Məhkəmə qərarları › İş №2(003)-2024/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2024/2022

29.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2024/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1964-cü ildə X2 verilmiş texniki pasportun - X2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 onun atsıdır, atası rəhmətə gedib. Atasına məxsus ünvan 1 ünvanında yerləşən, 1964-cü ildə tərtib edilmiş texniki pasportun sahib kimi göstərilmiş X2 verilmişdir. Həmin texniki pasportda X7 ilə bərabər Qasımov Nəhmətulla adı soyadı yazılaraq üstündən xətt çəkilmişdir. Məlumat üçün bildirir ki, X1 həmin evi Qasımov Nəhmətulla oğlundan almışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, həmin ünvan atası almışdı və orda yaşamışdırlar. Hazırda qeyd olunan ünvanda qardaşı Ərizəçi qalır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. X3 onun atasıdır. İsrafil Xəlilov o, gəlin köçdüyü vaxtdan əvvəl vəfat edib. Onlar birgə ünvan 2 ünvanında yaşamışlar. Həmin ünvanın texniki pasportu İ.Xəlilova məxsus olub. Həyətdə qayını və onun ailəsi onlarla birgə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X* bildirmişdir ki, Ərizəçi onun qardaşıdır, X3 isə atasıdır. O gəlin köçənədək birgə ünvan 2 ünvanında yaşamışlar. Həmin ünvanın texniki pasportu atasına məxsus olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X3 isə atasıdır. O ailəsilə birgə ünvan 2 ünvanında yaşamışam. Həmin ünvanın texniki pasportu atasına məxsus olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Ərizəçi onun atasıdır. X3 isə babasıdır. O ailə qurub gəlin köçənədək ailəsilə birgə ünvan 2 ünvanında yaşamışdır. Həmin həyətdən əmisi və ailəsi yaşamışdır. Həmin ünvanın texniki pasportu babasına məxsus olub. Məhkəmə iş materiallarını araşdırıb, şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23.0*.19*9-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1* xx.xx.19*9-cu ildə Nuxa kəndində doğulmuşdur. X1, anası X8r. İş materiallarında olan Əzizbəyov (indiki Xəzər) Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 233630 nömrəli 17.0*.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Xəzər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 263870 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1989-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Azəraycan Kommunal Təsərrüfatı nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 1964-cü ildə tərtib edilmiş texniki pasportun sahib kimi X3 qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Azəraycan Kommunal Təsərrüfatı nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirməsinə aid pasportuna əsasən ünvan 1 ünvanında yerləşən, 1964-cü ildə tərtib edilmiş texniki pasportun sahib kimi X3 qeyd edilmiş, həmçinin texniki pasportda X3 ilə yanaşı Qasımov Nəhmətulla adı və soyadı yazılmış və onun üzrəində xətt çəkilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində dindrilmiş şəxslərin vermiş olduğu ifadələrindən görünür ki, ünvan 2 X2 məxsus olmuş və həmin evdə onun oğlu Ərizəçi öz ailə ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1964-cü ildə X2 verilmiş texniki pasportun - X2 məxsus olması faktı edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası SSR Komunal Təsərüffat Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1964-cü ildə X2 verilmiş texniki pasportun - X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar