabatan hesab edilir. İş materiallarından da görünür ki, iddiaçının vəkili tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə sorğu göndərilmiş, xx.xx.2020-ci il tarixli cavab məktubu ilə mübahisəli avtomobilin özgəninkiləşdirilməsi barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmədən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər arasında bağlanmış “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilə etibarsız hesab edilməli, həmin avtomobilə dair İddiaçı ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X13 ilə X16 “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış müqavilə etibarsız hesab edilməli, həmin avtomobilin İddiaçı və X7 hər birinin 1/2 hissəsinə mülkiyyət hüququ tanınmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdehlər X13 ilə X16 arasında “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. İddiaçı və X7 hər birinin “Mercedes Benz C” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə mülkiyyət hüququ tanınsın. Məhkəmə qətnaməsindən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ramilə Xəzri