Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2061/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın satış departamentinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın satış departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi və ona tətbiq edilmiş 1135,60 manat cərimənin silinməsi, “Azəriqaz” İB-nin Bakı regional qazın satış departamentinin işçiləri tərəfindən sənədin saxtalaşdırılması faktlarının ciddi surətdə onların nəzərinə çatdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixində “Azəriqaz” İB-nin Bakı regional qazın satışı Departamentinin işçiləri, Tofiq Şahbazov, Rəşad Bağırov və digər 2 nəfərin iştirakı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində birtərəfli qaydada əraziyə baxış keçirən zaman onaların ünvanda sayğacdan kənar qaz xətti aşkar edilmiş, akt tərtib edilərək foto çəkilişlər aparılmışdır. Ailə üzvlərindən heç kim yoxlama aparılan zaman, aktın tərtib edilməsi və foto şəkilişlərin aparılması barədə xəbərdar edilməmiş, onlara bu barədə məlumat verilməmişdir. Qaz itkisinə görə dəymiş ziyanın ödənilməsi məqsədilə, 4 (dörd) nəfərdən ibarət komissiya üzvləri tərəfindən birtərəfli qaydada ******* nömrəli akt tərtib edilmiş və akt “Azəriqaz İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Malik Muradzadə tərəfindən xx.xx.2017-ci il tarixində təsdiq edilərək ona 928.80 manat cərimə hesablanmışdır. Dövlətə dəymiş ziyanın ödənilməsi qrafikinə ciddi riayət olunmaqla cərimə ödənilməyə başlanmış və 11 ay müddətində ayba ay işlənmiş təbii qaza və cərimənin ödənişi həyata keçirilmişdir. Lakin bu proses uzun çəkməmiş, xx.xx.2018-ci ildə “Azəriqaz” İB-nin Bakı regional qazın satışı Departamentinin işçiləri C.Abbasovun, A.Rüstəmovun, R. Abbasovun, O.Cabbarlının iştirakı ilə yenə də bir tərəfli qaydada ******* nömrəli akt tərtib edilmiş, akt müvafiq olaraq “Azəriqaz İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Malik Muradzadə tərəfindən xx.xx.2018-ci il tarixində təsdiq edilmiş və mənə 1135,60 AZN cərimə tətbiq edilmişdir. Onun qanunla tənzimlənən hüquqlarının bərpası üçün xx.xx.2018-ci il tarixində SOCAR-ın “Azəriqaz” İB-nin Bakı regional qazın satışı Departamentinə cərimənin silinməsi ilə əlaqədar olaraq müraciət etdi və mürəciətin müvafiq qaydada baxılması və ******* nömrəli aktın ləğv edilərək yazılmış cərimənin silinməsi üçün aidiyyəti üzrə toplanmış materiallar daimi fəaliyyət göstərən “İşçi qrupu”na yönləndirilmişdir. Qərar qəbul edilməsi məqsədilə, Bakı regional qazın Departamentində mürəciətə baxılaraq, güya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə təsdiqini tapmış və xx.xx.2018-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və müvafiq olaraq 1135.60 manat cərimə qüvvədə saxlanılmışdır. Aktın ləğv edilməsi və cərimənin silinməsi ilə bağlı "Azəriqaz” İB-nin müvafiq məsul şəxsləri ilə müxtəlif vaxtlarda görüşlər də heç bir müsbət nəticə verməmiş, cərimənin silinməsi onların səlahiyyətləri daxilində deyil, məhkəmə predmeti olduğunu qeyd etmişlər. “Azəriqaz” İB-nin Bakı regional qazın satışı Departamentinin işçilərinin xx.xx.2017-ci il tarixində tərtib etdiyi və tətbiq edilmiş cərimə ilə razılaşmaq mümkün idisə, xx.xx.2018-ci il tarixində tərtib edilmiş ******* nömrəli aktla və tətbiq edilmiş 1135,60 manat cərimə ilə razılaşmaq mümkün deyil, müxtəlif bəhanələrlə və variantlarla birbaşa qaz itkisinin ört basdır edilməsinə və nəticə etibarı ilə abonentlərin hüquqlarının pozulmasına hesablanıb. Belə ki, sayğacdan kənar qaz xəttindən söhbət gedə bilməz, aktda öz əksini tapmış faktlar reallığı əks etdirmir və akta əlavə edilmiş foto şəkil xx.xx.2017-ci il tarixində çəkilmiş foto şəklin surətidir və “Azəriqaz” İB-nin Bakı regional qazın satışı Departamentinin işçiləri tərəfindən bilərəkdən saxtalaşdırılmışdır. “Azəriqaz” İB-nin Bakı regional qazın satışı Departamentinin işçilərinin bu cür qanundan kənar davranışları heç bir halda başa düşülən deyil, respublikada qüvvədə olan normativ hüquqi sənədlərin tələbləri ilə üst-üstə düşmür. Onlar öz qeyri-qanuni davranışları ilə faktları saxtalaşdıraraq ona və ailəmin hər bir üzvünə maddi, mənəvi və psixoloji ziyan vurmuşlar. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına (abunə kodu **********00101) əsassız hesablanmış 1135,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, kənar xəttdən istifadə etməmiş, cavabdehin nümayəndələri tərəfindən tırtib edilmiş akt qanunsuzdur. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştiak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarından görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 95 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 85 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 95 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 85 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 95 gün, qış ayları üçün orta günlük iş rejimi 18 saat və hesabat müddət 85 gün qəbul edildikdə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 11448 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir. İş materiallarından görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 4644 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın satış departamentinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli 4040 nömrəli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ünvan 4 ünvanında yaşayan İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifradə etdiyi aşkar olunduğu üçün xx.xx.2018-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib olunaraq 1135,60 manat ziyan hesablanmışdır. Hesablanmış 1135,60 manat dəymiş ziyan tərəfinizdən ödənilməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə, “Azərqaz” İstehsalat Birliyi tərəfindən “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına (abunə kodu **********00101) əsassız hesablanmış 1135,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olmaqla iddianın qiyməti 1000 manatdan 10.000 manata qədər olduğundan, cavabdehdən dövlət mədaxilinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də cavabdehdən 46,57 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına (abunə kodu **********00101) əsassız hesablanmış 1135,60 manat borc silinməli, «Azəriqaz» İstehsalat Birliyindən 46,57 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “Azərqaz” İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanına (abunə kodu **********00101) əsassız hesablanmış 1135,60 manat borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 46,57 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-2061/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2061/2022
15.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver