Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2039/2025 09.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı nümayəndəsi (anası) Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana dair hesablanmış (**********00010 saylı abonent) 7652,69 manat bocun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh bundan əvvəl İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 2(003)- 813/2022 saylı qətnaməsinə əasən iddia qismən təmin edilərək cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 776,2 manat pul, pozulmuş hüquqlarının bərpası ilə bağlı 20 manat dövlət rüsumu olmaqla, cəmi 806,2 (səkkiz yüz altı manat, iyirmi qəpik) tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. ünvan 1 ünvana dair hesablanmış (**********00010 saylı abonent) 7652,69 manat bocun silinməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
Proses iştirakçılarıanın izahatı:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, həmçinin izahatında qaz sayğacının bir neçə il bundan əvvəl işləmədiyini, bununla bağlı cavabdehin əməkdaşlarına müraciət edildiyini, daha sonra onlar tərəfindən hazırda mövcud olan akt əsaslı borcların abonent saldosuna əlavə edildiyini, Azəriqaz İB tərəfindən onlara qarşı daha əvvəl iddia veridliyini, lakin həmin iddia tələbinin qismən təmin edildiyini, habelə sayğacın küçədə yerləşdiyini, iddiaçının iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən akt tərtib edildiyini, yoxlama və akt barəsindən onlara xəbər verilmədiyini, yalandan aktı imzalamaqdan imtina etdiyinin qeyd edildiyini, aktın surətinin onlara təqdim edilmədiyini, əsassız borc yazıldığını qeyd etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu, aktların qanuni şəkildə tərtib olunduğunu, borcun silinməsi üçün heç bir əsas olmadığını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə vəsatətə təqdim edərək, aktlara əlavə edilmiş fotoşəkillərdən İddiaçı sayğacdakənar əlavə xətt vasitəsilə istifadə etdiyini, fotoşəkillərdə göstərilən faktların həqiqətən də iddiaçının mənzilinə aid olub olmadığını, həmçinin qeyd edilən yerdə qaynaq izlərinin olub-olmadığını müəyyən etmək üçün trassoloji ekspertizanın keçirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
7. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
8. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmənin mövqeyi:
12. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
13. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlar və tələbnamələr əsasında təbii-qazdan sayğacdan kənar qeyri-qanuni istifadə əsası ilə 7652.69 manat zərər məbləği hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. İddiaçı qaz sayğacının küçədə yerləşdiyini, onun məlumatı və iştirakı olmadan cavabdeh qurumun əməkdaşları tərəfindən aktlar tərtib edildiyini, yoxlama və akt barəsindən ona xəbər verilmədiyini, yalandan aktı imzalamaqdan imtina edildiyinin qeyd edildiyini, aktların surətinin ona təqdim edilmədiyini, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilmədiyini, ona əsassız borc yazıldığını, daha əvvəl qədbul edilmiş məhkəmə aktının olduğunu bildirərək, əsassız və qanunsuz hesablanmış borcun silinməsini xahiş edir. Cavabdeh isə iddia tələbinin əsassız olduğunu, aktların qanuni əsasla tərtib olunduğunu bildirərək iddia tələbinin təmin olunmamasını xahiş edir.
14. Prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2, 77.1) Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab edir ki, qəbul etdiyi aktın qanuniliyini, o cümlədən həmin aktda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni Cavabdeh üzərinə düşür.
15. Qeyd olunan normaların tələbinin hazırki işə tətbiqi baxımından məhkəmə qeyd edir ki, əvvəla, cavabdeh tərəfindən tərtib edilmiş aktların heç biri iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, iddiaçı cavabdeh qurum tərəfindən yoxlama keçirilən və aktlar tərtib edilən zaman iştirakının təmin edilmədiyini, ümumiyyətlə ona bu barədə heç bir məlumat verilmədiyini bildirir. Halbuki qanunvericiliyin tələbinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğulаrına və qazpaylayıcı şəbəkəyə 6 аydа bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki iş materiallarından görünür ki, həqiqətən də aktlarda iddiaçının imzası yoxdur və onun adının qarşısında “imtina” qeyd edilib. Habelə cavabdeh iddiaçının müvafiq qaydada məlumatlandırıldığını, yoxlama keçirilən zamanı və akt tərtib edilərkən onun iştirakının təmin edildiyini, xüsusi kitabda iddiaçının imzası ilə həmin sənədlərin alınmasını təsdiq edildiyini dair dəlil və sübut təqdim etməmişdir.
16. Digər tərəfdən, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-813/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia irəli sürərək, cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə vurulmuş 8098,89 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 8428,89 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Azəriqaz İB iddia tələbini öz əməkdaşları tərəfindən İddiaçı barəsində xx.xx.2016cı il tarixindən xx.xx.2020-ci il tarixindək tərtib edilmiş çoxsaylı aktlar əsasında hesablanmış və Cavabdeh İB-yə vurulmuş 6949,50 manat məbləğində maddi zərərin olduğuna istinad etmişdir. Həmin iş üzrə məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 776.2 manat pul, pozulmuş hüquqularının bərpası ilə bağlı 20.0 manat xərc və 10.0 manat dövlət rüsumu olmaqla, cəmi 806.2 (səkkiz yüz altı manat, iyirmi qəpik) tutularaq iddiaçı Cavabdeh hesabına ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.
17. İş materiallarında olan iddiaçının adına tərtib edilmiş abonent saldosundan görünür ki, 2013-cü il mart ayından 2022-ci il mart ayınadək tərtib edilmiş aktlar əsasında İddiaçı borc məbləğləri hesablanaraq saldoya daxil edilmiş və onun hazırki borcu 8576.89 manat təşkil edir (iddiaçının silinməsini istədiyi borc məbləğindən daha artıq). Göründüyü kimi, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə Azəriqaz İB-nin vurulmuş 8098,89 manat məbləğində zərərin tutulması iddia tələbi qismən (cəmi 776.2 manat tutulması) təmin edilsə də, təmin edilməmiş qalan tələb məbləği hələ də abonent saldosunda mövcuddur.
18. Habelə cavabdeh Azəriqaz İB-nin vəsatəti əsasında təyin edilmiş məhkəmə trassaloji ekspertizası nəticəsində verilmiş rəydə qeyd edilir ki, yerində baxış zamanı quraşdırılmış sayğacın və qaz xəttinin (borusunun) üzərində hər hansı müdaxilə izi, yaxud əvvəllər edilmiş müdaxilə izi aşkar edilməmişdir.
19. Beləliklə, məhkəmə araşdırması zamanı qaz xəttinə iddiaçı tərəfindən müdaxilə edildiyi və sayğacda yaranmış qüsurların məhz iddiaçının təqsiri və hüquqazidd hərəkətləri nəticəsində yarandığı, habelə iddiaçı tərəfindən sayğaca və qaz xəttinə qanunsuz olaraq hər hansı kənar müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qanunvericiliyin tələbinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olan halda istehlakçının daşımadığı öhdəliklərin yerinə yetirilməsini ondan tələb etmək əsassızdır. Eləcə də, zərərin delikt çərçivəsində iddiaçının təqsirli, hüquqazidd əməli (hərəkətləri və ya hərkətsizliyi) nəticəsində yarandığı da iş materiallarında olan heç bir sübutla təsdiq olunmur və cavabdeh də bu halı təsdiq edən mümkün və mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının vurmadığı və təqsirli olmadığı zərərə görə onun məsuliyyətə cəlb olunması qanunsuzdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmış və tələb edilən həcmdə borcun (mövcud borc daha artıqdır) silinməsi tələbi əsaslıdır və ona görə iddia təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, mdəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 7652.69 manat (yeddi min altı yüz əlli iki manat altmış doqquz qəpik) borc məbləği abonentin hesabından silinməlidir.
22. Bununla yanaşı, MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Ona görə məhkəmə xərclərinə daxil olan ödənilməmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, hazırkı iddia tələbi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Hazırkı iddia tələbi təmin edildiyindən 96.53 (doxsan altı manat əlli üç qəpik) manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00010) hesablanmış 7652.59 AZN (yeddi min altı yüz əlli iki manat altmış doqquz qəpik) məbləğində borc silinsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 96.53 AZN (doxsan altı manat əlli üç qəpik) dövlət rüsumunun məbləği Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov