Məhkəmə qərarları › İş №2(003)-2011/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2011/2025

26.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2011/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin evə dair verilmiş daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4A, mənzil 64 onun qaynanası X2 vərəsəliklə ona və uşaqlarına keçmişdir. Həmin ünvanın ¼ hissəsi onun, ¼ hissəsi X7, ¼ hissəsi X5, ¼ hissəsi X4 mülkiyyətində olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində ev Cavabdeh ilə alqı-satqı həyata keçirilmişdir. Ev 104 000 AZN-ə satılıb və bu məbləği bank vasitəsilə alıb. Lakin sonra 2000 AZN-i cavabdehin nümayəndəsi (oğlu) X10 qaytarmışdır. Ancaq ev satılarkən qanun pozuntuları ilə edilmişdir. Belə ki, evi alıcı olmuş şəxs onu aldadaraq almışdır. Evin faktiki dəyəri 120 000-130 000 manat dəyərində olduğu halda onu aldadaraq 102 000 manata satmağa vadar etmişlər. Bundan əlavə olaraq, ev satılarkən ¼ pay hüququ olan xx.xx.2008-ci il təvəllüdlü X4 razılığı olmadan satılmışdır. X4 yetkinlik yaşına çatmadığı üçün Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın rəyi və razılığı lazım olduğu halda heç bir rəy tələb etmədən Bakı şəhəri 18 saylı notariat ofisi alqı-satqı etmişdir. Bu da xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin Mülki Məcəllənin 337.1-ci maddəsinə, əsasən, etibarsızlığına səbəb olur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (oğlu) X16 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, onlar heç kəsi aldatmayıb, evi qanuni şəkildə almışlar. Daha sonra isə evin təmir xərclərinin çox olacağını və anasının səhhətinə görə bu evi xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi əsasında X1. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına daxil olan AZ-İ 113858 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X19 xx.xx.1990-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-İ 998203 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının qayınanası X6 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 425932 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının əri X11 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İş materiallarına əlavə olunan AZ-İİ 616227 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçıdır. İş materiallarına əlavə olunan AZ-İİİ 560151 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1991-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçıdır. İş materiallarına əlavə olunan AZ-İİ 147324 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. X3, anası İddiaçıdır. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4A, mənzil 64-ün hüquqi sahibləri hər birinə ¼ hissə payı düşməklə, İddiaçı, X13, X12, X8 olmuşdur. Hüquqi rəsmiləşdrilən şəxs isə İddiaçı olmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş alıcı Cavabdeh ilə satıcılar İddiaçı, X13, X12 və X8 arasında bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə tərəflər arasında ümumi dəyəri 104 000 AZN qiymətləndirilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4A, mənzil 64-ə görə 104 000 AZN-ın satıcı İddiaçı notariusun bankda açılan depozit hesabına ödənilməsi şərtilə bağlanmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş alıcı X22 ilə satıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə tərəflər arasında ümumi dəyəri 113 400 AZN qiymətləndirilmiş Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 4A, mənzil 64-ə görə 113 400 AZN-ın satıcı Cavabdeh notariusun bankda açılan depozit hesabına ödənilməsi şərtilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan başqa, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin araşdırılmış hallarından aydın olur ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Bundan əlavə, işin faktiki halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzilə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Eyni zamanda Mülki Məcəllənin 337-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanun tələbindən göründüyü kimi əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun. İddiaçının, iddia tələbinin onunla Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə dəlili ondan ibarətdir ki, o, adıçəkilən müqaviləni cavabdehin onun aldatması nəticəsində bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Qanunvericiliyin tələbindən göründüyü kimi əqdin aldadılma nəticəsində bağlandığı sübuta yetirilmir. Belə ki, tərəflər mənzilin alqı-satqısına dair öz aralarında qiymətini razılaşmış, notariat orqanı tərəfindən bütün hüquq vəzifələr onlara izah edilmiş, hər iki tərəf də öz iradə ifadəsini bildirməklə əqdi imza etmişlər. Yəni həmin vaxt iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Bununla da, əqdin etibarsızlığına əsas verən qanunvericiliklə nəzərədə tutulmuş hal mövcud olmamışdır. Belə ki, əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması olmamışdır. İddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar