Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2078/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (abonent kodu **********02870) hesablanmış 3.110,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən əsassız hesablanmış (abonent kodu **********02870) 4355.52 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi iddiaçıya məxsusdur. Təqribən 10 il öncə qəsəbədə qazlaşdırma işləri aparılarkən onun evinə də qaz çəkilmişdir. Lakin iddiaçı təxminən 20 ildir bu ünvanda yaşamır və Rasim İmanov adına yataqxanada tək qalır. Buna görə sayğacdan istifadə etməyib və sayğac sıfırdadır. Cavabdeh onların məlumatı olmadan xx.xx.2020-ci il tarixdə guya iddiaçının ünvanda olmuş və sayğaca kənar müdaxilə etdiyini aşkar edərək ******* nömrəli akt tərtib etmişdir. Akt onun iştirakı olmadan tərtib olunub və 8.856 kub metr təbii qazın qanunsuz istifadə olunması göstərilir. İddianın təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilin izahatına uyğun olaraq izahat verdi və göstərdi ki, o, Rasim İmanov adına yataqxananın 55 nömrəli otaqda yaşayır. Borc yazılan ünvanda heç kim yaşamır, orada yaşamaq belə mümkün deyil. Ailə tərkibi 5 nəfərdən ibarətdir, lakin o, yataqxanada tək qalır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə ərizə vermişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizədə işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi qeyd edilmişdir. İstehlakçı İddiaçı, aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 136 saylı mənzil kommunal istismar sahəsinin sorğuya cavabından görünür ki, aldıqları şifahi məlumatlara əsasən Buzovna qəsəbəsi,R.İmanov küçəsi keçid 2151, 1 saylı yataqxananın 55 nömrəli otağında yaşayış yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Quşçuluq yaşayış massivi ünvanında itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 8.856 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan ekspertiza mərkəzindən gələn xx.xx.2024-cü il tarixli, kənar qaz xəttinin olub olmamasının müəyyən edilməsi ilə bağlı verilən rəyə cavab olaraq gələn ekspert məlumatından görünür ki, ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Məhkəmədə müəyyən olundu ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib olunmuşdur.Aktda göstərilir ki, İddiaçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmişdir.Lakin məhkəmə iclasında bu fakt sübuta yetirilmədi.Eyni zamanda məhkəmədə müəyyən olundu ki, İddiaçı aktda göstərilən ünvanda yaşamır, bu ünvanda yaşayış yoxdur və o özü uzun müddətdir ki, Rasim İmanov adına yataqxanada yaşayır.Bu səbəbə görə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı və əsassız hesablanmış borc silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmədə müəyyən olundu ki, İddiaçı iddia tələbi 4.355.52 manat borcun silinməsidir.Belə olan halda dövlət rüsumu 72,55 manat təşkil edilir və cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaəsən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ünvan 1 ünvanına (abonent kodu **********02870) hesablanmış 4.355.52 (dörd min beş yüz əlli beş manat əlli iki qəpik) manat məbləğində borc silinsin. 72,55 (yetmiş iki manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-2078/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2078/2024
27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver