Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2061/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Ərizəçi oğlunun (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, 1 saylı evə dair tərtib edilmiş ilkin texniki pasportun Qubadlı rayon (VVAQ) Qeydiyyat şöbəsi tərəfindən verilmiş ИЕ 333502 nömrəli 19 iyul 1950-ci il tarixli 582 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə qeyd edilən X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 onun atasıdır. Atası X1 Durna Zeynal qızı ilə 18.09.1971-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından Ərizəçi və Quliyeva (Qulamova) Sona Cəbrayıl qızı doğulmuşdur. X3 20.07.1980-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı tərəflərindən (övladları) Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət edilmişdir. Notarius tərəfindən o və bacısı X2 Cəbrayıl Mənsum oğlunun vərəsələri olması müəyyən edilmiş və ünvan 1 ünvan ev 630) ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarışın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və müraciətə cavab olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, 1 saylı evə dair tərtib edilmiş ilkin texniki pasportunun təsdiq edilmiş surəti ona təqdim edilmişdir. Lakin ona təqdim edilmiş olan ilkin texniki pasport ilə atasına məxsus olan digər sənədlərdə ata adı müxtəlif cür qeyd edilmişdir. Belə ki, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasporta əlavə edilmiş kartoçkada X3nun ata adı “Movsum” oğlu kimi qeyd edilmiş, lakin Qubadlı rayon (VVAQ) Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyul 1950-ci il tarixli 582 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə, evlənmək haqqında şəhadətnamədə, həmçinin ölüm haqqında şəhadətnamədə atasının ata adı “Mənsum” oğlu kimi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Ərizəçi oğlu və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə Ərizəçi oğlunun və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 706 nömrəli 11 sentyabr 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, X4 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X5 20.07.1980-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 11.09.2019-cu il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin oğlu Ərizəçi və qızı X13 olması barədə sizə məlumat verilir. ünvan 4 ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunur. İş materiallarında olan ИЕ 333502 nömrəli 19 iyul 1950-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 1897-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. X23, anası Ağayeva Nənəqızdır. Bu barədə doğum qeydləri kitabında 582 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan 14 sentyabr 1950-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 17 avqust 1950-ci il tarixdə doğulmuşdur. X3, anası X10r. Bu barədə doğum qeydləri kitabında 192 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan A3 261351 nömrəli, 18 sentyabr 1971-ci il tarixli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Durna Zeynal qızı ilə nikaha daxil olmuşlar və bu barədə nikah qeydi kitabında 391 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ 294282 nömrəli 06 may 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 20 iyul 1980-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 105 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, 1 saylı evə dair X6 adına ilkin texniki pasport tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə nümayəndəliyinin 22 oktyabr 2019-cu il tarixli 2533 nömrəli arayışında qeyd edilmişdir ki, X9 vəfat edənədək, yəni 20 iyul 1980-ci ilədək R.Axundov küçəsi, döngə 2, ev 1-də yaşayıb və həmin evin texniki pasportunda göstərilən X11 ilə eyni şəxsdir. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçiyə məxsus olan sənədlərdə, həmçinin ərizəçinin mərhum atasına məxsus olan sənədlərdə ərizəçinin ata adı Movsum kimi qeyd edilmiş, lakin faktiki olaraq, həmçinin ərizəçiyə məxsus olan müəyyən sənədlərdə atasının adı “Mənsum” kimi qeyd edilmişdir. Mövcud sənədlərdə ad fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin ata adının “Mənsum” olduğu halda “Movsum” kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət, vərəsəlik) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, 1 saylı evə dair tərtib edilmiş ilkin texniki pasportun Qubadlı rayon (VVAQ) Qeydiyyat şöbəsi tərəfindən verilmiş ИЕ 333502 nömrəli 19 iyul 1950-ci il tarixli 582 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə qeyd edilən X7 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 2, 1 saylı evə dair tərtib edilmiş ilkin texniki pasportun Qubadlı rayon (VVAQ) Qeydiyyat şöbəsi tərəfindən verilmiş ИЕ 333502 nömrəli 19 iyul 1950-ci il tarixli 582 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamədə qeyd edilən X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2061/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2061/2021
06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver