Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2066/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2, Maraqlı şəxs X1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs – Bakı şəhəri Maraqlı şəxs) mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” Sərəncamın Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” Sərəncama əsasən ona torpaq sahəsi verilmişdir. Lakin həmin sərəncamda atanın adı Cəmşid kimi qeyd edilmişdir. Məlum edir ki, ona məxsus bütün sənədlərdə, yəni hərbi biletdə, doğum haqqında şəhadətnamədə, attestatda və digər sənədlərdə atanın adı Cümşüd kimi qeyd edilmişdir. Bu isə həmin torpaq sahəsini özəlləşdirməkdə çətinlik yaradır.Yer almış bu anlaşılmazlıq və hərf səhvi üzündən çoxsaylı problemlər meydana çıxır. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etsə də ona həmin qurum tərəfindən imtina məktubu verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunun uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X5 izahatında iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında maraqlı şəxs X1 nümayəndəsi və vəkili X6 izahatında bildirmişdir ki, hal-hazırda ona məlum olmuşdur ki, onun keçmiş həyat yoldaşı Ərizəçi Cümsüd oğlu, Xəzər rayon məhkəməsinə ərizə ilə müraciət edərək guya Ərizəçi Cəmşid oğlunun adına Şüvəlan qəsəbəsində 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair Əzizbəyov (indiki Xəzər) rayonu İcra Hakimiyyəti Başçısının 30.12.1999-cu il tarixli 2487 saylı şərəncamının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, ərizəçinin qeyd olunan ərizəsi onun hüquqlarına və qanuni mənafelərinə toxunur. Belə ki, Ərizəçi onun keçmiş həyat yoldaşıdır. Ərizəçila onların arasındakı nikah Xəzər rayon məhkəməsinin 28.12.2020-ci il tarixli, 2(003)-2441/2020 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan 17.08.2004-cü il təvəllüdlü X7, 28.09.2005-ci il təvəllüdlü X8, 26.10.2008ci il təvəllüdlü X9 və 26.06.2012-ci il təvəllüdlü X12 onun, yəni X1 yanında saxlanılmışdır. Bundan sonra Ərizəçi Cümşud oğlunun iddiası əsasında Sabunçu rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2 (008)-1105/2021 saylı qətnaməsi ilə, birgə nikah dövründə əldə etdikləri, ünvan 1 ünvanında inşa edilən bina 7, blok 1, 10 cu mərtəbəsində yerləşən, ümumi sahəsi 112.32 kv.m dən ibarət 110 saylı mənzildə 3/5 hissədə onun, yəni X1, 2/5 hissədə isə Ərizəçi payı müəyyən edilmişdir. Hal-hazırda ərizəçi, yuxarıda qeyd olunan mübahisəli sərəncamın özünə məxsus olmasını məhkəmə vasitəsi ilə müəyyən etməklə, ona valideynləri tərəfindən hədiyyə edilmiş torpaq sahəsinə və orada valideynləri tərəfindən inşa edilmiş fərdi yaşayış evinə dair iddia tələbi irəli sürmək üçün zəmin yaratmaq istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. Onun ərinin adı, yəni oğlu Ərizəçi atasının adı Cəmşid deyil, Cümşüd olmuşdur. Qeyd olunan Torpaq sahəsini onun oğlu almışdır. Həmin Torpaq sahəsində ev tikilmiş və oğlu ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respubliası Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının İ Müavinin ərizəçiyə ünvanladığı 14.04.2021-ci il tarixli R-29-092 saylı məktubundan aydın olur ki, 2487 saylı, 30.12.1999-cu il tarixli sərəncamda atanızın adı Cəmşid əvəzinə Cümşüd kimi düzəliş edilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Bildirir ki, ərizəyə əlavə edilmiş arxiv sənədindən əlavə digər 2 nüsxədən ibarət təsdiq olunmuş sərəncam olmadığından, eyni zamanda arxiv sənədində şəxsi məlumatlar həqiqəti əks etdirmədiyindən və qeyd olunan sərəncam ilə ayrılmış torpaq sahəsinin harada yerləşməsi ilə bağlı məlumat olmadığından müraciətinizdə qeyd edilən məsələyə baxılması mümkün olmamışdır. İş materiallarında olan Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” Sərəncam Ərizəçi Cəmşid oğluna məxsusdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X11, anası X4r. İş materillarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə doğulmuşdur. İş materiallarında olan orta təhsil haqqında attestatın surətindən görünür ki, Ərizəçi 1995-ci ildə orta məktəbi bitirmişdir. İş materiallarından görünür ki, EZ ******* saylı hərbi bilet Ərizəçi məxsusdur. İş materiallarında olan yaşayış yeri haqqında arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 2428 saylı bağ sahəsində qeydiyyatdadır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahidin ifadəsini və işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkərlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.5). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın” (maddə 308). Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir və bununla yanaşı, həmin faktın məhz məhkəmə qaydasında müəyyən olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus şəxsiyyət vəsiqəsində onun ata adı “Cümşüd” kimi göstərilsə də, Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” sərəncamında ərizəçinin ata adı “Cəmşid” kimi qeyd edilmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsində onun ata adının mübahisəli sənədlə üst-üstə düşməsi, mövcud fərqin yalnız ata adında olması Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” sərəncamının xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması barədə qənaətə gəlməyə tam əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” sərəncamının xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi məxsus olması ilə bağlı hüquqi fakt məhkəmə araşdırması zamanı tam təsdiq olunduğundan həmin faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 305, 307, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı “vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması barədə” sərəncamın Ərizəçi məxsus olması olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-2066/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2066/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver