Məhkəmə qərarları › İş №2(003)-2087/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2087/2024

17.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2087/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 may 2003-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X2 çıxarışı və xx.xx.1999-cu il tarixli 096 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5nin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən ona fərdi ev tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin Abşeron RİH-nin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsinin verilməsi və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi göstərilmişdir. Həmin əmrdən çıxarışda və sərəncamdan çıxarışda soyadı “Əlimərdanov” deyil, “Əlmərdanov” kimi göstərildiyinə görə 21 may 2003cü il tarixli 28 saylı əmrdən çıxarış və Abşeron RİH-nın sərəncamdan çıxarış ilə şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq olduğu aşkar edilmiş və torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarımın qeydiyyata alınması həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsindən asılıdır. Həmçinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 ləğv edilmişdir və həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxs Azərbayan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesterinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********30 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin mətnində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, torpaq sahəsinin ayrılmasına dair “X3” sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərüffatı Müəssisəsi) direktorunun xx.xx.1999-cu il tarixli 27/K nömrəli əmrinin əsli təqdim edilməmişdir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisi səlahiyyətli şəxsin möhürü ilə təsdiq edilməmiş və həmin cizgidə istinadlar, məsafələr qeyd olunmamışdır. Bundan əlavə, təqdim edilmiş təqdim edilmiş xx.xx.2003-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X2 çıxarışı və Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışı ilə ərizəçinin şəxsiyyət vəsiqəsi arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeyd edilən sənədlərdə ərizəçinin soyadı “Əlmərdanov” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövləl qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan 712 saylı, xx.xx.2024 tarixli arayışından görünür ki, Ərizəçi həqiqətən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi əraziyə əsasən Atçılıq yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatszı yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai- Siyasi sənədlər Arxivinin 27/335 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5nin balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5nin (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən Ərizəçi fərdi mənzil tikintisi üçün 0.05 ha hesabı ilə 3-1346A saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5nin 28 saylı, xx.xx.2003-cü il tarixli vətəndaşlara həyətyani torpaq sahəsi verilməsi haqqında əmrdən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başcısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəcamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X4 0.05 hektar hesabı ilə N-li həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarında olan 096 saylı, xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Abşeron rayon icra hakimiyyəti üzrə sərəncamından çıxarışdan görünür ki, vətəndaş Ərizəçi 0.05 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik – südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli 27/KN-li əmri nəzərə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, 21 may 2003-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X2 çıxarışı və xx.xx.1999-cu il tarixli 096 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışda Ərizəçi soyadı “Əlmərdanov” kimi qeyd edilmişdir. Mövcud sənədlərə “soyadı” fərqli göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan sübutlara əsasən məhkəmə qeyd edir ki, iş materiallarında mövcud olan müəyyən sənədlərdə ərizəçinin soyadının “Əlimərdanov” olduğu halda “Əlmərdanov kimi qeyd edilməsi ərizəçi tərəfindən (mülkiyyət) hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Bu səbəbdən də məhkəmə hesab edir ki, 21 may 2003-cü il tarixli 28 nömrəli Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X2 çıxarışı və xx.xx.1999-cu il tarixli 096 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 370-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5nin 28 saylı, xx.xx.2003cü il tarixli vətəndaşlara həyətyani torpaq sahəsi verilməsi haqqında əmrdən çıxarışın və xx.xx.1999-cu il tarixli 096 nömrəli Abşeron Rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar